Icma.az
close
up
RU
Zelenski Trampın tələbləri ilə razılaşacaq: Müharibə yeni mərhələyə keçərsə...

Zelenski Trampın tələbləri ilə razılaşacaq: Müharibə yeni mərhələyə keçərsə...

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Son günlər ABŞ prezidenti Donald Trampın administrasiyası ilə Ukrayna rəhbərliyi arasında gərginlik müşahidə olunur. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Donald Trampın müəyyən tələblərini yerinə yetirməməsi tərəflər arasında ciddi narazılıq yaradıb. 

Gedişat onu göstərir ki, Tramp və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığından sonra ABŞ və Rusiya Ukraynada müharibənin dayandırılması üçün birbaşa danışıqlara başlamaq niyyətindədir. ABŞ-nin Kiyevi müzakirələrdən kənarda saxlaması isə prezident Zelenskini qəzəbləndirib. Bundan başqa, Pentaqon rəhbəri Pit Heqset  açıq şəkildə bildirib ki, Ukrayna NATO-ya üzv olmayacaq. Digər tərəfdən,  ABŞ-nin Kiyevdən nadir yeraltı sərvətlərin 50%-nin ələ keçirilməsi üçün müqavilə imzalamasını tələb etməsi də gərginliyi artırıb.

Maraqlıdır ki, Ukraynanın ABŞ-nin tələblərini qəbul etməməsi nə ilə nəticələnə bilər?

Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ukraynaya öz siyasətini götür-qoy eləməsi üçün artıq xəbərdarlıq olunub.

Onun sözlərinə görə, əslində Ukraynaya dəstək olan ölkələr öncəliklə öz maraqlarını düşünürlər və xarici siyasətlərini qururlar:

"ABŞ ilə Ukrayna arasındakı son gərginlik onu göstərir ki, əvvəlki illərdə yürüdülən siyasi dəsti-xətt iflasa uğrayıb. Ukrayna obyektiv gücünə və xalqına güvənərək müharibə aparmır. Ona görə də hazırda dəstək verən ölkələr bir gün bu yardımlarından imtina edə bilərlər. Çünki həmin ölkələrdə hakimiyyətlər, iqtisadi və siyasi yanaşmalar dəyişir. Bayden Ukraynaya lazımı səviyyədə dəstək verəcəyini vəd etmişdi. Tramp isə bu cür öhdəlikləri öz üzərinə götürməmişdi. Ümumiyyətlə, Tramp heç bir ölkənin öhdəliyini öz üzərinə götürmək istəmir". 

İlqar Vəlizadə: Ukraynaya öz siyasətini götür-qoy eləməsi üçün artıq xəbərdarlıq olunub

Politoloqun fikrincə, müharibə şiddətlənərək yeni mərhələyə keçərsə, kütləvi ölümlərə səbəb olan yeni silahlardan istifadə olunacaq. Bu isə Üçüncü Dünya Müharibə mənasına gəlir. Bunu Tramp başda olmaqla, heç bir ölkə lideri istəmir. 

"Trampın hakimiyyətə gəlməkdə məqsədi Üçüncü Dünya Müharibəsi ilə bağlı deyil. Onun Amerika ilə bağlı başqa planları var. Mövcud geosiyasi vəziyyət ona öz imkanlarını həyata keçirməyə imkan vermir. Bu baxımdan Ukrayna münaqişəsinin bitməsini istəyir. Zelenski isə əksinə müharibənin davam etməsində maraqlıdır. Ukrayna prezidenti bildirib ki, Ukraynanın öz mövqelərini bərpa etməsi üçün Rusiya məğlub olmalıdır. Əslində indiki şəraitdə Zelenskinin istəyi reallıqdan uzaqdır. Yalnız bütün ölkələr Rusiyaya kollektiv şəkildə müraciət edərsə, Zelenskinin istəyi gerçək ola bilər. Ancaq Zelenskini dəstəkləyən ölkələrin sayı elə də çox deyil", - deyə müsahibimiz vurğulayıb.

İlqar Vəlizadənin proqnozuna əsasən, müharibə davam edərsə, əziyyət çəkən ukraynalıların sayı daha da artacaq, Ukraynanın infrastrukturu daha da məhv ediləcək:

"Güman edirəm ki, Ukrayna prezidenti müəyyən tələblərlə razılaşmaq məcburiyyətində qalacaq". 

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Fevral 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri