Zelenski Trampla telefonla danışmağı planlaşdırır
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Vladimir Zelenski martın 19-da ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı keçirməyi planlaşdırdığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Vladimir Zelenski bunu Finlandiya Prezidenti Alexander Stubb ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, telefon danışığında ABŞ prezidentinin Rusiya prezidenti Vladimir Putinlə söhbəti zamanı əldə olunan razılaşmaları müzakirə edəcəklər.
"Bu gün Prezident Trampla əlaqə saxlayacağam. Növbəti addımların təfərrüatlarını müzakirə edəcəyik. Putinlə söhbətinin təfərrüatlarını ondan eşitməyi gözləyirəm", - deyə Zelenski açıqlayıb.
Baxış sayı:106
Bu xəbər 19 Mart 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















