Icma.az
close
up
RU
Zelenski Trampla yenidən görüşəcək: Proseslər necə cərəyan edəcək?

Zelenski Trampla yenidən görüşəcək: Proseslər necə cərəyan edəcək?

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna prezidenti Volodimir Zelenski Kiyev və Vaşinqtonun yeni görüş üzərində işlədiyini açıqlayıb.

Bakıvaxtı.az-ın sözlərinə görə, yaxın həftələrdə görüşün tarixi bildiriləcək. O, həmçinin hazırda bir çox beynəlxalq işlərin görüldüyünü bildirib. Zelenski martın 5-də Hollandiya, Portuqaliya və Sloveniyanın baş nazirləri, eləcə də Almaniya kansleri ilə danışdığını və Avropa liderlərinə dəstəyə görə təşəkkür etdiyini bildirib.

Görəsən, növbəti ABŞ-Ukrayna görüşü fonunda proseslər necə cərəyan edəcək?

Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Politoloqun sözlərinə görə, Zelenski Trampın Ukrayna üzərindən Rusiya ilə razılaşma əldə etməsini istəmir. Ona görə də Vaşintonla yenidən təmas qurmağın doğru olacağını düşünür:

"Çox güman ki, birinci görüşün uğursuzluğundan sonra Avropa liderləri Zelenskiyə Amerika ilə yenidən danışmağa ehtiyac olduğunu məsləhət görüblər. Çünki Ukraynanın əsas maliyyə və hərbi dəstəkçisi Amerikadır. Tramp hazırda hərbi yardımı dayandırsa da, bütün yardımı kəssə və kəşfiyyat məlumatlarını ötürməsə, Kiyevin vəziyyəti ağırlaşa bilər. Avropa Ukraynaya dəstək olsa da, bu dəstək Amerikanın yardımları fonunda elə də çox deyil".

Elxan Şahinoğlu: Zelenski Ukraynanın təhlükəsizliyinin təminatı üçün geri dönüş etməyə çalışır

E.Şahinoğlu hesab edir ki, mineral resursların işlənməsi ilə bağlı sazişin də imzalanmasına ehtiyac var.

"Bu, Ukraynanın təhlükəsizliyinin təminatı üçün lazım olacaq. Bu baxımdan Zelenski geri dönüş etməyə çalışır", - deyə müsahibimiz vurğulayıb.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri