Zelenski: Ukrayna NATO ya qoşulmaqdan imtina edə bilər, amma bir şərt var
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin optimal formatı üç elementi əhatə edir: Ukrayna Silahlı Qüvvələri, Avropa İttifaqı və NATO”
“Ukrayna təkcə NATO-ya daxil olmaq üçün deyil, həm də bir zəruri şərt daxilində müxtəlif təhlükəsizlik zəmanəti variantlarını müzakirə etməyə hazırdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Corriere della Sera”ya verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, “Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin optimal formatı üç elementi əhatə edir: Ukrayna Silahlı Qüvvələri, Avropa İttifaqı və NATO”.
"Ordumuz əsl zəmanətdir və təcrübəsi və şəxsi heyətinin yüksək peşəkarlığı sayəsində Avropa qüvvələrini gücləndirməyə qadirdir. NATO üzvlüyü ölkəyə müttəfiqin qanuni hüquqlarını verən vahid müdafiə alyansında iştirak deməkdir. Aİ-yə üzvlük Avropadan, NATO-ya üzvlük isə həm Avropadan, həm də ABŞ-dan asılıdır", - deyə o qeyd edib.
Eyni zamanda, Zelenski vurğulayıb ki, Ukraynanın NATO-ya qoşulması masada deyilsə, ekvivalent alternativ olmalıdır.
"Əgər NATO deyilsə, onda bunun əvəzinə nə təklif olunur? Biz eyni hüquqi qüvvəyə malik olduqları təqdirdə, hətta fərqli ad altında olsa belə, ekvivalent zəmanətləri müzakirə etməyə hazırıq", - deyə Zelenski vurğulayıb.
Prezident deyib ki, Ukrayna həqiqətən işləyəcək zəmanətlər istəyir. Onun fikrincə, NATO hər iki tərəf üçün çəkindirici amil ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 Oktyabr 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















