Zelenski Ukrayna ordusunun Mahaçqalada limana zərbə endirdiyini bildirib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ordusunun Mahaçqalada limana zərbə endirdiyini bildirib.
APA xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
Onun sözlərinə görə, Ukrayna dronları bir gündə Rusiya infrastrukturunun səkkiz obyektinə zərbələr endirib.
Zelenski qeyd edib ki, Dağıstandakı Dəniz Ticarət Limanı və Yamalo-Nenets Muxtar dairəsindəki Neft Emalı Zavodu vurulub.
Eyni zamanda, Moskva, Voronej, Həştərxan və Bryansk bölgələrindəki obyektlərə də zərbə endirilib.
Qeyd edək ki, bundan əvvəl Dağıstan hakimiyyəti hücum nəticəsində Avar Teatrının binasına və limana ziyan dəydiyini bildirib. Bölgə rəhbərinin sözlərinə görə, PUA hücumundan sonra yanğın başlayıb.
Bu mövzuda digər xəbərlər:Zelenski Ukrayna ordusunun Rusiyada neft emalı müəssisələrini vurduğunu bildirib
07 Sentyabr 2026 14:50
Zelenski Ukrayna ordusunun itkilərini açıqladı
14 Aprel 2025 10:24
Zelenski Ukrayna ordusunun Donbasdakı uğurlarından danışıb
16 Avqust 2025 18:27
Mahaçqalada atışma oldu
29 Avqust 2025 21:37
Zelenski Ukrayna ordusunun Rusiyadakı fəallığını izah edib
30 Mart 2025 10:52
Baxış sayı:137
Bu xəbər 10 Sentyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















