Zelenski Ukraynadakı seçkilər üçün yeni şərt irəli sürüb
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Ukraynanın müvəqqəti atəşkəs əldə edildikdən sonra deyil, Rusiya ilə münaqişə bitdikdən sonra seçkilər keçirməyə hazır olacağını bildirdi.
Gununsesi.info xəbər verir ki, bu sözləri Prezident Zelenski deyib.
“Əsl sual budur: seçkiləri nə vaxt keçirə bilərik? Onlar mütləq müvəqqəti atəşkəs dövründə deyil, müharibə bitdikdən sonra keçiriləcək”, – deyə Zelenski bildirib.
Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında çıxış edən Zelenski ölkədə yalnız iki aylıq atəşkəs əldə edildiyi təqdirdə seçkilər keçirməyə hazır olduğunu bildirib.
Bu arada, Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov Ukrayna rəhbərliyinin 60 gündən yeni prezident seçkilərinə hazırlıq üçün deyil, ordunu yenidən silahlandırmaq və ümumxalq səsverməsinin nəticələrini saxtalaşdırmaq üçün istifadə etmək istədiyini bildirib.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 03 Mart 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















