Zelenski Ukraynanın Trampın Sülh Şurası na dəvət aldığını TƏSDİQLƏDİ
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə "Sülh Şurası"na dəvət aldığını təsdiqləyib.
Redaktor.az xəbər verir ki, “UNİAN“ın sualına cavab verən Ukrayna Prezidenti həqiqətən dəvət gəldiyini və hazırda diplomatların bunun üzərində çalışdığını bildirib.
Zelenski qeyd edib ki, Ukraynanın Rusiya və Belarusla birlikdə bir şurada iştirakını təsəvvür etmək çətindir: “Rusiya bizim düşmənimizdir, Belarus isə onların müttəfiqidir. Mənim üçün Rusiya ilə bu və ya digər şurada necə bir yerdə ola biləcəyimizi təsəvvür etmək çox çətindir. Və bu, həmin sülh şurasına aid deyil. Rusiya sadəcə olaraq müharibə şurasıdır. Belarus da onlarla birlikdədir. Konkret olaraq Lukaşenko rejimi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 20 Yanvar 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















