Zelenski: Ukraynanın uzaqmənzilli dronları Krımda Rusiyanın logistikasını məhv edir
Icma.az, Azertag saytına istinadən bildirir.
Kiyev, 24 sentyabr, AZƏRTAC
“Ukraynanın uzaqmənzilli dronları müvəqqəti işğal olunmuş Krımda rus işğalçılarına dəqiq zərbələr endirir və logistikanı məhv edir”.
AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda keçirilən Krım Platformasının sammitində deyib.
Zelenski qeyd edib ki, Ukraynanın zərbələrinin məqsədi Rusiyanın Krımı böyük hərbi bazaya çevirməsinin qarşısını almaqdır.
“Biz bunu xalqımızın həyatını qorumaq üçün etməliyik. Bizim uzaqmənzilli pilotsuz uçuş aparatlarımız dəqiq zərbələr endirir və Rusiya logistikasına təzyiqimiz öz nəticəsini verir. Rusiya hərbi maşını isə çox ciddi sınaqlarla üz-üzədir”, deyə Prezident deyib.
Xatırladaq ki, sentyabrın 23-nə keçən gecə Ukrayna qüvvələri işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 24 Sentyabr 2025 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















