Zelenski ŞOK DƏYİŞİKLİYƏ HAZIRLAŞIR: Yeni müdafiə naziri O OLACAQ KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukraynanın baş naziri Denis Şmıqal müdafiə naziri postuna təyin oluna bilər.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko məlumat verib.
“Ola bilər ki, müdafiə naziri vəzifəsinə rəqəmsal transformasiya naziri Mixail Fedorov təyin olunsun. Namizədlər arasında həmçinin Denis Şmıqal da var”, – deyə o, Telegram kanalında yazıb.
Lakin bu məlumatı haradan əldə etdiyini açıqlamayıb.
İyulun 10-da Volodimir Zelenski bildirib ki, ölkənin hazırkı müdafiə naziri Rustem Umerov Ukraynanın ABŞ-dakı yeni səfiri ola bilər. Zelenskinin fikrincə, bu, hökumətdə ciddi dəyişikliklərə səbəb olacaq. Şənbə günü Zelenski Umerovla görüş keçirib və görüşdən sonra Telegram kanalında bildirib ki, “Ukraynanın ABŞ-la münasibətlərində daha çox pozitiv dinamika lazımdır, eyni zamanda dövlətin müdafiə sahəsində idarəetmədə yeni addımlar atılmalıdır”. O, müvafiq qərarların “yaxın vaxtlarda” açıqlanacağını vəd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 İyul 2025 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















