Icma.az
close
up
RU
Zelenskidən qorxunc HÜCUM ANONSU “Rusiya bu əraziləri də işğal edə bilər”

Zelenskidən qorxunc HÜCUM ANONSU “Rusiya bu əraziləri də işğal edə bilər”

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Zelenski Rusiyanın iki ağır hücuma hazırlaşdığını elan edib. O bəyan edib ki, həmin hücumların qarşısını almaq üçün müttəfiqlərin Ukraynaya daha çox hərbi və maliyyə yardımları etməsi vacibdir. 
Zelenskinin açıqlaması onu göstərir ki, Ukrayna növbəti dəfə ağır duruma düşmək ərəfəsindədir. Ona görə də müttəfiqlərindən buna imkan verməmək üçün daha çox dəstək verilməsini tələb edir. Əks təqdirdə, Ukrayna daha böyük əraziləri itirəcək. 
Görəsən Ukrayna daha hansı əraziləri itirə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirdi ki, faktiki olaraq müharibənin formatı və miqyası dəyişib:
“Müharibənin ilk illərində Rusiyanın əsas məqsədi Ukrayna ərazisində taktiki və strateji nöqtələrin ələ keçirilməsi idisə, indi vəziyyət dəyişib. Proses yorucu mərhələyə keçib. Davamlı raket və dronlardan istifadə etməklə Ukrayna ərazisində əməliyyatlar həyata keçirilir. Bu əməliyyatlar həm yaşayış məntəqələri, həm də sənaye müəssisələri ərazisində olur.
Paralel olaraq Moskva əsasən Polşa və Rumıniya olmaqla Kiyevə dəstək verən Avropa ölkələrinə qarşı da təzyiqlərə başlayıb. Polşaya təzyiqlərdə əsas məqsəd Ukrayna məsələsində Amerika-Rusiya vasitəçiliyinə maneə yaratmamaqdır”.
Moskvanın Ukraynaya hücumunun miqyası artacaq.
Ekspert qeyd etdi ki, Rusiya tərəfindən Ukraynaya edilən hücumların arealı böyüyür:
 

“Artıq görünən odur ki, qışa qədər Ukraynaya ediləcək hücumun miqyası bir qədər də artaraq daha kəskin hal alacaq. Bu da əsasən Xarkov və Odessa istiqamətləri olacaq. Kiyev şəhəri isə davamlı olaraq raket zərbələrinə məruz qalacaq. Polşa üzərindən Ukraynaya edilən yardımların qarşısını almaq üçün isə Rusiya dronlar vasitəsilə əməliyyatları davam etdirəcək.


Bir sözlə, əgər Amerika-Rusiya razılaşması nəticəsiz qalarsa, qarşıdakı müddətdə Ukrayna Pokrovski istiqamətində, habelə Odessa və Xarkov istiqamətlərində də müəyyən itkilərə məruz qala bilər”.
Rüfət Sultan, Bizim.Media  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri