Icma.az
close
up
RU
Zelenskinin ətrafı Yermakı işdən çıxarmaq üçün xüsusi çat yaradıbmış

Zelenskinin ətrafı Yermakı işdən çıxarmaq üçün xüsusi çat yaradıbmış

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynada yüksəkvəzifəli hökumət rəsmiləri Andrey Yermakı Volodimir Zelenskinin ofisinin rəhbəri vəzifəsindən azad etdirmək üçün plan qurubmuşlar. Bu məqsədlə xüsusi çat yaradılıb.

"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın xəbərinə görə, bu barədə "Ukrainskaya pravda" nəşri məlumat verib.

Nəşrin məlumatına görə, gizli "inqilabi çat"da hakim komandanın nüfuzlu üzvləri Yermaka qarşı öz hərəkətlərini əlaqələndiriblər. Bu çatın iştirakçılarının tam dairəsi hələ ki müəyyən edilməyib.

"Zelenskinin ofisindən şənbə günü çəkilmiş şəkillərdə onun sağındakı boş kreslodan daha sevindirici bir şey yoxdur", - deyə yüksəkvəzifəli məmurlardan biri Yermakın istefasından sonra bu çatda yazıb.

"Yermakın istefası artıq qaçılmaz bir reallıq idi. O, sadəcə, hamını özünə qarşı birləşdirdi", - deyə çatın digər həmsöhbəti bildirib və əlavə edib ki, "boş kreslo" barəsində paylaşım indiyə qədər ən çox bəyənmə alıb.

Nəşrin mənbələrinin məlumatına görə, 28 noyabrda Yermakın ofisində aparılan axtarışlardan əvvəlki iki həftə ərzində Ali Radanın spikeri Ruslan Stefançuk, rəqəmsal transformasiya və müdafiə nazirləri Mixail Fyodorov və Denis Şmıqal, hətta Yermakın müavini Oleq Tatarov da Zelenskinin ofisinin rəhbərinin istefasında israr ediblər. Lakin Zelenski yalnız axtarışlardan sonra Yermakı işdən çıxarmaq qərarına gəlib. Ofis rəhbərinin istefasını elan edən videomüraciətin hazırlanmasında kömək üçün Zelenski Fyodorovu dəvət edib. Müraciət 28 noyabr axşamı yayımlanıb və elə həmin vaxt Yermakın işdən çıxarılması ilə bağlı fərman da ortaya çıxıb.

"Bunun qaçılmaz olması faktı üstünlük təşkil edirdi. Və bunu xalq deputatlarından tutmuş təhlükəsizlik qüvvələrinə, cəmiyyətdən tutmuş və əsas beynəlxalq tərəfdaşlara qədər hamı dəstəkləyir", - deyə mənbə "Ukrainskaya pravda"ya bildirib.

Nəşr, həmçinin yazır ki, ofis rəhbəri olduğu bütün müddət ərzində Yermak diqqətini mümkün qədər çox öz adamlarını müxtəlif vəzifələrə təyin etmək üzərində cəmləyib. Lakin kritik məqamda Yermakın karyerasının inkişafına kömək etdiyi şəxslərdən heç biri onun müdafiəsinə qalxmayıb.

Yermakdan istefa ərizəsini yazması istənildikdə o, Zelenskiyə qarşı təhqirlər, qınaqlar və ittihamlarla dolu yarım saatlıq isterik nitq söyləyib.

"Yermak sonuna qədər inanmırdı ki, Zelenski onu işdən çıxaracaq. Üstəlik də bu şəkildə - fakt qarşısında qoyaraq. Deyildiyinə görə, onu ən çox özündən çıxaran məqam məhz Zelenskinin onu "tərk etməsi" olub", - deyə Yermakın yaxın ətrafından olan şəxs qeyd edib.

"Ayrılıq dəhşətli idi", - deyə başqa bir məmur əlavə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri