Zelenskinin Ofisi: Daha 28 maddəlik sülh planı mövcud deyil, bəziləri çıxarılıb, bəziləri isə dəyişdirilib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cenevrədə keçirilən danışıqların nəticələrinə əsasən, 28 bəndlik sülh planı artıq əvvəlki formasında mövcud deyil, bəzi bəndlər çıxarılıb, bəziləri isə dəyişdirilib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksandr Bevz “Facebook”da bildirib.
“Ukrayna ABŞ-la təklif olunan planın hər bəndini müzakirə edib. Artıq 28 bəndlik plan əvvəlki formasında mövcud deyil. Bəzi bəndlər çıxarılıb, bəziləri dəyişdirilib. Ukrayna tərəfinin heç bir təklifi reaksiyasız qalmayıb”, - müşavir bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün axşam Cenevrədəki danışıqların yekunları ilə bağlı nümayəndə heyətindən tam hesabat gözləyir. Hesabat əsasında isə növbəti addımlar müəyyən ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 24 Noyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















