Icma.az
close
up
RU
Zelenskinin Trampın cavabını yerindəcə verməsi təqdirə layiqdir

Zelenskinin Trampın cavabını yerindəcə verməsi təqdirə layiqdir

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ağ Evin Oval kabinetində rəsmi görüş zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens arasında yaşanan sözlü mübahisə və açıq qarşıdurma beynəlxalq hüquq, dövlət protokolu və siyasi-diplomatik mədəniyyət dövrünün artıq bitdiyini göstərir. Və bu dövrü bitirməyə çalışanlar da elə ilk növbədə beynəlxalq hüququn qorunmasına və icrasına məsuliyyət daşıyan böyük dövlətlərin özləridir. BMT-nin Təhlükəsizlik Şurasının üzvlərindən biri (Rusiya) suveren dövlət olan Ukraynanın ərazisini işğal etməyə çalışır, digər üzvü (ABŞ) isə Ukrayna rəhbərliyini bu işğalın nəticələri ilə barışdırmağa və onu qiymətli metallara dair soyğunçu sazişi imzalamağa məcbur etməyə səy göstərir. Bu, artıq beynəlxalq hüquq yox, beynəlxalq dərəbəylik, beynəlxalq quldurluqdur. Onlar ədalət və beynəlxalq hüquq anlayışını kobud surətdə təhrif etməklə, tapdalamaqla məşğul olurlar.
Bu ölkələr, o cümlədən Fransa vaxtilə "Minsk qrupu" adı altında, "həmsədr" statusu ilə Azərbaycana qarşı da eyni ədalətsizliyi nümayiş etdiriblər. Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasında Ermənistanla yanaşı ABŞ, Rusiya və Fransa da günahkardır. Ona görə də bu gün Trampın Putin Rusiyasının maraqlarından çıxış edərək Ukraynanı təslimçi "sülh"ə məcbur etmək cəhdləri bizə yaxşı tanışdır. Bu quldur "həmsədr"lər uzun illər boyu bizi də torpaqlarımızın işğalı faktı ilə barışdırmağa, lənətə gəlmiş "status-kvo"nu qoruyub saxlamağa çalışıblar. Lakin Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst həmsədrlərin məkrli planlarını pozmağı bacardı, Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etməyə nail oldu.
Ümid edək ki, Ukrayna da bunu bacaracaq. Bu mənada öz xalqının, öz ölkəsinin haqlı mövqeyi uğrunda döyüşən Zelenskinin Trampın cavabını yerindəcə verməsi təqdirə layiqdir. Ölkəsinin ərazi bütövlüyü uğrunda üç ildir ki, Putin Rusiyasına qarşı qətiyyətlə dirəniş göstərən Zelenskinin, indi Rusiyanın vəkili kimi çıxış edən Trampın qarşısında zəiflik göstərib geri çəkiləcəyi mümkünsüz idi. Tramp və Vens birləşib onu linç etməyə, alçaltmağa, susdurmağa çalışsalar da, lakin məqsədlərinə nail ola bilmədilər və əksinə, özləri xoşagəlməz duruma düşdülər. İndi bütün dünya ictimaiyyəti Trampla Vensin Zelenskini media qarşısında açıq şəkildə mühakimə etmək cəhdlərini qınayır. Bəli, böyük dövlətlərin liderlərinin öz ərazi bütövlüyü uğrunda, suverenliyi uğrunda mübarizə aparan ölkələrə qarşı bu cür ədalətsiz mövqeyi yolverilməzdir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Mart 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri