Zəlzələ üçün erkən xəbərdarlıq sistemi hazırlanıb
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Napoli Federico II Üniversitetinin alimləri zəlzələni 60 saniyə əvvəldən xəbər verə bilən erkən xəbərdarlıq sistemi hazırlayıblar.
Modern.az xəbər verir ki, tədqiqatçılar sistemi 6 fevral 2023-cü ildə Türkiyədə baş vermiş 7,8 və 7,6 bal gücündə zəlzələlərin məlumatları əsasında geriyə dönük test ediblər. Orta intensivlik həddi götürüldükdə, sistem episentrdən 20–300 km məsafədə yerləşən ərazilərə 10–60 saniyə əvvəl xəbərdarlıq göndərə bilir və yanlış siqnal faizi aşağı olub. Daha yüksək intensivlik həddində isə 100 km-dən uzaq ərazilər üçün 20–40 saniyə öncədən xəbərdarlıq mümkün olub.
Alimlər məlumatları Təbii Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) tərəfindən idarə olunan 110 seysmik stansiyadan əldə ediblər. Nəticələr Communications Earth & Environment jurnalında dərc olunub.
Bildirilir ki, sistem P dalğalarının ilkin siqnallarını analiz edərək dağıdıcı S dalğalarının təsirini əvvəlcədən proqnozlaşdırır. Tədqiqatçılar qeyd edirlər ki, xəbərdarlıq həddinin seçimi yanlış və qaçırılan siqnallar arasında texniki balans tələb edir. (HaberGlobal)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 Fevral 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















