Icma.az
close
up
RU
“Zəlzələ vertiqosu”ndan necə xilas olaq? Mütəxəssis məsləhəti

“Zəlzələ vertiqosu”ndan necə xilas olaq? Mütəxəssis məsləhəti

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Zəlzələdən sonra afterşokların sıxlığı və hiss olunma dərəcəsinə bağlı olaraq vertiqo və dizziness şikayətləri 1-2 il ərzində davam edə bilər. Əldə olunan məlumatlara görə, zəlzələdən sonra bu cür şikayətlərin 2 qat artdığı da məlumdur”.

Bunu Bakıvaxtı.az-a Türkiyədə yaşayan Nevroloji uzmanı, invaziv nevroloq ve VGR Insult mərkəzinin qurucusu, Uzman Doktor Vüqar Cəfər zəlzələdən sonra insanlarda yaranan narahatlıq  və panik atakdan danışarkən deyib.

Zəlzələ Yer qabığındakı fay xətləri boyunca yığılan enerjinin qəfil açığa çıxması ilə baş verən təkanlardır. Bu hadisə, yer qabığının qırılması və ya yer dəyişməsi ilə gerçəkləşir və seysmik dalğalar vasitəsilə yer səthinə ötürülərək yerdə sarsıntı yaradır.

V.Cəfər nəzərə çatdırıb ki, Türkiyə Alp-Himalay zəlzələ qurşağında yerləşdiyinə görə zəlzələ riski yüksək olan ölkələrdən biridir. Onun sözlərinə görə, ən tanınmış fay xətləri arasında Şimali Anadolu Fay Xətti (KAF) və Şərqi Anadolu Fay Xətti (DAF) var. Bu səbəbdən Türkiyəni zəlzələ ölkəsi adlandırmaq tam yerində olar.

Zəlzələnin şiddətindən asılı olaraq bəzən çox dağıdıcı təsirləri ola bilər. V.Cəfər qeyd edib ki, zəlzələdən sonra ən çox qarşılaşılan şikayətlərdən biri başgicəllənməsi və ya davamlı yerin tərpənməsi hissidir.

Onun sözlərinə görə, zəlzələdən sonra başgicəllənməsi yaşayan insanlar bu durumu çox narahatedici hesab edə bilərlər:

“Bu vəziyyət adətən "zəlzələ vertiqosu" və ya "psixogen başgicəllənmə" kimi tanınır. Digər bir əlamət isə tərpənirmiş kimi hiss etmədir. Tibbi termin olaraq "Dizziness" (başgicəllənməsi və ya bihuşluq hissi), zəlzələdən sonra tez-tez qarşılaşılan bir haldır və əsasən həm fiziki, həm də psixoloji amillər nəticəsində meydana çıxır”.

Dediyinə görə, vertiqo deyilən hadisə daxili qulaqda yerləşən kristalların yer dəyişməsi nəticəsində insanın özünü və ya ətrafını fırlanırmış kimi hiss etməsidir.

Müsahibimiz vurğulayıb ki, vertiqolu xəstələrdə eyni zamanda 'dizziness' simptomları tez-tez müşahidə olunur. Dizziness vəziyyətində xəstə boşluqda imiş kimi, ayağının altından yer qaçırmış kimi və ya başı fırlanacaqmış kimi hisslər yaşayır.

O əlavə edib ki, zəlzələ vertiqosu, insanın zəlzələdən sonra əslində yer tərpənmədiyi halda hələ də yerin hərəkət etdiyi və ya bədəninin qeyri-sabit olduğu hissinə qapılmasıdır. Bu vəziyyət əksər hallarda psixoloji və fizioloji təsirlərin birləşməsi ilə ortaya çıxır:

“Zəlzələdən sonra afterşokların sıxlığı və hiss olunma dərəcəsinə bağlı olaraq vertiqo və dizziness şikayətləri 1-2 il ərzində davam edə bilər. Əldə olunan məlumatlara görə, zəlzələdən sonra bu cür şikayətlərin 2 qat artdığı da məlumdur”.

Zəlzələ vertiqosunun əlamətlərindən danışan müsahibimiz bildirilib ki, bu əlamətlərə yerin hələ də tərpənirmiş kimi hiss edilməsi, başgicəllənməsi və qeyri-sabitlik, bihuşluq, göz qaralması, narahatlıq və panik atak aiddir.

Vüqar Cəfər: Zəlzələdən sonra vertiqo şikayətləri artır

V.Cəfər həmçinin bu əlamətlərin yaranma səbəblərini açıqlayıb:

“Stress və Anksiyete: Zəlzələ böyük bir travmadır və orqanizmin stress reaksiyası başgicəllənməsi şəklində özünü göstərə bilər.

Tarazlıq Sisteminin Müvəqqəti Pozulması - Daxili Qulaq Problemləri: Zəlzələ zamanı təkan nəticəsində daxili qulaqda tarazlığı təmin edən strukturlar təsirlənə bilər.

Psixoloji Təsirlər: Zəlzələdən sonra insan hələ də yerin tərpəndiyini hiss edə bilər, bu da qeyri-sabitlik hissinə səbəb ola bilər.

Hiperventilyasiya: Qorxu və ya panik atak zamanı sürətli nəfəsalma, qandakı karbon qazı səviyyəsini azaldır və bu da başgicəllənməsinə səbəb ola bilər.

Yuxusuzluq və Qidalanma Qıtlığı: Kriz anlarında kifayət qədər istirahət etməmək və nizamsız qidalanma da başgicəllənməsinə səbəb ola bilər”.

Bu zaman insanlara nə etməli olduqları barədə məsləhət verən həmsöhbətimiz bildirib ki, əvvəlcə sakit olmağa çalışmaq, bol su içmək, balanslı qidalanmaq lazımdır.

“Əgər bu başgicəllənmə gündəlik həyatınıza təsir edirsə, davamlı hala gəlibsə, digər nevroloji əlamətlərlə müşayiət olunursa (bulanıq görmə, nitq pozğunluğu və s.), mütləq şəkildə nevroloji mütəxəssisə müraciət edilməlidir”,- deyə Vüqar Cəfər əlavə edib.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Aprel 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see357

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see346

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see337

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see324

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see317

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see309

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see299

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see291

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see287

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see257

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see241

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see237

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see228

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see225

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see220

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see205

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see196

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see194

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see189

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri