Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Zəmanətsiz zəmanətlər: Ukraynanı qoruyan sənəd varmı, yoxsa yalnız illüziya?

Zəmanətsiz zəmanətlər: Ukraynanı qoruyan sənəd varmı, yoxsa yalnız illüziya?

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna məsələsində “təhlükəsizlik zəmanətləri” anlayışının bu qədər tez-tez səslənməsi onun real məzmununun mövcudluğundan yox, əksinə, məhz həmin məzmunun olmamasından xəbər verir. Beynəlxalq diplomatiyada adətən hansısa termin nə qədər çox təkrarlanırsa, bir o qədər də onun ətrafında konsensusun, dəqiq hüquqi çərçivənin və icra mexanizminin olmadığını göstərir. Ukrayna nümunəsində də eyni mənzərə formalaşıb: təhlükəsizlik zəmanətləri siyasi ritorikanın mərkəzinə çəkilib, lakin bu ritorikanın arxasında duran hüquqi konstruksiyalar son dərəcə zəif və etibarsızdır.

Formal olaraq müxtəlif variantlar irəli sürülür. NATO üzvlüyü perspektivi, Vaşinqton müqaviləsinin beşinci maddəsinə “oxşar” mexanizmlər, ikitərəfli təhlükəsizlik sazişləri, eləcə də “strateji tərəfdaşlıq” statusu bu siyahıya daxildir. Ancaq beynəlxalq hüquq prizmasından baxdıqda bu formatların heç biri Ukrayna üçün avtomatik və şərtsiz kollektiv müdafiə öhdəliyi yaratmır. NATO üzvlüyü istisna olunmaqla digər bütün mexanizmlər hüquqi baxımdan ya qeyri-müəyyən, ya da sırf siyasi xarakter daşıyır. Hətta NATO-nun özü belə, çox zaman təqdim edildiyi kimi, “mexaniki müdaxilə maşını” deyil; onun kollektiv müdafiə mexanizmi belə üzv dövlətlərin siyasi qərarına, milli qanunvericiliyinə və strateji maraqlarına bağlıdır. Bu isə Ukrayna üçün təklif olunan alternativ modellərin niyə daha da zəif olduğunu açıq şəkildə göstərir.

Məsələnin kökündə beynəlxalq hüququn struktur məhdudiyyətləri dayanır. Təhlükəsizlik zəmanəti anlayışı beynəlxalq hüquqda universal, hamı üçün eyni qaydada işləyən normativ mexanizm deyil. O, erga omnes xarakter daşımır və dövlətləri avtomatik şəkildə hərbi müdaxiləyə məcbur etmir. Əksinə, təhlükəsizlik zəmanətləri suveren dövlətlərin siyasi iradəsinin məhsuludur və bu iradə milli maraqların, daxili siyasi balansın və regional güc nisbətlərinin təsiri altında formalaşır. Bu baxımdan təhlükəsizlik zəmanəti hüquqi normadan çox siyasi öhdəlikdir və bu öhdəliyin icrası heç vaxt mütləq xarakter daşımır.

Beynəlxalq münasibətlər praktikasında bu, xüsusilə aşkar görünür. Dövlətlər təhlükəsizlik zəmanəti verərkən faktiki olaraq öz üzərlərinə risk götürüb-götürmədiklərini ölçüb-biçirlər. Hərbi müdaxilə ehtimalı artdıqca zəmanətin hüquqi mətnində qeyri-müəyyənlik də artır: “yardım edəcəyik”, “dəstək göstərəcəyik”, “zəruri tədbirlər görəcəyik” kimi ifadələr məhz bu riskdən yayınma mexanizmləridir. Ukrayna üçün təklif olunan zəmanət modellərində də eyni dil və eyni məntiq hökm sürür. Hüquqi terminologiyadan istifadə edilir, lakin bu terminlər konkret icra mexanizmi ilə müşayiət olunmur.

Bu səbəbdən, Ukrayna üçün nəzərdə tutulan “təhlükəsizlik zəmanətləri” faktiki olaraq real təhlükəsizlik arxitekturası yaratmır. Onlar nə çəkindirmə (deterrence) funksiyasını tam yerinə yetirir, nə də kollektiv müdafiə mexanizmi formalaşdırır. Əvəzində bu zəmanətlər diplomatik boşluğu doldurur, siyasi məsuliyyəti təxirə salır və beynəlxalq ictimaiyyətə fəaliyyət görüntüsü yaradır. Başqa sözlə, burada hüquqi təminatdan çox psixoloji və siyasi təsəlli mexanizmi işləyir. Nəticə etibarilə beynəlxalq hüquqda təhlükəsizlik zəmanətlərinin nisbi xarakteri Ukrayna məsələsində bütün çılpaqlığı ilə üzə çıxır. Zəmanətlər nə qədər pafoslu ifadələrlə təqdim edilsə də, onların real dəyəri yalnız bir sualla ölçülür: bu zəmanəti verən dövlətlər faktiki hərbi riskə getməyə hazırdırmı? Bu suala aydın cavab olmadığı müddətdə Ukrayna üçün səslənən bütün təhlükəsizlik zəmanətləri hüquqi mexanizmdən çox diplomatik illüziya olaraq qalacaq.

Beynəlxalq hüquqda “təhlükəsizlik zəmanəti” anlayışı ilk baxışdan aydın və birmənalı təsir bağışlasa da, əslində, son dərəcə mürəkkəb və çoxqatlı hüquqi-siyasi konstruksiyadır. Burada əsas sual bundan ibarətdir: zəmanət hüquqi baxımdan icrası məcburi olan öhdəlikdirmi, yoxsa siyasi şəraitdən asılı olaraq dəyişən niyyət bəyanatıdır? Məhz bu sual Ukrayna ətrafında aparılan müzakirələrin mərkəzində dayanır, problemin mahiyyətini açır. Təhlükəsizlik zəmanətləri yalnız o halda real və işlək mexanizmə çevrilə bilər ki, onlar dövlətlər arasında bağlanmış beynəlxalq müqavilə statusuna malik olsun, yəni treaty obligation kimi tanınsın. Belə müqavilələrdə öhdəliklərin predmeti, həcmi, icra şərtləri və mümkün pozuntu hallarına görə məsuliyyət mexanizmləri dəqiq müəyyən edilməlidir. Əks halda, sənəd hüquqi aktdan çox siyasi deklarasiya xarakteri daşıyacaq. Ukrayna üçün müzakirə olunan təhlükəsizlik zəmanətlərinin əksəriyyəti məhz bu ikinci kateqoriyaya - siyasi öhdəliklərə aiddir.

Tez-tez istinad edilən NATO-nun Vaşinqton müqaviləsinin 5-ci maddəsi də çox vaxt yanlış interpretasiya olunur. Maddə üzv dövlətlərdən birinə qarşı silahlı hücumu alyansın bütün üzvlərinə qarşı hücum kimi tanıyır, lakin eyni zamanda cavab tədbirlərinin məzmununu açıq saxlayır. Hüquqi mətn üzv dövlətləri avtomatik şəkildə hərbi qüvvə tətbiqinə məcbur etmir; əksinə, hər bir dövlətə cavab tədbirinin formasını öz konstitusion prosedurlarına və milli qərar qəbuletmə mexanizmlərinə uyğun müəyyənləşdirmək hüququ verir. Bu isə o deməkdir ki, NATO-nun kollektiv müdafiə mexanizmi belə mütləq və mexaniki xarakter daşımır. Bu hüquqi incəlik NATO-nun özünün də “mütləq təhlükəsizlik zəmanəti” olmadığını göstərir. Alyans daxilində kollektiv müdafiə yalnız hüquqi norma ilə deyil, siyasi konsensus, strateji maraqların uzlaşdırılması və risklərin bölüşdürülməsi əsasında işləyir. Yəni hüquqi öhdəlik siyasi iradə ilə dəstəklənmədikdə faktiki təsir gücünü itirə bilər. Tarixi presedentlər göstərir ki, NATO daxilində təhlükəsizlik məsələləri bəzən uzun siyasi müzakirələr və kompromislər tələb edir.

Tarixi presedentlər beynəlxalq təhlükəsizlik zəmanətlərinin mahiyyətini romantik təsəvvürlərdən tamamilə ayırır və onu real güc siyasətinin sərt çərçivəsinə salır. Dövlətlərarası münasibətlər tarixində təhlükəsizlik zəmanətləri heç vaxt abstrakt hüquqi kateqoriya kimi işləməyib; onlar həmişə konkret maraqların, risk hesablamalarının və siyasi iradənin məhsulu olub. Məhz bu səbəbdən hüquqi sənədlərin mətnindən daha çox onları imzalayan dövlətlərin hansı situasiyada və nəyin bahasına hərəkət etməyə hazır olması həlledici rol oynayıb.

Birinci Dünya müharibəsi ərəfəsində Antanta çərçivəsində mövcud olan qeyri-rəsmi və yarımrəsmi öhdəliklər buna klassik nümunədir. Böyük Britaniyanın Fransa və Rusiya qarşısında formal hərbi öhdəlikləri məhdud idi, lakin uzunmüddətli strateji maraqlar, Almaniyanın güclənməsi qorxusu və hərbi planlaşdırmanın dərin inteqrasiyası Londonu faktiki olaraq müharibəyə sürüklədi. Burada hüquqi mətnlərdən çox formalaşmış siyasi reallıq və qarşılıqlı gözləntilər həlledici oldu. Yəni təhlükəsizlik zəmanəti kağız üzərində olmasa belə, siyasi iradə formalaşdığı üçün işə düşdü.

Koreya müharibəsi isə əks istiqamətli presedenti nümayiş etdirir. Münaqişədən az əvvəl ABŞ administrasiyası açıq şəkildə bəyan edirdi ki, Koreya yarımadası Amerika təhlükəsizlik perimetri daxilində deyil. Bu bəyanat hüquqi baxımdan heç bir öhdəlik yaratmırdı, lakin siyasi siqnal idi. Müharibə başlayanda isə Vaşinqtonun mövqeyi kəskin şəkildə dəyişdi. Burada da hüquqi zəmanət yox idi, lakin daxili siyasi təzyiqlər, geosiyasi balans və “domino effekti” qorxusu müdaxilə qərarını şərtləndirdi. Bu presedent göstərir ki, zəmanət bəzən əvvəl olmur, amma siyasi iradə yarandıqda sonradan formalaşır.

Yuqoslaviya böhranı zamanı NATO-nun davranışı isə selektiv müdaxilənin bariz nümunəsidir. Alyans humanitar fəlakət, insan hüquqlarının pozulması və regional sabitlik arqumentləri ilə hərəkət etsə də, reaksiyanın intensivliyi və forması konkret siyasi kontekstə uyğun dəyişirdi. Eyni hüquqi prinsiplər - mülki əhalinin müdafiəsi, güc tətbiqinin məhdudlaşdırılması - müxtəlif bölgələrdə fərqli nəticələr doğurdu. Bu isə bir daha sübut etdi ki, beynəlxalq təhlükəsizlik sistemində hüquqi norma sabitdir, onun tətbiqi isə dəyişkən.

Məhz bu presedentlər fonunda Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsi daha sərt və fundamental sualla üz-üzə qalır: risk kimə məxsusdur? Təhlükəsizlik zəmanəti verən dövlətlər Ukrayna naminə hərbi eskalasiyaya, birbaşa qarşıdurmaya və potensial itkilərə hazırdırmı? Əgər bu risk onlar üçün qəbulolunmazdırsa, zəmanət hüquqi sənəd kimi mənasını itirib diplomatik ritorikaya çevrilir. Çünki beynəlxalq hüquqda öhdəlik anlayışı risklə müşayiət olunmadıqda məzmunsuz formaya çevrilir.

Bu kontekstdə BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit olunmuş dövlətlərin suveren bərabərliyi və güc tətbiqinin qadağan olunması prinsipləri də nəzəri norma səviyyəsində qalır. Praktikada bu prinsiplər böyük güclər tərəfindən situativ və seçici şəkildə şərh olunur. Müdaxilə “humanitar zərurət”, “kollektiv müdafiə” və ya “regional sabitlik” adı altında əsaslandırıldıqda legitim sayılır, lakin eyni arqumentlər başqa kontekstdə görməzliyə vurulur. Ukrayna üçün təhlükəsizlik zəmanətləri də bu selektiv hüquqi tətbiqin obyektinə çevrilib. Nəticədə paradoksal vəziyyət yaranır: hüquqi baxımdan Ukraynanın suverenliyi və ərazi bütövlüyü tanınır, siyasi bəyanatlarda müdafiə vədləri verilir, lakin real güc tətbiqi ehtimalı qəsdən qeyri-müəyyən saxlanılır. Bu qeyri-müəyyənlik isə təsadüfi deyil; o, zəmanəti verən tərəflərə manevr imkanı yaradır, riskin əsas yükünü isə Ukraynanın üzərinə qoyur. Beləliklə, tarixi presedentlər bir daha göstərir ki, beynəlxalq təhlükəsizlik zəmanətlərinin taleyini hüquqi formullar yox, siyasi iradənin sərhədləri müəyyən edir.

Real zəmanət haradadır?

Kağız üzərində vədlərdən güc arxitekturasına

Məsələyə soyuq məntiq və sərt beynəlxalq hüquq prizmasından yanaşanda acı bir həqiqət üzə çıxır: Ukrayna üçün real təhlükəsizlik zəmanəti bu gün yalnız iki mənbədən qaynaqlana bilər, üçüncü yol yoxdur. Birincisi, formal hərbi-siyasi alyans üzvlüyü və bunun doğurduğu collective defence obligation, yəni hüquqi baxımdan məcburi kollektiv müdafiə mexanizmi. İkincisi isə regional və qlobal güc balansının elə şəkildə dəyişməsi ki, potensial təhdidlərin qiyməti deterrence by denial və deterrence by punishment prinsipləri çərçivəsində qəbuledilməz səviyyəyə yüksəlsin. Hər iki variant uzunmüddətli, mürəkkəb, riskli və ciddi siyasi iradə tələb edən yoldur.

Mövcud “təhlükəsizlik zəmanətləri” paketləri isə bu iki strateji oxun heç birini təmin etmir. Onlar nə treaty-based collective security yaradır, nə də real çəkindirmə mexanizmi formalaşdırır. Hüquqi terminlə desək, burada nə hard security guarantee var, nə də enforcement mechanism. Nəticədə Ukrayna beynəlxalq təhlükəsizlik arxitekturasında təhlükəli bir “boşluq zonası”nda qalır: nə tam müdafiə olunmuş subyektdir, nə də hüquqi baxımdan neytral statusa malikdir. Bu isə beynəlxalq hüquqda ən riskli vəziyyətlərdən biridir, çünki security vacuum həmişə eskalasiya üçün münbit zəmin yaradır.

Bu kontekstdə “təhlükəsizlik zəmanətləri” anlayışı Ukrayna üçün strateji reallıqdan çox siyasi illüziya təsiri bağışlayır. Lex lata - yəni mövcud beynəlxalq hüquq Ukraynaya avtomatik kollektiv müdafiə vəd etmir. Lex desiderata - arzuolunan hüquq isə hələ kağız üzərində belə tam formalaşmayıb. Bu iki anlayış arasında yaranmış dərin uçurum pafoslu bəyanatlarla, sammit qərarları ilə və diplomatik ritorika ilə doldurulmur, bu boşluq yalnız real güc balansının dəyişməsi və hüquqi statusun yenidən müəyyənləşdirilməsi ilə aradan qalxa bilər.

Məhz bu nöqtədə regionun real güc aktorları ön plana çıxır. NATO-nun tamhüquqlu üzvü, regionda hard power və soft power elementlərini birləşdirən nadir dövlətlərdən biri kimi Türkiyə təhlükəsizlik məsələsində abstrakt bəyanatlarla deyil, real hərbi-siyasi imkanlarla danışa bilən dövlətdir. Türkiyə həm alyans daxilində hüquqi-subyektiv statusa malikdir, həm də Qara dəniz, Cənubi Qafqaz və Şərqi Avropa kəsişməsində strateji çəkisi olan aktordur. Bu baxımdan Türkiyənin iştirak etdiyi istənilən təhlükəsizlik modeli artıq siyasi niyyət deyil, credible security commitment səviyyəsinə qalxır.

Lakin təhlükəsizlik yalnız tank və raketlə ölçülmür. Müasir beynəlxalq hüquqda energy security milli və regional təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi tanınır. Ukraynanın Rusiya enerji resurslarından asılılığı onun suveren qərarvermə imkanlarını sistemli şəkildə zəiflədən amildir. Bu asılılıq aradan qaldırılmadan heç bir təhlükəsizlik zəmanəti tam ola bilməz. Enerji asılılığı olan dövlətin təhlükəsizlik zəmanəti kağız üzərində qalır, çünki economic coercion hər zaman hərbi təhdidi tamamlayır.

Bu nöqtədə Qafqazın lider dövləti olan Azərbaycan və onun uzaqgörən enerji diplomatiyası strateji əhəmiyyət kəsb edir. Azərbaycan nefti və qazı artıq təkcə iqtisadi resurs deyil, Avrasiyanın enerji təhlükəsizliyi arxitekturasının sütunlarından biridir. Xəzərdən Avropaya uzanan enerji dəhlizləri energy diversification, supply security və strategic autonomy prinsiplərinin real təcəssümüdür. Ukraynanın enerji təhlükəsizliyinin Rusiya asılılığından çıxarılması və alternativ mənbələrə - ilk növbədə Azərbaycan enerji resurslarına inteqrasiyası faktiki təhlükəsizlik zəmanətinə çevrilə bilər. Çünki enerji baxımından azad olmayan dövlət hüquqi baxımdan da tam müstəqil ola bilməz.

Avropada dərinləşən geosiyasi çalxalanmalar fonunda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın balanslı, praqmatik və güc amilinə söykənən siyasəti ilə Azərbaycan lideri İlham Əliyevin strateji səbrə, hüquqa və uzunmüddətli maraqlara əsaslanan xətti həlledici rol oynaya bilər. Bu siyasətlər beynəlxalq hüququn formal normalarını real güc mexanizmləri ilə tamamlayan nadir nümunələrdəndir. Burada sovereign equality, non-intervention, collective security və energy sovereignty anlayışları abstrakt termin olmaqdan çıxıb, praktik strategiyaya çevrilir. Nəticə etibarilə Ukrayna üçün real təhlükəsizlik zəmanəti kağız üzərində yazılan qeyri-müəyyən formullar yox, hüquqi status, real güc balansı, enerji müstəqilliyi və regionun güclü aktorlarının məsuliyyətli liderliyi üzərində qurula bilər. Əks halda “təhlükəsizlik zəmanətləri” ifadəsi beynəlxalq hüquq leksikonunda deyil, siyasi illüziyalar lüğətində qalmağa məhkumdur.

Kəramət QƏNBƏROV,

Beynəlxalq hüquq üzrə ekspert

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Dekabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri