Icma.az
close
up
RU
Zəng edib dedi ki, yuxuda görmüşəm, çox kədərli idi

Zəng edib dedi ki, yuxuda görmüşəm, çox kədərli idi

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan "Hərşeyşünas" podkastının növbəti qonağı Əməkdar mədəniyyət işçisi Rahib Azəri olub.
Milli.Az xəbər verir ki, görkəmli cazmen Vaqif Mustafazadə ilə xatirəsini bölüşən aparıcı kövrək anlar yaşayıb:

"Mən hər il Vaqifin anadan olduğu və vəfat etdiyi tarixi qeyd edirəm. Eləcə də Rafiq Babayevi, Tofiq Quliyevi bunu özümə borc bilirəm. ANS-də işlədiyim zamanlarda bir hadisə baş verdi. Dekabrın 16-sı Vaqifin vəfat etdiyi gün idi, mən də verilişi ona həsr etmişdim və bizim çox dəyərli dostumuz hazırda o Muğam Mərkəzində işləyir Lalə xanım mənə zəng etdi. Zəng edib dedi ki, gecə yuxuda Vaqifi görmüşəm (kövrəlir) çox kədərli idi, kənardan sənin səsin gəlirdi radiodan və Vaqif gileyləndi ki, bir dənə o yada salır məni yəni mən... və dedi ki, mənim təşəkkürümü bildir ona. Beləcə Lalə xanım gördüyü bu yuxunu mənə danışdı. Onda da hazırda olduğu kimi çox kövrəldim. Bu hadisənin üstündən 3 ay keçir mart ayının 16-sıdır və efiri bitirdim məni çağırdılar ki, sənə zəng gəlib Lalə xanımdır. Dedim nolub ay Lalə? Görürəm qızın səsi birtəhərdir. Deyir inanırsız mən Vaqifi yuxuda gördüm yenə və mənə gülə-gülə dedi ki, mənim təşəkkürümü çatdırdın ona. Bundan sonra gəl mistikaya inanma da. Bir aparıcı kimi mən özümə bunu borc bilirəm ki, bu cür insanları yada salmışam, bunu özümün tarixi missiyam hesab edirəm(kövrəlir). Yaşa dolduqca adam kövrəkləşir..."

Aynurun "Kimdi Azərbaycan elitası?" sualına Rahib Azəri özünəxas cavab verib:

"10 il Bakı Caz Festivallarının aparıcısı olmuşam. Mən kimləri görmüşəm səhnədə, kimlərlə bir səhnədə dayanmamışam. Bir dəfə Sevda Ələkbərzadə ifa edəsi idi, səhnəyə çıxmamışdan öncə mən xahiş edim daha sonra Sevda özü də müraciət etdi ki, o çəngəl, bıçağın səsinə bir qədər diqqət edin. İnsanın fikrini yayındırır. Ona görə bəziləri caza kübar görünmək xatirinə qulaq asmağa gəlirdilər. Kübarlıqla bağlı mənim bir aforizmim var: " Toylarda geyilən əlbisələrin uzunluğu kübarlıqdan xəbər verən əsas xüsusiyyətdir." Toyda kübar cəmiyyətin geyindiyi əlbisəni geyinən adam elə bilir ki, kübardır. Baxırsan ki, vay vay... Bəzən kübar bildiyimiz adamlardan elə davranış görürük ki, deyirsən mən bunu normal adam bilirdim."

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Yanvar 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri