“Zəng edib efirdən sildirirdi” Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia (Video)
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Speys TV-nin keçmiş vitse-prezidenti Kamil Şahverdi Ramiz Mehdiyevin qadağaları ilə bağlı bəzi faktları açıqlayıb.
Milli.Az xəbər verir ki, K.Şahverdi bu barədə "Astar" Yutub layihəsinə müsahibəsində danışıb.
O bildirib ki, sabiq PA rəsmisi Əli Həsənov tez-tez kanal rəhbərlərini görüşə dəvət edirdi:
"Ramiz Mehdiyevlə isə ildə bir-iki dəfə görüş olurdu. Hətta elə şeylər olurdu ki, Ramiz Mehdiyev zəng edib efirdən materialı çıxartdırırdı. Məsələn, Afaq Bəşirqızının tamaşını verirdik, Ramiz Mehdiyev zəng edib sildirirdi. Tamaşada olan səhnələr onun xoşuna gəlmirdi. Deyirdi ki, o nədir, özünə bığ qoyub, bu nə biabırçılıqdır? Yəqin evində kiminsə xoşuna gəlməyibmiş. Zəng edirdi ki, bunu dayandırın. Deyirdi ki, ciddi verilişlərlə camaatı yormayın, camaat əylənməlidir. Ona görə də şou verilişlərinin sayını çoxaldırdıq".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 12 Oktyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















