Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Zəngəzur dəhlizi 2026 da açılır, ABŞ maliyyəni səfərbər edir ŞƏRH

Zəngəzur dəhlizi 2026 da açılır, ABŞ maliyyəni səfərbər edir ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prosesin 2029-2030-cu illərə qədər uzadılması isə Ermənistan kimi mürəkkəb geosiyasi mövqedə yerləşən bir ölkə üçün sabitlik baxımından risklidir

Zəngəzur Dəhlizi Azərbaycanın strateji qələbəsinin parlaq təcəssümü kimi Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən formalaşdırmağa doğru inamla irəliləyir. Ölkəmizin milli maraqlarına tam şəkildə cavab verən bu layihə yalnız dövlət siyasətinin deyil, eyni zamanda hər bir azərbaycanlının qürur mənbəyidir. Strateji koridor təkcə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisi arasında uzun illər blokadada qalan quru əlaqəsini bərpa etmir, eyni zamanda regionda ticarət, nəqliyyat və enerji axınlarını optimallaşdıran mühüm tranzit arteriyaya çevrilir. Zəngəzur dəhlizi 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində birbaşa əksini tapıb.

Sözügedən bənd regionda bütün nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutur. Dəhlizin fəaliyyəti Azərbaycanın Naxçıvanla fasiləsiz quru bağlantısını təmin etməklə yanaşı, Ermənistan, Azərbaycan və region ölkələri arasında iqtisadi və ticarət əlaqələrinin bərpası üçün də yeni imkanlar açır. Azərbaycan artıq Zəngəzur Dəhlizinin reallaşdırılması üçün zəruri infrastruktur layihələrinin icrasında son mərhələyə qədəm qoyub. Naxçıvanda mövcud dəmir yolu və avtomobil yollarının bərpası aparılaraq, yeni nəqliyyat xətləri inşa edilir. Dəhlizin istifadəyə verilməsi təkcə Azərbaycana deyil, bütövlükdə region dövlətlərinə ciddi iqtisadi dividendlər vəd edir. Belə ki, Ermənistan da Azərbaycan dəmir yolları vasitəsilə həm İrana, həm də Rusiyaya çıxış imkanı əldə edərək, regional nəqliyyat şəbəkəsinə inteqrasiya oluna bilər. Zəngəzur Dəhlizi yalnız Azərbaycan-Türkiyə xəttini deyil, Asiya ilə Avropa arasında tədarük zəncirlərini birləşdirən strateji qapı funksiyasını daşıyır. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Anadolu” agentliyinə verdiyi müsahibədə bildirib ki, Zəngəzur Dəhlizi 2030-cu ilə qədər istifadəyə verilə bilər.

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyə, Naxçıvan və Azərbaycanın əsas ərazisi istiqamətində, dəhlizi birləşdirən xətlərin inşası demək olar ki, reallaşdırılıb:

“Lakin layihənin əsas problemi Ermənistan ərazisindən keçəcək yolun maliyyələşdirilməsi və TRIPP dəhlizinin idarə olunma mexanizmi ilə bağlıdır. TRIPP layihəsi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə birbaşa quru əlaqəsinin təmin olunmasını nəzərdə tutur. Vaşinqtonda paraflanmış sazişin yekun sülh müqaviləsinə çevrilməsi üçün Azərbaycanın bir sıra tələbləri mövcud olub. Bu tələblərdən biri də dəhlizin idarə olunması ilə bağlı Azərbaycanın baxışlarının nəzərə alınması idi. Xüsusilə Ermənistan konstitusiyasının dəyişdirilməsi əsas şərtlər sırasında yer alırdı. Vaşinqton danışıqlarında dəhlizin təhlükəsizliyinin ABŞ-nin kommersiya təhlükəsizlik qurumları tərəfindən təmin olunacağına dair razılaşma əldə olunub. Bu məsələ, müəyyən qədər aydınlıq yaradır. Lakin Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin hansı fondlar hesabına və hansı mexanizmlə maliyyələşdiriləcəyi hələ də açıq qalır”. 

Ekspert Ermənistanın Zəngəzur dəhlizinin çəkilməsi ilə bağlı Rusiyaya etdiyi müraciəti şərh edib:

“Ermənistan-Rusiya münasibətləri kontekstində TRIPP layihəsi ilə bağlı bir sıra suallar cavabsızdır. Xatırlayırsınızsa, Rusiya vaxtilə SSRİ dövründə bu yolun guya Rusiyanın mülkiyyətində olduğunu iddia etmişdi. Halbuki reallıqda həmin ərazidən keçən dəmir yolları Azərbaycan SSR-in balansında olub. Buna baxmayaraq, Ermənistan dəhlizin çəkilişi üçün Rusiyaya müraciət edərək maliyyə dəstəyi istəmişdi. Bütün bu proseslər Paşinyanın Rusiyaya qarşı taktiki “şahmat gedişi” kimi qiymətləndirilir. Rusiya heç bir halda Amerika layihəsinə maliyyə ayırmaq imkanına malik deyil”.

Ə.Əlibəyli Zəngəzur dəhlizinin 2026-cı ildə fəaliyyətə başlamasının planlaşdırıldığını vurğulayıb:

“Azərbaycanın, eləcə də qlobal tərəfdaşlarının (ABŞ, Çin, Böyük Britaniya və Türkiyənin) əsas istəyi Zəngəzur dəhlizinin 2026-cı ildə fəaliyyətə başlamasıdır. Məlumatlara görə, ABŞ müəyyən maliyyə resurslarını səfərbər edərək, dəhlizin məhz 2026-cı ildə işə düşməsi üçün konkret addımlar atmağı planlaşdırır. Prosesin 2029-2030-cu illərə qədər uzadılması isə Ermənistan kimi mürəkkəb geosiyasi mövqedə yerləşən bir ölkə üçün sabitlik baxımından risklidir. Çünki Ermənistan daxilində qarşıdakı seçkilər fonunda müxalifət, kilsə, yarımhərbi qruplaşmalar və keçmiş prezidentlər arasında ciddi qarşıdurmalar var”.

Ekspert, Zəngəzur dəhlizinin Orta Dəhliz üçün strateji əhəmiyyətindən də bəhs edib:

“Zəngəzur dəhlizi Orta Dəhlizlə birləşərək qlobal ticarət şəbəkəsinə Azərbaycanın əsas tranzit mərkəzlərindən biri kimi inteqrasiyasını təmin edir. Orta Dəhliz Çin-Qazaxıstan-Xəzər Dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutunu əhatə edir. Zəngəzur Dəhlizi isə bu xəttə strateji əlavə qol kimi inteqrasiya olunaraq Azərbaycanın tranzit imkanlarını artırır. Dəhliz istifadəyə verildikdən sonra Çin malları Pekin-London xətti üzrə Azərbaycan üzərindən Avropaya daşına biləcək. Eyni zamanda, Bakı-Tbilisi-Ərzurum xətti Orta Dəhlizin Azərbaycan-Türkiyə seqmentini təşkil edir. Çin yükləri hazırda məhz bu marşrut vasitəsilə Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə məsafəni qısaldacaq, tranzit sürətini artıracaq və yüklərin daha operativ şəkildə daşınmasına imkan yaradacaq”.

Aybəniz Səfərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Yanvar 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri