Icma.az
close
up
RU
Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr regionda yeni siyasi konfiqurasiyanın formalaşdığını açıq şəkildə göstərir

Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr regionda yeni siyasi konfiqurasiyanın formalaşdığını açıq şəkildə göstərir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazax–İcevan yolu, yoxsa Zəngəzur dəhlizi? Regional geosiyasətdə İranın mövqeyi və alternativ marşrutlar üzərindən gedən mübarizə

“Cənubi Qafqaz regionunda kommunikasiya xətlərinin açılması məsələsi artıq təkcə iqtisadi layihə deyil, böyük güclərin maraqlarının toqquşduğu mürəkkəb geosiyasi prosesə çevrilib. Xüsusilə Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr regionda yeni siyasi konfiqurasiyanın formalaşdığını açıq şəkildə göstərir. Bu kontekstdə İran İslam Respublikasının mövqeyi diqqət çəkən və ziddiyyətli məqamlarla müşayiət olunan əsas faktorlardan biridir”.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran Zəngəzur dəhlizinin açılmasına heç bir formada, heç bir ad altında və heç bir tərəfin iştirakı ilə razı olmadığını dəfələrlə bəyan edib. Tehran üçün yeganə məqbul variant bu dəhlizin ümumiyyətlə gündəmdən çıxarılmasıdır. İran tərəfi bu mövqeyini müxtəlif arqumentlərlə əsaslandırmağa çalışır. Regional sərhədlərin dəyişdirilməsi qorxusu, Türkiyə-Azərbaycan təsirinin artması, Naxçıvan üzərindən Orta Asiyaya uzanan yeni türk geosiyasi xəttinin formalaşması və s.

Politoloqun fikrincə, bu yanaşmanın rəsmi təsdiqi kimi, bir müddət əvvəl İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin verdiyi açıqlamalar xatırlanmalıdır: “Vilayəti açıq şəkildə Zəngəzur dəhlizinin İranın milli təhlükəsizliyinə təhdid olduğunu bildirmiş, faktiki olaraq Tehran üçün “qırmızı xətt” elan etmişdi. Bu açıqlama İranın məsələyə emosional deyil, strateji yanaşdığını göstərir. Lakin maraqlı məqam ondan ibarətdir ki, İran Zəngəzur dəhlizinə qarşı çıxsa da, regionda alternativ yol layihələrinin təşviqi ilə çıxış etməyə başlayıb. Xüsusilə, SEPAH-a yaxınlığı ilə tanınan “Tasnim” xəbər agentliyinin yaydığı materiallar bunu aydın göstərir. Agentlik Qazax–İcevan yolunun çəkiləcəyi təqdirdə Qərblə Şərqi birləşdirən ən qısa quru yol olacağını vurğulayır və bunun Azərbaycanla Ermənistan üçün ciddi əhəmiyyət daşıdığını qeyd edir”.

Nicat İsmayılov

Nicat İsmayılov hesab edir ki, bu yanaşma əslində Tehran üçün ikili məqsəd daşıyır: “Zəngəzur dəhlizinin alternativsiz olmadığını göstərmək və Ermənistan üzərindən keçən, lakin Türkiyə faktorunu neytrallaşdıran marşrutu önə çıxarmaq. Beləliklə, İran faktiki olaraq “dəhlizə yox, yola bəli” strategiyasını formalaşdırır. Maraqlıdır ki, İran əvvəllər Zəngəzur dəhlizi məsələsində Rusiya ilə ciddi diplomatik qarşıdurma yaşasa da, hazırda Moskva və Tehran mahiyyət etibarilə eyni mövqedən çıxış etməyə başlayıblar. Xüsusilə, Qərbin və ABŞ-ın regionda nəqliyyat-kommunikasiya layihələri üzərindən təsirini artırmaq cəhdləri fonunda bu yaxınlaşma daha da güclənib. Şərti olaraq “Tramp marşrutu” adlandırılan Qərb təşəbbüslərinə qarşı Moskva–Tehran tandeminin formalaşması artıq gizli deyil. Bu kontekstdə rəsmi İrəvana da təzyiqlər artır. Ermənistan bir tərəfdən Zəngəzur dəhlizi ilə bağlı öhdəlikləri, digər tərəfdən İran və Rusiyanın narahatlıqları arasında manevr etməyə məcbur qalır.

Qazax–İcevan dəmir və avtomobil yolunun bərpası Ermənistan üçün xüsusilə taxıl və neft daşımaları baxımından ən əlverişli marşrutlardan biridir. Bu yolun açılması tranzit baxımından Gürcüstanın mövqelərini zəiflədə, indiyə qədər Tbilisinin qazandığı milyonlarla dollar gəliri Ermənistanın xeyrinə dəyişə bilər. Təbii ki, bu, Gürcüstan üçün arzuolunan ssenari deyil”.

Nicat İsmayılov bildirib ki, digər mühüm məsələ Azərbaycanın Qazax rayonundakı eksklav kəndlərlə bağlıdır: “Dəmir yolu xəttinin keçdiyi Sofulu və Bərxudarlı kəndlərinin qaytarılması bu layihənin sürətlə reallaşması üçün əsas şərt kimi qiymətləndirilir. Azərbaycan texniki və maliyyə baxımından Qazaxdan bu kəndlərə həm avtomobil, həm də dəmir yolunun çəkilməsini qısa müddətdə həyata keçirə biləcək potensiala malikdir”.

“Mövcud geosiyasi reallıqlar göstərir ki, Zəngəzur dəhlizi daha geniş, daha dərin və strateji layihədir. Onun reallaşması regional güclərin müqaviməti səbəbindən zaman ala bilər. Bu baxımdan Qazax–İcevan yolu Azərbaycan üçün İran və Rusiyanın təzyiqlərindən yayınmaq məqsədilə müvəqqəti taktiki çıxış yolu kimi qiymətləndirilə bilər. Lakin bu, Zəngəzur dəhlizindən imtina demək deyil. Əksinə, alternativ marşrutların işə düşməsi Azərbaycanın regional logistika mərkəzi kimi rolunu gücləndirə, Zəngəzur layihəsinin də gec-tez reallaşmasını qaçılmaz edə bilər”-deyə Nicat İsmayılov əlavə edib.

Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur?

“Əslində bu, seçim dilemması deyil. Qazax–İcevan yolu qısa və orta müddətli geosiyasi manevrdirsə, Zəngəzur dəhlizi uzunmüddətli strateji məqsəddir. İranın bütün səylərinə baxmayaraq, regionun iqtisadi və siyasi məntiqi kommunikasiya xətlərinin açılmasını diktə edir. Zaman kimin haqlı olduğunu göstərəcək, lakin bir reallıq dəyişməz qalır. Cənubi Qafqaz artıq qapalı region deyil və bu prosesin qarşısını almaq mümkün olmayacaq”-deyə Nicat İsmayılov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see324

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see173

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see166

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see165

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see153

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see146

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see144

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri