Icma.az
close
up
RU
Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: İran dolayısıyla etiraz edir

Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: İran dolayısıyla etiraz edir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dəhlizlər suverenliyə və ərazi bütövlüyünə xələl gətirməməlidir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə Zəngəzur dəhlizi üzrə ölkəsinin rəsmi mövqeyinə dair suala cavabında deyib. 

O bildirib ki, region ölkələri arasında əlaqələrin genişləndirilməsi dəstəklənsə də, bu proses heç bir halda suverenlik və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərə xələl gətirməməlidir.

“Biz region ölkələri arasında mübadilənin və əlaqələrin genişləndirilməsini dəstəkləməklə razılaşsaq da, eyni zamanda, biz həmişə vurğulamışıq ki, bu keçidlərin yaradılması suverenlik və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərə xələl gətirməməli və regionun geosiyasətində dəyişikliklər yaratmamalıdır. Bəzi hallarda Qafqaz regionunda digər ölkələrin danışıqları və mövqeləri yanlış şərh oluna bilər. Bununla bağlı mövqeyimiz aydındır və biz bunu dəfələrlə bəyan etmişik”, - Bəqai qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib.

Dövlət başçısı bildirib ki, bu sual Ermənistan rəhbərliyinə ünvanlanmalıdır: “Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz”.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan çox şey edə bilər, onlar artıq Avropa İttifaqı müşahidəçilərini də sərhədə dəvət ediblər:

 "Bu, sərhəddə peşəkar casuslardır və onlar İrana qarşı casus fəaliyyəti aparır. Xüsusilə də son İran-İsrail münaqişəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirlər. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də onları öz ərazimizdən izləyirik. Sabah ona görə Ermənistan istənilən ölkəni dəvət edə bilər. Bizim üçün isə başlıca məsələ odur ki, mən Əbu-Dabidə həmkarıma dedim bizim maneəsiz və təhlükəsiz Azərbaycandan-Azərbaycana keçidimiz olmalıdır. Və bu Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir".


Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı  İranın mövqeyi birmənalı olaraq bu dəhlizin açılmamasıdır:


“İran buna açıq şəkildə etiraz edə bilmədi. Onlar sadəcə ərazi bütövlüyü və suverenlik adı altında İranın maraqlarını gizlədir. Ərazi bütövlüyü və suverenlik deyəndə İran dolaysı ilə hər hansı bir xarici ölkənin, xüsusilə də İranın özünə düşmən saydığı ölkələrin sərhədləri yaxınlığında mövcud olmasını nəzərdə tutut. İran Azərbycanın bütövlükdə əraziyə nəzarət etməsini istəmir. Bunu isə açıq şəkildə ifadə edə bilmir. Çünki İranın narahatdır ki, bu ərazi yüz illik icarəyə götürülür və əraziyə gələn ABŞ şirkəti bütün infrastrukturu özünün maliyyəsi ilə yaradır. Ermənistan isə bu məsələyə etiraz etmir. Bunu Nikol Paşinyan da açıqlamasında bildirdi. Amerika şirkəti gəlməsə belə, Türkiyə və ya Azərbaycan bu dəhlizin açılması və təhlükəsizlik məsələsində sərhəd qoyub. Lakin İran Azərbaycan və Türkiyənin iştirakını istəmir. Dəhliz açılmaması İranın maraqlarına uyğun olacaq. Çünki İran Araz boyu açılacaq dəhlizin işləməsində, yeni nəqiliyyat kommunikasiyasının işləməsində maraqlıdır. Yəni  bütün beynəlxalq nəqiliyyat kommunikasiyaların logistik mərkəzi İrandan keçməsini istəyir. Ancaq İran probilatik dövlətdir. Araz boyu Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yolunun qurulmasından danışılır. Digər tərəfdən, Azərbaycandan Naxçıvana gedən avtobuslar, sərnişinlər üçün ciddi problemlər yaranıb. İran güvənilən , etimad edilən dövlət deyil. Ona görə də Zəngəzur dəhlizinin açılması olmazsa, olmazdır. Dəhlzin açılması təkcə Azərbaycan üçün yox, bütün region dövltləri üçün qazanc ola biləcək real nəqiliyyat kommunikasiya sistemidir”. 


Politoloq, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı yanaşmasından da söz açıb:

“Azərbaycan Amerika şirkətlərinin fəaliyyəti ilə bağlı hər hansı bir neqativ fikir söyləmədi. Ancaq belə şirkətlərin və ya bu prosesi idarə edəcək mərkəzin Azərbaycanda fəaliyyət göstərməsinin əleyhinə olduğunu bəyan etdi. Bunun da ciddi əsasları var. Azərbaycan Ermənistan qədər aciz dövlət deyil. Azərbaycan Ermənistan sərhədinə qədər dəmir yolu gələn ilin yazına kimi bitə bilər. Azərbaycan özü müstəqil qaydada nəqiliyyat kommunikasiya xətlərini çəkir. Bütün infrastruktur Azərbaycanın maliyyəsi ilə qurulur. Həmçinin Azərbaycanın yeni infrastruktur və maliyyə ehtiyacı olmadığı üçün kənar qüvvələrin fəaliyyətinə də ehtiyac qalmır. Əgər Ermənistanın həm maliyyəyə, həm də siyasi-hərbi dəstəyə ehtiyacı varsa, bununla razılaşa bilər. Amma Azərbaycan əsaslandırılmış şəkildə bundan imtina edir. Ancaq Ermənistan ərazisində idaretməni ABŞ-yə verilməsinə də açıq şəkildə etiraz etmir. Azərbaycan üçün həsas olan məsələ isə təhlükəsizlikdir. Azərbaycan vətəndaşı heç bir erməni əsgəri və sakinləri ilə bu keçiddə hər hansısa bir əlaqədə olmamalıdır Ermənistan Zəngəzur dəhlizin açılması məsələsində Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zərrə qədər xələl gəlməsini istəmir. Bu mənada Azərbaycan Ermənistan üçün hər hansısa bir problem yaratmır. ABŞ-nin şirkəti Ermənistan ərazisində idarəetməni öz üzərinə götürmüş olsa, suverenlik və ərazi bütövlüyü məsələsi Ermənistanla həmin şirkət və şirkətin məxsus olduğu dövlət arasında danışıqlardan asılı olacaq. ABŞ isə Ermənistanın suverenliyini və ya ərazi bütövlüyünü məhdudlaşdıracaq addım atmayacaq. Bu Ermənistanın iradəsinə bağlı məsələdir və Azərbaycan bununla bağlı konkret şərtlər qoymur”. 

Natiq Miri qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasının regiona yalnız müsbət töhfəsi olacaq:

“Bu prosesin, nəqiliyyat kommunikasiya sisteminin açılmasından hər kəs qazanacaq. Yetər ki, bu prosesə düşmənçilik kontekstində yanaşılmasın. Bu, bütövlükdə dövlətlər arasında ticarətə xidmət edəcək bir kommunikasiyadır. Məsələyə mənfi tərəfdən baxmaq düzgün deyil. Düzdür mənfi kontekstdə baxan ölkələr də varş Məsələn, Rusiya və İran. Ancaq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandığı təqdirdə buna dəstək verən qlobal güclər də mövcudur. Həmin qlobal güclər sülh müqaviləsini dəstəkləyir. Kim sülh istəmirsə, mövqeyini ortaya qoymalıdır. Belə olduğu təqdirdə, mənfi istiqamətdən danışmaq mümkün deyil. Çünki hər kəs qazanacaq. Azərbaycan, Ermənistan, Türkiyə və qonşu dövlətlər və.s..”. 

Kəmalə Vəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyul 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see273

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see120

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri