Icma.az
close
up
RU
Zəngəzur dəhlizi məsələsinin həllində İKİNCİ YOL

Zəngəzur dəhlizi məsələsinin həllində İKİNCİ YOL

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ötən gün Prezident İlham Əliyev yerli media nümayəndələrinin suallarını cavablandırıb. Bu zaman dövlət başçısı Zəngəzur dəhlizi ilə bağlı da danışıb.

İlham Əliyev qeyd edib ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır:

"Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun.

Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın".

Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Zəngəzur dəlizinin açılması ilə əlaqədar diplomatik işlər davam etdirilir:

“Yəni bu istiqamətdə təmaslar baş tutur. Həyata keçirilən təmasların nəticəsi Ermənistan siyasi elitasının, ya da cəmiyyətinin bu və ya digər mövzulara hazır olub-olmaması ilə bağlıdır. 2020-ci ildən bu günə qədər Ermənistan cəmiyyətində və siyasi elitasında ciddi dəyişikliklər baş verib. İkinci Qarabağ müharibəsinə qədər Ermənistanın formalaşmış işğalçı ideologiyası, Azərbaycanın diplomatik və siyasi təzyiqi nəticəsində artıq dəyişməyə başlayıb. Bəzi reallıqlar orada öz yerini tapır. Yəni müharibədən qabaq, onlar işğal olunmuş əraziləri Ermənistanın bir hissəsi  kimi düşünürdülər. Müharibə zamanı müəyyən terminlərdən istifadə edib, Azərbaycanı işğalçı tərəf kimi qələmə verməyə çalışırdılar. Beynəlxalq qanunlara zidd olan yanaşma o qədər güclənmişdi ki, onlar az qala açıq-açığına faşist ideologiyasını müdafiə edirdilər. Görürük ki, bu dəyişikliklər yavaş-yavaş davam edir.Əlbəttə, biz bu prosesin  sürətli olmasını istərdik".

Sabiq nazir Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı ikinci yolunun da olduğunu söyləyib:

"Hesab edirəm ki, Zəngəzur və digər mövzular Ermənistan cəmiyyətinin və siyasi elitasının fikirlərinin və mövqelərinin dəyişməsi prosesi ilə bağlıdır. Gələn il Ermənistanda seçkilər baş verməlidir. Mən bu şəraitdən istifadə edən qüvvələrin daha kəskin, sülhə aparmayan bəyanatlar verəcəyini düşünmürəm.  Ermənilərin öz mövqelərini dəyişib, beynəlxalq qanunlara uyğun davranacağı məsələsində optimist deyil. Zəngəzur dəhlizi məsələsi iki yolla həll oluna bilər. İkinci yol Azərbaycanın tarixi ədaləti bərpa etməsi ilə bağlıdır. Hesab edirəm ki, bu baxımdan məsələ gündəmdə olacaq. Əgər belə getsə, qarşıdurma yolunu seçsələr, onlara qarşı addımlarımız adekvat ola bilər. İkinci yolun, yəni tarixi ədalətin bərpasını mən heç də istisna etmirəm. Bunu daha real görürəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri