Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Zəngəzur dəhlizi mütləq açılacaq! Sabiq diplomatdan İran səfirinə CAVAB

Zəngəzur dəhlizi mütləq açılacaq! Sabiq diplomatdan İran səfirinə CAVAB

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani İrəvanda mətbuat konfransı keçirib. Səfirin konfransında Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər mübahisələrə səbəb olub. O deyib ki, İran dəhliz məntiqi çərçivəsində Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir: "Bölgə ölkələri arasında İran yeganə ölkədir ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini müdafiə edir”.

Səfirin sözlərinə görə, İran Azərbaycan üçün Naxçıvana alternativ marşrut təklif edib: 

"Bu marşrut İranın ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində həyata keçiriləcək. Əvvəlki yükdaşıma yolu kifayət qədər uzun idi, lakin indi Azərbaycan yük maşınları yolun böyük hissəsini öz ərazisindən, qalan hissəsini isə İrandan - Ermənistan sərhədi boyunca keçə biləcək. Yeni marşrutun uzunluğu 50 km təşkil edəcək, Azərbaycan yük maşınları üçün gömrük prosedurları da İran qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək".

Bakı ilə Tehran arasında son həftələrdə qarşılıqlı səfərlərin baş tutduğu və müsbət tendensiyaların müşahidə olduğu bir vaxtda İran səfirinin bu açıqlaması maraq doğurub. 

 Yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Bakıya səfərindən sonra Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən həftə İranda səfərdə olub və bir sıra mühüm görüşlər keçirib.

O, İran Prezidenti Məsud Pezeşkian, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian, İran Prezidentinin müşaviri Mehdi Sənayi və digər rəsmi şəxslərlə müzakirələr aparıb.

Görüşlərdə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib. Xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyəti vurğulanıb. Həmçinin, Araz çayı boyunca yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və su elektrik stansiyalarının tikintisi layihələri gündəmə gətirilib.

Hikmət Hacıyev Mehdi Sənayi ilə görüşdə bildirib ki, Azərbaycanın İran üçün heç bir təhdid yaratmaq niyyəti yoxdur. Bu mövqe rəsmi Bakının qonşu ölkələrlə əlaqələrini konstruktiv əsasda qurduğunu bir daha nümayiş etdirir. İran Prezidenti Məsud Pezeşkianla görüş zamanı Hikmət Hacıyev Prezident İlham Əliyevin salamlarını və İrana rəsmi səfərə dəvətini çatdırıb. 

Qarşılıqlı səfərlərdən əvvəl İranın bir sıra müsbət addımları müşahidə edilib. Tehran Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzasını təsdiqləyib, İranda həbsdə olan azərbaycanlı tələbəni təhvil verib, həmçinin Azərbaycana qarşı danışan Qəzvinin imam cüməsini istefaya məcbur edib. Ekspertlər bu addımları və qarşılıqlı səfərləri İranın Azərbaycanla münasibətlərini bərpa etmək istəməsi kimi şərh edib.

Ancaq İran səfirinin İrəvandakı açıqlaması bu səfərlərin ruhuna uyğun gəlmir. Bəzi ekspertlər səfirin bu açıqlamasını onun ermənipərəstliyi ilə əlaqələndirir, digərləri Tehranın region ölkələrinə və regionda marağı olan qüvvələrə mesaj olduğunu bildirir.

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq diplomat Nəsib Nəsibli bildirib ki, İranın Ermənistandakı səfiri Mehdi Subhanini fikirlərinə elə də önəm vermək lazım deyil:

“Zəngəzur dəhlizi məsələsində İranın tutduğu mövqe və yaxud izlədiyi siyasət barədə çox danışılıb. Biz onun əsas bu xüsusiyyətini önə çəkmək istəsək, məntiqsizlikdir. İran tərəfi bu məsələni təhrif edərək həyati məsələ səviyyəsinə gətirib çıxarır. Biz buna imkan vermərik, bizim qırmızı xəttimizdir filan deyir. Amma biraz analiz edəndə sual yaranır: niyə, nədir, axı bunları qorxudan? Bunların əsas narahatlığı Türk dünyası arasında əlaqələrin artması, Ermənistanla Azərbaycan arasında sülhün olmasıdır. Xarici İşlər Nazirliyində və digər qurumlarda praqmatik düşünən kəsim hesab edir ki, niyə bu vaxta qədər istifadə olunan yol, dəhliz kimi nəzərdə tutulmasın, yeni bir yol çəkilsin. Bunun xeyrini və nəzarətini də İran mənimsəmək istəyir. Məsələ bundan ibarətdir. Sübhaninin məntiqəzidd çıxışlarına çox da fikir verməyin. Zəngəzur dəhlizi beynəlxalq layihədir və mütləq bu məsələ həll olunacaq. Mən bunu çoxdan demişəm. Hələ də eyni fikirdəyəm. Ermənistan tərəfi, Baş nazir Paşinyan da deyir ki, bizim bununla bağlı heç bir problemimiz yoxdur”.

N.Nəsibli Ermənistanın əsas narahatlığının dəhlizə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərlik etməsi ilə əlaqədar olduğunu deyib:

“Onların əsas etirazı Zəngəzur dəhlizini Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət altına almasıdır. İndi də elə bil ki, bu məsələni də kənara qoyublar. 2020-ci il 10 noyabr bəyanatında belə bəndin olmadığını və yola üçüncü dövlətin nəzarəti altında olmamalı olduğunu deyirlər. Bu da çox ədalətli və bizim də xeyrimizə olan məsələdir. Rusiyanın o yola nəzarət etməsini təbliğ edən verilişlərə yer verirdilər. Bu da məntiqsizlikdir. Televiziyanı açırdın deyirdi ki, “burada nə problem var ki olsun da”. Yox, olmasın. Suveren bir dövlətin yolunun başqa dövlət tərəfindən nəzarətə alınması  normal iş deyil”.

Sabiq diplomat qeyd edib ki, İran Azərbaycanın başının həmişə qarışıq olmasını istəyir:

“Məntiqlə burada asayişin, sabitliyin olmasını İran tərəfi istəmir. O istəyir ki, Azərbaycanın başı həmişə qarışıq olsun. Ermənistanla yaxınlaşmanın əleyhinədir. Məncə, Sübhaninin məntiqəzidd çıxışlarına bu qədər önəm verməyə heç dəyməz”.

Nəsib Nəsibli bu çıxışın Rusiya-İran münasibətlərinə təsiri məsələsinə də toxunub:

"Rusiya İran arasında strateji münasibətlərin olmasını deyirlər. Sözdə liderlər Paşinyanın son Moskva səfərindən sonra bu məsələlər dilə gətirildi. Bu nə qədər pafoslu ifadə olunsa belə, yenə də Rusiya ilə İran arasında  bölgənin problemləri ilə bağlı fikir ayrılıqları var. O cümlədən elə Zəngəzur məsələsi və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı.  Rusiya və İranın müttəfiq olmaqlarına baxmayaraq, aralarında fikir ayrılıqları var. Fikirlərində fərq görülür.  Rusiya və İranın bu məsələlərdə milli maraqları üst-üstə düşmür. Rusiya bu bölgəni özünün arxa bağçası hesab edir. İran da burada öz nüfuzunu artırmaq istəyir. Bu mənada Rusiya İrana şübhə ilə yanaşır. Yəni biz müttəfiq ola-ola sən mənim arxa bağçama  niyə girirsən, burnunu soxursan deyə düşünürlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Fevral 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri