“TRT” Zəngəzur dəhlizi ilə bağlı xəritə yaydı, İrəvan qarışdı FOTO
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
“TRT World”ün Zəngəzur dəhlizi ilə bağlı yayımladığı xəritə və məqalə Ermənistanda narahatlıq doğurub.
Turkustan.az xəbər verir ki, məqalədə İranın Suriyadakı məğlubiyyət və Yaxın Şərqdə proksilərinə endirilən ağır zərbələr səbəbindən çətin vəziyyətə düşdüyü bildirilir.
Tehranın yaşadığı ağır iqtisadi çətinliklər də nəzərə alınmaqla, Zəngəzur dəhlizinin açılmasına razı olmaqdan başqa çarəsinin qalmadığı qeyd olunur. İranın dəhlizlə yanaşı bir neçə regional layihələrə baxışını təkrardan nəzərdən keçirə biləcəyi deyilir.
“TRT World”ün yayımladığı məqalədə dəhlizlə bağlı yer alan xəritə xüsusi diqqət çəkir. Belə ki, xəritəyə əsasən dəhlizin başlanğıc nöqtəsi Zəngilan rayonunun Ağbənd qəsəbəsi, bitiş nöqtəsi isə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhəridir. Nəşr yazır ki, dəhlizin açılması İran üçün də faydalı olacaq, o Naxçıvan və Türkiyə üzərindən Avropaya çıxış əldə edə biləcək.
Sözügedən məqalə və xəritə Ermənistanda ciddi müzakirələrə səbəb olub. Yerli mətbuat, siyasətçilər və ictimaiyyət arasında narahatlıq artıb. Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” adlandıran İranın qərarını dəyişərək dəhlizin açılmasına razılıq verməsi ehtimalı erməniləri təşvişə salıb. Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin onsuz da bu məsələyə razılaşdığı, Tehranın da fikrini dəyişməsi ilə dəhlizin açılmasına heç bir maneənin qalmadığı bildirilir.
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 27 Yanvar 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















