Icma.az
close
up
RU
Zəngəzur dəhlizi nifaq deyil, ittifaq meydanı olacaq

Zəngəzur dəhlizi nifaq deyil, ittifaq meydanı olacaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti region ölkələrinin bu məsələdə razılığa gələcəklərinə inanır

Zəngəzur dəhlizinin açılması mövzusu son aylar siyasi gündəmdə öndə gələn əsas mövzulardan biridir. Azərbaycanın qərb rayonlarının Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqəsini təmin edəcək bu nəqliyyat marşrutu yalnız bizim ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün də strateji və iqtisadi əhəmiyyət daşıyır. Elə bu səbəbdən dəhlizin reallaşması ilə bağlı danışıqlar nəinki regional, eləcə də beynəlxalq müstəvidə böyük maraqla izlənilir.

Rəsmi Bakının dəhlizlə bağlı mövqeyi dəyişməyib. Azərbaycan 5 ildə bu istiqamətdə vacib addımlar atıb. Ermənistan və İranla sərhədin qovuşuğuna qədər dəmir yolunun inşası başa çatmaq üzrədir. III Şuşa Qlobal Forumundakı çıxışında Prezident İlham Əliyev bəyan etdi ki, bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz: “Zəngəzur dəhlizi arteriya kimi bir çox ölkələri birləşdirəcək. Yəni söhbət beynəlxalq tranzit dəhlizdən gedir”. Bu mövzu Əbu-Dabi görüşünün gündəliyində də yer almışdı.

Son vaxtlar Türkiyə, İran, Rusiya və Avropa ölkələri tərəfindən verilən nikbin açıqlamalar Zəngəzur dəhlizinin ilin sonuna qədər açıla biləcəyi ehtimalını ortaya çıxarıb.

***

Türkiyə hökuməti bu beynəlxalq tranzit dəhlizinə qoşulmaqdan ötrü dünyanın aparıcı maliyyə qurumlarından çoxmilyardlıq kredit alıb. Bundan bir qədər əvvəl “Anadolu” agentliyinin yaydığı xəbərdə deyilirdi ki, Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyi “MUFG Bank”ın rəhbərlik etdiyi beynəlxalq kreditorlar konsorsiumu ilə Qars–İğdır–Aralık–Dilucu dəmir yolu layihəsinin maliyyələşdirilməsinə dair sazişlər imzalayıb. Sazişə əsasən, Ankaraya Qarsdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsi üçün 2,4 milyard avro həcmində maliyyə vəsaiti ayrılacaq. Kredit İsveçin EKN İxrac Kredit Agentliyinin, Avstriyanın OeKB bankının və İslam İnkişaf Bankında İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının zəmanətləri ilə veriləcək.

Məlumatda o da qeyd olunur ki, kreditin alınması ilə bağlı danışıqlar Türkiyənin Maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşəkin Londonda İslam İnkişaf Bankının təşkil etdiyi kreditorlar sammitində iştirakı çərçivəsində aparılıb. Beləliklə, razılaşmaya əsasən, Qars–İğdır–Aralık–Dilucu dəmir yolu xəttinin tikintisi layihəsini beynəlxalq kreditorlar maliyyələşdirəcək. Bu isə o deməkdir ki, rəsmi Ankara Zəngəzur dəhlizi ilə bağlı Bakıya verdiyi sözün üstündə durur. Layihənin icraçısı rolunda Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi çıxış edəcək.

Beləliklə, Türkiyə dəmir yollarının Naxçıvana birləşdirilməsi layihəsi Asiya ilə Avropanı birləşdirən və Zəngəzur dəhlizinin daxil olduğu Orta Dəhlizinin tərkib hissələrindən birinə çevrilir. Ankaranın bu layihəni maliyyələşdirməsi onu göstərir ki, Türkiyə Bakı ilə İrəvan arasında Zəngəzur marşrutu ilə bağlı tezliklə razılığın əldə olunacağına inanır. Bu arada dəhlizin 100 il müddətinə ABŞ-ın özəl şirkətinə icarəyə verilməsi ideyası da maraqlı diskussiyaya səbəb oldu. Ankaranın dəstəklədiyi plana əsasən, Ermənistan vasitəsilə Azərbaycanı Naxçıvanla birləşdirən 43 kilometrlik dəmir yolu və avtomobil yolunun idarəçiliyi ABŞ şirkətinə verilə bilər. Ermənistanın baş naziri Nikol Paşinyan dəhlizin idarə olunması ilə birgə erməni–amerikan şirkəti variantını istisna etməyib. Bakının bu ideyaya münasibəti birmənalı oldu: “Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla maneəsiz əlaqə təmin edilməlidir”.

***

Yerli ekspertlər Zəngəzur dəhlizinin ABŞ şirkətinə icarəyə verilməsi ehtimalının az olduğunu düşünürlər. Onlar buna səbəb kimi İran və Rusiyanın bu layihəyə mümkün aqressiv reaksiyasını göstərirlər. İranın siyasi dairələri bu planın gerçəkləşməsinin İslam Respublikasının şimal sərhədləri boyunca “geosiyasi tarazlığın dəyişməsinə” səbəb olacağını düşünürlər. Zəngəzur dəhlizi ilə bağlı Tehranın əsas narahatlığı ondan ibarətdir ki, bu layihə Türkiyənin bölgədə təsirini daha da genişləndirə və ABŞ-ın mövcudluğunu təmin edə bilər. Bu ehtimalı irəli sürən Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun elmi işçisi Həmidreza Əzizi həm də xəbərdarlıq edir ki, bu ssenari “İranı Ermənistan vasitəsilə Cənubi Qafqaza quru yolla təbii çıxışdan məhrum edəcək, ölkəni Azərbaycan və ya digər beynəlxalq aktorlar tərəfindən idarə olunan marşrutdan asılı vəziyyətə salacaq”. Əzizi Zəngəzur dəhlizinin açılmasını Tehran üçün “tabutdakı son mismara” bənzədir. Başqa bir ekspert layihəni Tehranın “geosiyasi boğulması” kimi xarakterizə edib.

İrəvan Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan isə öz növbəsində hesab edir ki, Zəngəzur dəhlizinə istənilən kənar nəzarət – istər ABŞ, istər Rusiya, istərsə də Avropa tərəfindən – Bakı üçün qəbulediləndir. Ona görə ki, Azərbaycan üçün bu, Naxçıvanla zəmanətli və maneəsiz əlaqə deməkdir. Vaşinqton üçün bu layihə Rusiyanın mövqeyinin zəifləməsi, onun son vaxtlar həm Bakı, həm də İrəvanla münasibətlərinin pisləşməsi fonunda regionda nadir hallarda yaranan hakimiyyət boşluğundan istifadə etmək fürsətidir.

Mövzuya son nöqtə kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Lefkoşaya səfəri zamanı jurnalistlərlə söhbətində dediyi sözlərini veririk: “Zəngəzur dəhlizi ölkələri bir-birinə daha da yaxınlaşdıracaq və beynəlxalq ticarət üçün yeni təkan olacaq. Əsas ümidimiz Zəngəzur dəhlizini nifaq mənbəyinə deyil, harmoniya rəmzinə çevirməkdir. Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında dəhlizin açılması regionun tərəqqisi naminə əməkdaşlığın qələbəsidir. Ürəkdən inanıram ki, region ölkələri bu məsələni razılaşma yolu ilə həll edəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük əhəmiyyət verir və çalışır ki, bu marşrut təkcə Azərbaycana deyil, yaxın gələcəkdə bütün regiona xeyir gətirsin. İnanıram ki, biz birlikdə bu problemi həll edəcəyik”.

Qafar ÇAXMAQLI,
Türkiyənin Ərciyəs Universitetinin professoru, Azərbaycan–Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri

– Zəngəzur dəhlizinin açılmasına maraq göstərən ölkələrin başında Türkiyənin gəlməsi təbiidir. Çünki bu dəhliz vasitəsilə Türkiyədən Naxçıvana, Azərbaycana, buradan isə türk dünyasına uzanacaq kommunikasiya xəttinin, enerji dəhlizinin işə düşməsi Ankaranın maraq dairəsindədir. Bununla bağlı Türkiyə rəhbərliyi ciddi addımlar atmaqdadır. Rəsmi Ankaranın bu layihənin tezliklə reallaşması üçün beynəlxalq maliyyə qurumlarından böyük həcmdə güzəştli kredit alması onun Zəngəzura böyük önəm verməsinin göstəricisidir. Bu nəqliyyat dəhlizi yükləri Türkiyə ərazisindən keçərək Avropaya çatdıracaq ən qısa marşrutdur. Aydın məsələdir ki, bu marşrutun işə düşməsi ilə Azərbaycanın bölgədə və dünyada nüfuzu daha da artacaq. Ölkəmiz Türkiyə ilə türk dünyası arasında bir körpüdür və bunu reallaşdırmaqdan ötrü Azərbaycan boynuna düşən işləri görməkdədir. Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərində böyük işlər aparılır.

Bildiyimiz qədər, Ermənistan da dəzlizin öz ərazisindən keçən hissəsinin inşası üçün lazım olan vəsaiti beynəlxalq maliyyə qurumlarından almaq üçün müraciətlər edib. Zəngəzur dəhlizi artıq reallıqdır və bundan qaçmaq mümkün deyil. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması, bölgədə sülhün bərqərar olması üçün Zəngəzur dəhlizi böyük əhəmiyyətə malikdir. Dəhlizin açılmasında Tehranın narahatlığı Ermənistanla sərhədinin təhlükəsizliyi ilə bağlıdır, amma buna heç bir əsas yoxdur. Ən azı, ona görə ki, müasir kommunikasiya xətlərinin çəkilməsində körpülər, alt və üst keçidlər nəzərdə tutulur. İran uzun illərdir ki, belə yersiz bəhanələrlə cığallıq edir, özünün “qırmızı xətti”ni ortaya atır. Tehranın iddiasının əksinə olaraq, dəhlizin açılması ilə Ermənistanın hər hansı ərazisinin dəyişməsi müzakirə mövzusu deyil. İran, sadəcə olaraq, Türk dünyasının güclənməsinə qısqanc yanaşır.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– Hesab edirəm ki, Türkiyə bu layihəni nəzərdə tutulan vaxta – 2027-ci ilədək gerçəkləşdirəcək. Amma bu zaman diqqəti həm də ona yönəltmək istərdim ki, Qarsdan Naxçıvana qədər dəmir yolu xətti ianə hesabına deyil, güzəştli kredit vasitəsilə inşa ediləcək. Nə qədər əlverişli şərtlərlə alınsa da, bütün hallarda həmin kreditin qaytarılması məsələsi də var. Bunun üçün isə həmin dəmir yolu xətti intensiv şəkildə fəaliyyət göstərməlidir. Yalnız Naxçıvana daşınacaq yüklərin gətirəcəyi gəlirlə böyük məbləğdə olan kreditin qaytarılması çətindir. Hətta Türkiyədən Azərbaycana qədər yük daşımaları həyata keçirilsə belə, yenə əldə ediləcək qazancın həcmi az olar. Zəngəzur marşrutu Orta Dəhlizin bir qoluna çevriləcəyi təqdirdə yüksək kreditlərin geri qaytarılması asanlaşacaq. Yəni Mərkəzi Asiyadan, Çindən yüklərin böyük bir hissəsi məhz Zəngəzur dəhlizi vasitəsilə Avropaya daşınanda maliyyə öhdəliyi də aradan qalxacaq.

İndi əsas məsələ Zəngəzur dəhlizinin keçdiyi bütün ərazilərdə onun bərpasının və inşasının tezləşdirilməsidir. Bizim qənaətimizə görə bu dəhliz iki hissədən ibarət olmalıdır. Bir hissəsi Ermənistan ərazisindən Naxçıvana, digəri isə İran ərazisindən keçərək Araz dəhlizi vasitəsilə Azərbaycana uzanmalıdır. Məhz bu iki marşrut Zəngəzur dəhlizinin davamlı fəaliyyətini təmin edə bilər. Ermənistan buna nə qədər etiraz etsə, İran müxtəlif bəhanələr gətirsə də, hər iki hissənin inşası qaçılmaz prosesdir. Çünki İrəvan və Tehran bu daşımaların həyata keçirilməsində maraqlıdırlar.

Azərbaycan Meğriyə qədər həm avtomobil, həm də dəmir yolu çəkilişini bu ilin sonuna, maksimum gələn ilin ortalarına kimi başa çatdıracaq. Marşrutun Naxçıvandan keçəcək hissəsində də zəruri rekonstruksiya işləri aparılmalıdır ki, sürət qatarları rahat hərəkət edə bilsinlər. Sonda onu da qeyd edim ki, dünyanın nüfuzlu maliyyə institutlarının dəmir yolunun inşası üçün Türkiyəyə böyük məbləğdə vəsaiti ayırmaları bu layihədə “böyük güclər”in də maraqlı olduqlarını göstərir.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2025 01:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see190

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see158

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see150

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see137

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see135

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see133

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see132

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see131

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see130

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see126

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see125

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see124

Model 100 min dollara ər axtarır

12 Sentyabr 2025 18:57see122

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see121

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see121

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see120

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see120

Gecənin şəkli bu olnalıdır Qurbanovun ofisiantlarla səmimi anı Video

12 Sentyabr 2025 10:23see117

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see117

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri