Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

“Zəngəzur dəhlizi təşviş yaratmamalıdır”

“Zəngəzur dəhlizi təşviş yaratmamalıdır”

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nikol Paşinyan cəmiyyətin bu mövzuya emosional reaksiyası ilə diplomatik reallıq arasında balans qurmağa çalışır

“Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz müsbət məcrada keçdi”. Ermənistan baş naziri Nikol Paşinyan bunu mətbuat konfransında deyib. O, bu görüşün formatını və faydasını birmənalı şəkildə dəstəklədiyini və bu qayda ilə danışıqları davam etdirməyə hazır olduğunu açıqladı. “İlk dəfə idi ki, tərəflər görüşmək və danışıqlar aparmaq üçün əvvəlcədən razılığa gəldilər” – deyən Paşinyan qeyd etdi ki, ikitərəfli dialoqun səmərəli keçdiyini və müsbət nəticəyə nail ola bilinəcəyini vurğulasa da, detallara varmadı.

İyulun 10-da Əbu-Dabidə tərəflərin müsbət münasibət bəslədiyi bir neçə ideyanın müzakirə olunduğunu, söhbətin dayanıqlı sülh razılaşmasından deyil, müəyyən qarşılıqlı anlaşmadan getdiyini etiraf edən Ermənistan baş naziri, bu məcrada ikitərəfli görüşlərin Əbu-Dabidə və ya başqa bir yerdə davam edəcəyinə ümid bəslədiyini jurnalisstlərin nəzərinə çatdırdı.

Hazırda gündəmdə duran əsas məsələ, Zəngəzur dəhlizi də daxil olmaqla, regional kommunikasiyanın bərpasıdır. Bu, həm də sülh sazişinin imzalanması yolunda başlıca keçid nöqtəsidir. Əslində, Paşinyan mətbuat konfransındakı çıxışında bu məsələ ilə bağlı bəzi “kartları” açdı. Dünənə qədər pərdə arxasında qalan ikitərəfli razılaşmalar barədə həqiqəti söylədi və hər şeyi öz adı ilə çağırdı.

Bəli, Nikol Paşinyan İrəvanın Zəngəzur dəhlizini ABŞ, yaxud Avropa şirkətlərindən birinə icarəyə verməyə hazır olduğunu birmənalı şəkildə təsdiqlədi. Baxmayaraq ki, hələ bir-neçə gün bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi, eləcə də baş nazirin aparatı bu mövzunun müzakirə predmetyi olmadığı barədə bəyanat, rəsmi açıqlama vermişdilər. Görünən odur ki, Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını uzaq gələcəyə saxlamaq fikrində deyil. Ermənistan uzun müddət dəhlizin açılması məsələsini müzakirəyə yaxın buraxmırdı. Beş il idi ki, İrəvan buna maneçilik törədir, dəhlizin açılmasının texniki və nəzəri tərəflərini müzakirə etməkdən yayınırdı. Səbəblərin bir qismi hamıya, o cümlədən bizə də məlum idi. Son dövrlərdə isə İrəvan dərk etdi ki, dəhlizin açılması ilk növbədə onun özünə lazımdır. Axı, bu marşrut onun üçün Türkiyə və Azərbaycana, buradan dünyaya birbaşa çıxış deməkdir. Bəli, bu dəhlizin yaradacağı iqtisadi imkanlar və gətirəcəyi dividendlər Azərbaycandan daha çox Ermənistana lazımdır.

“Azərbaycanla Ermənistan arasında müharibə yox, sülh olacaq. Əslində, biz bu məsələnin uzunmüddətli həlli üzərində işləyirik və işləməyə davam edədəcyik. Hesab edirəm ki, erməni xalqı da bu istiqamətdə bizə dəstək verəcək”. Bu sözləri, ilk növbədə, daxili auditoriyaya ünvanlayan Paşinyan məlum səbəblərdən “dəhliz” termininin Ermənistanda müəyyən allergiya doğurduğunu bildirdi və bunun izahını verdi: “Bizdə rəsmi şəkildə “Şimal–Cənub nəqliyyat dəhlizi” anlayışı mövcuddur və bu, normal qarşılanır. Amma tərəfdaşlarımız “dəhliz” ifadəsini işlətdikdə, biz dərhal təşvişə düşürük. Söhbət isə, sadəcə olaraq, beynəlxalq dövriyyədə olan texniki bir termindən gedir”.

Ermənistanın regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlı olduğunu etiraf edən Paşinyan bu prosesi yalnız ölkəsinin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində gördüyünü bildirib: “Ermənistandan Ermənistana Azərbaycan ərazisindən, Azərbaycandan Azərbaycana Ermənistan ərazisindən keçən marşrutların, ikitərəfli ticarətin, Ermənistandan Azərbaycan vasitəsilə üçüncü ölkələrə və Azərbaycandan Ermənistan vasitəsilə beynəlxalq rabitənin və tranzit mübadiləsinin açılmasında maraqlıdır. Biz ardıcıl olaraq maraq və hazırlıq nümayiş etdiririk”.

Paşinyanın bu açıqlaması ilə cəmiyyətdə Zəngəzur dəhlizi məsələsinə qarşı olan emosional reaksiya ilə bölgədə yaranmış reallıq arasında balans yaratmağa çalışdığını göstərir. O, həm də qeyd edir ki, Ermənistan sülh prosesinə sadiq qalacaq, amma müəyyən mərhələ qət edilməlidir. Bakı da məlum şərtləri yerinə yetirilmədən sülh sazişinin imzalanmasına tələsmir. Nikol Paşinyanın açıqladığı kimi, əgər yeni konstitusiya layihəsini parlament seçkilərindən sonra referendruma çıxaracaqlarsa, bu, təxminən 10-11 aylıq müddət deməkdir. Yəni, elə də çox gözləməli olmayacağıq. Yox, əgər Paşinyan Zəngəzur dəhlizini ABŞ və ya Avropa şirkərlərindən birinə icarəyə vermək barədə düşünürsə, onda qərarını operativ qəbul etməlidir. Mətbuat konfransında bu məsələyə də münasibət bildirən Paşinyanın sözlərinə görə, onun ölkəsində bir çox autsorsinq (kənar mənbədən istifadə etmək -red.) halları var, onlardan bəziləri qaneedicidir, bəziləri isə deyil: “Məsələn, Zvartnots hava limanının autsorsinqdə idarə edilməsini götürək. Düşünmürəm ki, burada Ermənistanın suverenliyi hansısa formada pozulub. Eləcə də su təchizatı, Cənubi Qafqaz dəmir yolu və digər sahələr. Bu sahələr Ermənistan Respublikasının mülkiyyəti olaraq qalmaqdadır. Yolların açılması kontekstində nə müzakirə edilə bilər? Biz, məsələn, investisiyaları cəlb edəcək hansısa şirkətin yaradılmasından danışa bilərik”.

Bu məqamda Nikol Paşinyan özünün utopik ideyası olan “Dünyanın kəsişməsi”ni yada salmağı da unutmadı: “Biz avtomobil və dəmir yolları haqqında çox danışırıq. Amma indi qeyd etmək istəyirəm ki, bu kontekstdə biz həm də enerji kəmərlərindən, elektrik xətlərindən, kabellərdən danışırıq. Bu, yaradılmalı və idarə edilməli olan bir təsərrüfatdır. Söhbət bundan gedir və bizim fikrimizcə, bu, Ermənistanın mülkiyyəti ola bilər. İcarə, o cümlədən torpaq sahəsi çox müzakirə olunur və demək istəyirəm ki, bizim qanunlarımıza görə, bu, tikinti hüququ adlanır. Tikinti məntiqində müqavilənin müddəti bitdikdən sonra investisiyalar Ermənistanın mülkiyyətində qalmağa davam edir”.

Ermənistan baş naziri mətbuat konfransında, həmçinin Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı çıxanlara sərt cavab verdi. O, bu mövqedə olan daxili və xarici qüvvələrə ritorik sual ünvanladı: “Əgər Ermənistan Türkiyə ilə barışığa getməsə, bəs bunun alternativ nədir?” O, sözünü münasibətlərin normallaşmasına qarşı çıxanlara ünvanlayaraq nəyə ümid etdiklərini, gözləntilərinin nədən ibarət olduğunu anlamadığını deyib: “Onlar demək istəyirlər ki, biz Türkiyə kimi nəhəng bir ölkə ilə müharibə yolunu tutmalıyıq? Ümumiyyətlə, nə danışdığımızı anlayırıqmı?”

Yeri gəlmişkən, oxucuların nəzərinə çatdıraq ki, iyulun 12-də hakim “Vətəndaş müqaviləsi” partiyası Gorusda keçirdiyi siyasi toplantıda Zəngəzur dəhlizinin açılması məsələsini qapalı iclasda müzakirə edib. Bu barədə məlumatı “Joxovurd” qəzeti partiyadakı mənbəyinə istinadla yayıb. Bildirilir ki, toplantı mətbuatsız, tam qapalı şəraitdə baş tutub və əsas mövzu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yolun Sünik (Zəngəzur-red.) ərazisindən keçən hissəsi olub.

Bu fakt ona dəlalət edir ki, Zəngəzur dəhlizinin işə düşməsi mövzusu artıq Ermənistanın daxili gündəminə çevrilməkdədir. Bu, gec-tez, onsuz da baş verməli idi...

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri

– Bəli, Əbu-Dabi görüşü çox pozitiv atmosferdə keçib. İkitərəfli görüşün nəticələrini Azərbaycan Xarici İşlər Nazirliyi də müsbət qiymətləndirib. Bundan sonra bir sıra istiqamətlər üzrə davam etdiriləcək. İkitərəfli münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması prosesi birinci, sərhədin delimitasiyası isə ikinci xətt olacaq. Üçüncü istiqamət isə komunikasiyaların açılmasıdır. Burada bizim Zəngəzur dəhlizi, ermənilərin fərqli adlandırdığı və Naxçıvana maneəsiz yolun əldə edilməsidir. Prespektivdə bu yolun ermənilərin özlərinə də xidmət edəcəyi şübhəsizdir. Ümumiyyətlə, kommunikasiya xətlərinin işə düşməsi, sərhədlərin açılması Ermənistan üçün də faydalı olacaq.

Sülh danışıqlarının üçüncü tərəf olmadan, birbaşa dialoq formatında davam etdirilməsi Azərbaycanın təklifi və dəsti-xəttidir. Rəsmi İrəvan bu formatı qəbul elədi və buna müsbət yanaşdığını bildirdi.

Zəngəzur dəhlizinin hansı formada fəaliyyət göstərəcəyi məsələsinə gəldikdə isə bunun ABŞ-ın, yaxud başqa ölkənin şirkətinin nəzarətinə veriləcəyini demək hələ tezdir. Məsələyə ümumi baxış ondan ibarətdir ki, bu yol açılmalı və onun təhlükəsizliyi təmin olunmalıdır. Əsas odur ki, bu zaman Azərbaycan üçün maksimum dərəcədə əlverişli şərait yaradılmalıdır. Yəni biz bu yoldan maneəsiz istifadə etməliyik. Bu iki məsələnin hansə formada həllini tapacağı danışıqlar prosesinin predmetidir. Müsbət irəliləyiş odur ki, Ermənistan artıq bu məsələni müzakirə mövzusu kimi qəbul edir.

Tofiq ABBASOV,
siyasi icmalçı

– Nikol Paşinyan erməni cəmiyyətini addım-addım həm sülhə sağlam yanaşmaya hazırlayır, həm də onu kompromislərə kökləməyə çalışır. Əbu-Dabi görüşü ilə bağlı birmənalı deyə bilərik ki, Azərbaycan İkinci Qarabağ müharibəsi bitdiyi ilk günlərdən əlini Ermənistan tərəfə uzatdı ki, sülhə gələk və inteqrasiya layihələrini birgə həyata keçirək. Sonra Bakı sülh danışıqlarını üçüncü tərəfin iştirakı olmadan, birbaşa aparılmasını təklif elədi. İkitərəfli formatın inandırıcı və ümidverici olduğunu İrəvana başa salmağa çalışdı. Vasitəçilər, moderatorlar, doğrudan da, vəziyyəti normallaşdıran yox, korlayanlardır. Onların mədsədi odur ki, özlərinin korporativ maraqlarını Cənubi Qafqaz bölgəsində yeritsinlər.

Bu günə qədər rəsmi İrəvan sülhdən yayınmaq üçün daim müxtəlif diplomatik manevrlərə əl atırdı. Hətta müəyyən mərhələdə bir çox vədlər versə də, sonra sözünün üstündə durmadı. Amma biz yalançını evinə kimi qovmağı bacardıq və Nikol Paşinyan Əbu-Dabi görüşündə açıq etiraf etdi ki, bəli, bu, faydalı bir formatdır və biz bunu mütləq davam etdirməliyik. Yəni uzun sürən fasilədən sonra, Ermənistan, nəhayət, Azərbaycan dediyi daha bir tezislə razılaşdığını bildirdi.

Kommunikasiyaların açılması məsələsində də Bakı bir müddət İrəvanın sabotajına şahidlik elədi. Sanki bu yol təkcə Azərbaycana və Türkiyəyə lazımdır. Xeyr, bu dəhliz bölgənin bütün dövlətlərinə, hətta deyərdim ki, beynəlxalq birliyə lazımdır. Əgər yanaşmada siyasi yetkinlik və iradə varsa, hamı əmin olur ki, bu dəhliz özündə hansısa qorxunc motivləri ehtiva eləmir. Sadəcə Zəngəzurun statusu ilə bağlı Ermənistanla aramızda fərqli mövqe olduğundan kənardan təkliflər səslənməkdədir. Ən ideal variant məsələnin öz aramızda həll olunmasıdır.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri