Icma.az
close
up
RU
İnformasiya məkanının DƏYİŞƏN TRENDİ Televiziya izləyicilərinin sayı niyə AZALIR?

İnformasiya məkanının DƏYİŞƏN TRENDİ Televiziya izləyicilərinin sayı niyə AZALIR?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə həm dünyada, həm də Azərbaycanda televiziyaya maraq nəzərəçarpacaq dərəcədə azalıb. Bunun əsas səbəbi dəyişən media vərdişləri, internetin artan təsiri və yayım modellərinin yenilənməsidir. Məsələn, 2025-ci ildə aparılan sorğuya görə ABŞ-da gündə “3 saat və ya daha çox televiziya izlədiyini” bildirən insanların payı 56%-ə düşüb. Halbuki 2024-cü ildə bu göstərici 61%, 2023-də isə 63% idi.
Eyni sorğuya əsasən respondentlərin 28%-i ümumiyyətlə televiziya verilişlərini izləmədikləri cavabını verib. Qeyd edək ki, 2023-cü ildə bu göstərici 20%, 2024-cü ildə isə 24% idi.
Xüsusən gənclər arasında ənənəvi televiziyaya maraq sürətlə azalır. 2025-ci ilə aid qlobal media araşdırmasına görə internet istifadəçilərinin 97.5%-i ayda ən azı bir dəfə televiziya izləyir. Buraya həm ənənəvi televiziya, həm də streaming platformaları daxildir.
2025-ci ilin əvvəlində Azərbaycanda gün ərzində televiziya izləyənlərin sayı 5 milyon 789 min nəfər olaraq qeyd olunub. Bu da o deməkdir ki, ölkəmizdə hər 2 nəfərdən biri televiziyaya baxmır.
Televiziyadan uzaqlaşmanın səbəbi nədir?
İlkin ehtimala görə insanların daha çox internet və mobil cihazlara üstünlük verməsi televiziyalara marağı azaldıb. İnsanlar məlumatları istədikləri vaxt və istədikləri yerdə izləmək istəyirlər. Televiziyalarınsa konkret xəbər buraxılışı vaxtı var. Ona görə də insanlar operativ məlumat üçün saatlarla telexəbərləri gözləmir, sosial platfotmalar üzərindən informasiyanı əldə edirlər.

Hazırda televiziyalara əsasən 50 yaşdan yuxarı insanlar baxır. Lakin verilişlərin məzmun və formaca təkrarlanması yaşlı nəsli də televiziyadan tədricən uzaqlaşdıracaq. Digər bir problemsə televiziya kanallarında uzun reklam bloklarının olmasıdır. Bu da izləyiciləri yorur. Halbuki, rəqəmsal platformalarda reklamlar minimdur.

Sosial medianın interaktivliyi də bu məsələdə önəmli rol oynayır. Televizya qarşısında izləyici nə qədər passivdirsə, sosial mediada bir o qədər aktivdir. İzləyici sosial mediada yayımlanan xəbərə münasibət bildirə, onu anındaca paylaşa bilir.
İzləyici artıq passiv olmaq istəmir. Sosial media isə müzakirə, paylaşım, interaksiya imkanı yaradır.
“Televiziyalar sosial şəbəkələrin imkanlarından istifadə etsələr...”
Məsələ ilə bağlı Bizim.Media-ya danışan professor, teletənqidçi Qulu Məhərrəmlinin bildirib ki, indiki informasiya və üstəgəl sosial platformalar bolluğu şəraitində Azərbaycanda televiziyalara baxanların sayı tədricən azalır:
“Eyni zamanda mövcud teleauditoriya günbəgün parçalanır. İnsanlar informasiyaları “Facebook”, “X”, “İnstagram” və digər sosial şəbəkələrdən alırlar. Amma bu televiziyanın dəyərinin itirilməsi anlamına gəlmir.  Çünki televiziyalar da sosial şəbəkələrin imkanlarından məharətlə istifadə edirlər. Hətta bu sahədə ciddi uğur qazanan televiziyalar var. Məsələn,  İTV, “Xəzər TV”  bu sahədə yaxşı işləyir. AzTV-nin bu sahədə cəhdləri göz qabağındadır. Təsədüfi deyil ki, sosial şəbəkələrdə izləyicisi bir milyona çatan televiziyalarımız var”. 
Müsahibimiz bir vacib məqama da toxunub:
“İş elə gətirib ki, televiziya öz məhsullarını təkcə yerüstü və kabel kanalları vasitəsi ilə deyil, həm də sosial şəbəkələrdə yaymaqla daha çox izləyici toplamalıdır. Ona görə də yeni tələblərə uyğun yeni davranış qaydaları ortaya çıxır. Bu qaydalardan istifadə edən televiziyalar, təbii ki, auditoriyasını genişləndirir. Hesab edirəm ki, auditoriyanın parçalanması televiziyanı sııradan çıxarır. Yaxşı televiziya verilişinə baxırlar. Sosial şəbəkələrdən istifadə etməyi bacaran televiziyaların hər zaman auditoriyası olacaq”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri