Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin bu qədər real olması uğurlu diplomatiyanın təzahürüdür

Zəngəzur dəhlizinin bu qədər real olması uğurlu diplomatiyanın təzahürüdür

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi bir çox mühüm məqamlarla yadda qaldı. 
Hər biri strateji yanaşma, gələcək inkişafla bağlı aydın təsəvvür yaradan istiqamətlər arasında Zəngəzur dəhlizi demək olar gündəlik həyatımızda müzakirə etdiyimiz məsələrdən biridir. 
Dövlət başçısının çıxışında səsləndirdiyi “Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq”, “Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. 
Xüsusilə nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur. Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun fiziki tikintisi nəzərdə tutulur” bəyanatları məsələyə bir daha geniş prizmadan yanaşma zərurətini gündəmə gətirir. Vurğulandığı kimi paraflanan sülh sazişinin digər aspektləri kimi Zəngəzur mövzusunun da dünyanın super gücü olan - Amerikada Trampın iştirakı ilə həlli bu yöndə geridönüşün mümkünsüzlüyünü isbat edir. 
Nəzərə alsaq ki, Azərbaycan ərazisindən Ermənistan sərhədinə gedən yollar - həm dəmir yolu, həm avtomobil yolu tezliklə hazır olacaq, daha dəqiq ifadə etsək avtomobil yolunun hazırlığı təxminən 95 faiz, dəmir yolunun fiziki hazırlığı 70 faizdir, onda Prezident İlham Əliyevin uzaqgörən qərarlarının bu məsələdə də hadisələri qabaqladığının şahidi oluruq. 
Bundan başqa Naxçıvan ərazisində də işlər artıq geniş vüsət alıb. 
Ermənistan ərazisində olan 42 kilometrlik hissədə də bu il fiziki işlərə başlanılması gözlənilir. Naxçıvandan Qarsa qədər və faktiki olaraq Türkiyənin dəmir yolları şəbəkəsinə tam bağlantı da olacaq.  Ötən il  Türkiyə tərəfi Qars-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı qərar qəbul edib. 
Beləliklə, Dövlət başçısı bildirdi ki, “Layihə tam başa çatandan sonra onun yükötürmə qabiliyyəti 15 milyon tona bərabər çatacaq və həm Şərq-Qərb, həm də ki, Şərq-Cənub, eyni zamanda Şimal-Cənub yolunun bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub layihəsi deyəndə, ilk növbədə, Rusiya-Azərbaycan-İran, yəni Rəşt-Astara yolu nəzərdə tutulur. Ancaq Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə də bərpa ediləcək. Yəni ki, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi – bu, Şimal-Cənub marşrutunun ikinci yolu olacaq. Bu, eyni zamanda, Orta Dəhlizin də ikinci yolu olacaq və təbii ki, yükaşırma qabiliyyəti artacaq”. 
Bundan başqa yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. 
Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq. Əsas, istiqamətverici tərəf isə Azərbaycan olacaq. Hab rolu Azərbaycan iqtisadiyyatı üçün əlavə dəyər zənciri rolu oynayacaq. Yüklər burda cəmləşəcək və ölkəmizdən müxtəlif istiqamətlərə daşınacaq. Çoxsaylı loqistik mərkəzlərin yaradılması investisya axını ilə bağlı məşğulluğu təmin edəcək, sosial mahiyyət daşıyacaq. 
Daha geniş anlamda layihənin reallaşması iştirakçı ölkələrin sosial-iqtisadi inkişafına ciddi töfhə verəcək. Ermənistan da təbii olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. 
Bu layihə qardaş Türkiyə üçün də faydalıdır. 
Bir sözlə, burada iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Dövlət başçısının təbirincə desək “əgər kimsə layihədə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər”.
Naxçıvan, Şərqi Zəngəzur və Qarabağı bir bölgə kimi birləşdirmək daha uzunmüddətli və funksional perspektivlərə hesablanıb. 
Ağbənd qəsəbəsində Arazın üzərindən körpü inşa edilməsi isə artıq dəhlizin şaxələndirilməsi və bununla da alternativ yaratmaqla, dayanaqlığa nail olmaqdır. Deməli eyni bölgədən Qərb istiqamətinə və Cənub istiqamətinə əslində iki yol olacaq. Biri Zəngəzur dəhlizi - Ermənistan üzərindən, digəri isə Araz dəhlizi - İran üzərindən. 
Ən əsası isə bunun da təşəbbüskarının Azərbaycan, onun lideri olmasıdır. Prezidentin  “Biz faktiki olaraq Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik” fikri isə daha uzunmüddətli və funksional perspektivlərə hesablanıb. Bura idarəçilik mexanizmlərindən tutmuş, yaşıl enerji, loqistika, bir sözlə, vahid infrastruktur, turizm və s daxildir.
Çinlə strateji tərəfdaşlıq Zəngəzur dəhlizinin perspektivi üçün nələr vəd edir?  
Əlbəttə, Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat imkanlarının açılması deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir. Yəni, geo-strateji və geo-iqtisadi əhəmiyyətini daha da artıran Azərbaycan Şərq-Qərb xəttinin üzərində Bakı-Tbilisi-Qars və Zəngəzur nəqliyyat damarları ilə şaxələnməni həyata keçirməklə, böyük Avrasiya coğrafiyasının mərkəzi hablarından birinə çevrilir. Belə ki, Suveyiş kanalı ətarfında baş verən hadisələr Çin və Avropa arasında quru nəqliyyatının əhəmiyyətini artırıb. Hazırda Çindən Avropaya gedən nəqliyyat vasitələrinin sayı artdıqca, əks istiqamətdə də nəqliyyat vasitələrinin işləməsinə ehtiyac yaranır. 
Üstəlik, Zəngəzur dəhlizinə marağı artıran daha bir amil, Avrasiyada şimal quru yolu üzrə Polşa-Belarus sərhədində yaranan texniki və idarəetmə məhdudiyyətləri ilə bağlıdır. Odur ki, illik ticarət dövriyyəsi 500 milyard avrodan yuxarı olan Avropa İttifaqı və Çin üçün Zəngəzur dəhlizi kimi alternativ marşrutların maraqlı olması başadüşüləndir. 
Bu baxımdan Çin Xalq Respublikası ilə Azərbaycan arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq sənədləri, ötən il qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə təkcə vacib siyasi platforma rolunu oynamır. Bu həm də ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək ciddi faktordur. İmzalanan  sənədlər hər iki tərəf üçün biznes strukturlarını maksimum fəallaşdırmaq üzrə də ciddi impuls verib və biz bunu konkret investisiyaların nümunəsində görürük. 
- Əmtəə dövriyyəsi rekord həddə çataraq 4 milyard dolları keçib;
- Çin şirkətləri ölkəmizdə bərpaolunan enerji mənbələrinə ciddi investisiyalar qoyur;
- Çin Xalq Respublikası hazırda Xəzər dənizinə doğru Qırğız Respublikası Özbəkistan vasitəsilə daha bir dəmir yolunun tikintisini maliyyələşdirir və s.

Deməli, Azərbaycana yükdaşımaların həcmini artıracaq layiihələrin sayı artır. Mərkəzi Asiya ölkələri ilə yanaşı, Çindən əlavə yükdaşımalar təbii ki, Şərq-Qərb marşrutunu, Orta Dəhlizi tam işlək vəziyyətə gətirəcək. Eyni zamanda ticarət dövriyyəsi 6 milyard dollar dəyərləndirilən Türkiyə və Mərkəzi Asiya, həmçinin 20 milyard dollardan artıq ticarət dövriyyəsinə sahib olan Çin və Türkiyənin perspektiv iqtisadi əlaqələri üçün Zəngəzur dəhlizinin əhəmiyyətli misilsizdir. Bundan başqa dəhliz Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər.
Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimiz nəqliyyat layihələrində də öz sözünü deyəcək. 
Bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə Azərbaycanın rolu, yəni etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük. 
Prezident vurğuladı ki, “İlk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən keçib. 
Bu ancaq başlanğıcdır, onların sayı dəfələrlə artacaq və hazırda biz öz nəqliyyat infrastrukturumuzu genişləndirmək üçün fəal işləyirik. Halbuki hesab edirdik ki, yaratdığımız infrastruktur uzun illər ərzində bizə kifayət edəcək, ancaq görürük ki, yox. Ona görə əlavə vəsait qoyulur və qoyulacaq, burada təkcə yüklərdən söhbət getmir”. 
Beləliklə, Azərbaycan kommersiya səmərəliliyinə və bir çox digər amillərə əsaslanaraq, yükdaşımaların artmasına kömək edən, özünün və qonşu ölkələrin infrastrukturuna investisiya qoyan, axınların təminedicisi olacaq ölkə rolunu oynayır. Bu səbəbdən də xüsusən də açıq dənizə çıxışı olmayan Azərbaycanın nəqliyyat mərkəzi kimi rolu təbii olaraq artacaq və artmalıdır. 
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Yanvar 2026 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri