Icma.az
close
up
RU
Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat

Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Asif Nərimanlı: “Belousovun sözləri Ermənistanda mövqelərini bərpa etmək istiqamətində aktivləşən Rusiyanın xəbərdarlığı kimi qəbul edilə bilər”

Ötən həftə Ermənistanın Sünik rayonunun (Zəngəzur) Gorus şəhərində Fransanın fəxri konsulluğunun açılışı olub. Erməni mediasının məlumatına görə, fəxri konsul vəzifəsinə Gorusdakı Frankofoniya mərkəzinin direktoru Karmen Apunts təyin edilib. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovannisyan deyib ki, sabit sülhün təminatı həm də iqtisadi qarşılıqlı əlaqə və regional əməkdaşlıqdır ki, bu da regionda qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verəcək.

“Sünik regional əməkdaşlığın strateji qalasına çevrilə bilər, burada infrastruktur, nəqliyyat və enerji sektorlarında birgə layihələr təkcə Ermənistanın deyil, bütün regionun, eləcə də daha geniş regionun maraqlarına xidmət edəcək. Bizim məqsədimiz sülh və təhlükəsiz regiondur. Burada münaqişələr əvəzinə əməkdaşlıq hökm sürür, sərhədlər - qapılar və təhdidlər əvəzinə biz qarşılıqlı hörmət əsasında münasibətləri necə inkişaf etdirmək barədə düşünürük”, - nazir müavini qeyd edib.

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini isə bildirib ki, Gorus Ermənistanın geosiyasətinin mərkəzində yerləşən və ilk nöqtə kimi Qarabağdan gələn əhalini qəbul edən şəhərdir: “Bu, regionda sülhü bərqərar edən şəhərdir”. Diplomat Gorusun həmişə yol ayrıcında olduğunu və fəaliyyətinin sülhün bərqərar olmasına yönəldiyini qeyd edib.

Beləliklə, Ermənistan Zəngəzur dəhlizinin keçdiyi ərazini Fransanın nəzarətinə vermiş sayılır. Bu, əlbəttə, ilk növbədə Rusiyaya zərbədir. Çünki dəhlizə nəzarət 2020-ci il 10 noyabr Üçtərəfli Birgə Bəyanata əsasən Rusiya sərhədçilərinə verilməli idi. Eyni zamanda, Rusiya uzun müddət idi ki, Zəngəzurda diplomatik missiya yerləşdirməyə çalışırdı, amma rəsmi İrəvan buna “yox” deyir. Artıq konsulluğun açılması məsələsinə olmasa da, həmin gün Rusiyanın müdafiə naziri Andrey Belousovun “Ermənistanın Sünik bölgəsi ətrafında gərginlik davam edir” bəyanatı ilə çıxış etməsi bir mesaj sayıla bilər.

Məlumdur ki, Fransa bu sərhəd bölgəsində hansısa  diplomatik missiya adı altında yerləşməyə çalışırdı.  Fransanın Ermənistanın cənub bölgəsi olan Zəngəzurda konsulluq açması regionda yeni geosiyasi proseslərin başlandığını göstərir. Ekspertlərin fikrincə, bu addım, Zəngəzur dəhlizinə gələcəkdə nəzarət etmək planının tərkib hissəsidir və Ermənistanın Rusiyanın bölgədəki təsirini zəiflətmək məqsədi güdür.

Siyasi icmalçı Asif Nərimanlı mövzu ilə bağlı AYNA.AZ-a müsahiobəsində xatırladıb ki, Qərbi Zəngəzurda davam edən konsulluq yarışında Fransa İrandan sonra nəticə əldə edən ikinci ölkədir:

- Əsas sual isə budur: Fransanın konsulluğu hansı fəaliyyəti göstərəcək? Konsulluq missiyasının təmsil etdiyi ölkənin vətəndaşları ilə işləmək olduğu və Zəngəzur bölgəsində Fransa vətəndaşlarının yaşamadığı faktı fonunda da bu sual daha da aktuallaşır. Ona görə də, hesab edirəm ki, Gorusda açılan Fransa konsulluğunun iki mümkün missiyası var. Birincisi, konsulluq Fransanın kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərə bilər. Zəngəzur bölgəsində mövqelənən rəsmi Parisin Azərbaycana, o cümlədən, İrana və Rusiyaya qarşı bu cür fəaliyyətləri istisna edilməməlidir. O da istisna deyil ki, konsulluq bu missiyanı Avropa İttifaqının bölgədəki müşahidə missiyası ilə koordinasiyalı şəkildə həyata keçirəcək. İkincisi, həm də ən əsası konsulluğun açılması Fransanın Zəngəzur üzərindən bölgədəki mövqelərini, xüsusilə regional kommunikasiyalarda iştirak imkanlarını gücləndirmək məqsədi daşıyır. Ermənistan və Fransa rəsmilərinin bəyanatlarında da buna işarələr var. Qərbi Zəngəzur Cənubi Qafqazda kommunikasiyanın açılmasında strateji bölgədir. Bunun bütövlükdə Avrasiyanın nəqliyyat şəbəkəsinin bir hissəsi olduğu amili nəzərə alınmalıdır. Bu kontekstdə konsulluğun açılışında iştirak edən Fransanın İrəvandakı səfiri Olivye Dekotinin “Gorus Ermənistanın geosiyasətinin mərkəzindədir və həmişə mühüm yol ayırıcı rolunu oynayıb, bundan sonra da belə olacaq” sözləri diqqət çəkir. Səfirin Gorusun yenidən “yol ayırıcı mərkəzə” çevrilməsini irəli sürməsi belə oxuna bilər: bölgədə konsulluq açan Fransa regional komminikasiyanın bərpasında İrəvanın “sülhün kəsişməsi” layihəsinin qəbul edilməsi və Avropa İttifaqının Mərkəzi Asiya ölkələrindən başlayan Transxəzər dəhlizinin Ermənistan vektorlu reallaşması istiqamətində səylərini sürətləndirəcək.

- Belə qiymətləndirmə var ki, Fransa konsulluğunun açılmasına İrəvandan icazə əslindəı Rusiyaya zərbədir. O mənada ki, Rusiya uzun müddətdir Zəngəzurda diplomatik missiya yaratmaq istəyir, amma Ermənistan buna imkan vermir...

- Əlbəttə, bu, Rusiyaya zərbədir, həm də ağır zərbə. Rusiyadan verilən bəyanatlar da bu kontekstdə nəzərdən qaçmamalıdır. Rusiya müdafiə naziri həmin günlər bəyanatında bildirdi ki, Qərbi Zəngəzur ətrafında gərginlik var və davam edir. Bunu iki cür oxumaq mümkündür. Birincisi, regiondan kənar ölkələrin bölgəyə Ermənistan üzərindən, məhz Zəngəzurdan müdaxiləsi ilə bağlıdır. Avropa İttifaqının müşahidə missiyasının fəaliyyət göstərdiyi və faktiki olaraq, Rusiya sərhədçilərinin yerini tutduğu Zəngəzurda Fransa konsulluq açır. Və bu, Ermənistanın bölgədə konsulluq açmaq istəyən Rusiyaya imkan verməməsi fonunda baş verdi. Bölgədə ilk konsulluğu İranın açması rəsmi İrəvan üçün regional müttəfiqin Tehran, ikinci konsulluğu Fransanın açması isə regiondan kənar müttəfiqinin Paris olduğu deməkdir. Belousovun sözləri Ermənistanda mövqelərini bərpa etmək istiqamətində aktivləşən Rusiyanın xəbərdarlığı kimi qəbul edilə bilər. Hesab edirəm ki, Moskva bununla ən azı Zəngəzurda konsulluğunun açılmasına nail olmağa çalışır.

- Bəs ikin ci məqam hansıdır?

- Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində Moskvanın İrəvana “yardım təklifi”ndən qaynaqlanan məqam var ki, bu, istisna edilməməlidir. Belousov bildirir ki, “Ermənistan-Azərbaycan münasibətlərinin qeyri-sabit vəziyyətindən narahatdırlar, Sünik rayonu ətrafında gərginlik qalmaqdadır. Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır və hər cür kömək etməyə hazırdır”. Zəngəzura fokuslanan bu açıqlama Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı “Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün hər cür yardım etməyə hazırıq” sözləri fonunda diqqət çəkir. Sual yaranır: Ermənistanın ərazi bütövlüyü pozulubmu? Rəsmi İrəvan iddia edir ki, 2022-ci ilin sentyabr döyüşləri zamanı Azərbaycan ordusunun strateji yüksəkliklərə nəzarəti bərpa etməsi “Ermənistanın ərazi bütövlüyünün pozulması” ilə nəticələnib. Halbuki Azərbaycan ordusu əsasən işğal dövründə Ermənistan tərəfindən qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədini bərpa edib. Bununla yanaşı, delimitasiya prosesi aparılmadığı üçün Azərbaycan-Ermənistan sərhədinin konkret xətləri bəlli deyil. Ermənistan bu iddiaya əsaslanaraq, anti-Rusiya siyasətini körüklədi və Qərb qüvvələrini Avropa İttifaqı müşahidə missiyası adı altında bölgəyə gətirdi. Lavrov “Ermənistanın ərazi bütövlüyünün təmin edilməsinə dəstək” dedikdə Moskvanın İrəvana yardım edə biləcəyinə diqqət çəkirdi. İstisna deyil ki, Lavrovun İrəvan səfəri zamanı qapalı müzakirələrdə bu yardım müzakirə olunub. Lakin Moskva diplomatik kanallarla buna nail ola bilmədiyi üçün hərbi rəhbərliyin dili ilə yenidən çağırış edir. Yaxud Lavrovun İrəvandan istədiklərini Belousov vasitəsilə daha da gücləndirir. Ermənistan-Azərbaycan münasibətlərinin qeyri-sabit vəziyyətindən danışan Belousovun diqqəti Zəngəzur bölgəsində gərginliyin davam etməsinə çəkməsi buna hesablanmış kimi görünür.

- Yəni ki, Rusiya Ermənistana yardım təklifi ilə bölgəyə qayıtmağa çalışır...

- Əlbəttə, Rusiya mümkün qədər itirilmiş mövqelərini bərpa etmək niyyətindədir. Regiona qayıtmağa çalışan Rusiya bununla Ermənistana “Azərbaycan qarşısında müdafiə olunmaq” təklifi irəli sürür və bu, dörd istəkdən ibarət ola bilər. Birincisi, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesində iştirak etmək, ikincisi KTMT müşahidə missiyasını Azərbaycanla sərhədə daxil etmək, üçüncüsü, Rusiya sərhədçilərinin bölgədə fəaliyyətini yenidən genişləndirmək və nəhayət, Zəngəzurda konsulluğunu qısa zamanda açmaq. Bunlardan ilk üçü ilə müqayisədə dördüncüsü daha real görünür. Hərçənd Rusiyanın istəyini Ermənistana qəbul etdirmək imkanları – ritorik xəbərdarlığını arqumentləşdirmək üçün praktiki müstəvidə hansı addımlar ata biləcəyi açıq olaraq qalır. Moskvanın klassik taktikası özünə bağlı erməni hərbçiləri hərəkətə keçirmək, Azərbaycanla sərhəddə təxribatlar törətmək idi. Lakin Ermənistan ordusunda əvvəlki təsirlərinin qalmadığını nəzərə alsaq, bu taktikanın mövcud vəziyyətdə reallığı sual altına düşür. Rusiyanın nə edəcəyi sualı açıq qalsa da, Zəngəzurda güclənmək cəhdlərinin davam edəcəyi aydın görünür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 İyun 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri