Icma.az
close
up
RU
Zəngəzur xalqımızın iradəsindən kənar ermənilərə verilib Deputat

Zəngəzur xalqımızın iradəsindən kənar ermənilərə verilib Deputat

Icma.az, 525.az saytına istinadən bildirir.

İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi həm Naxçıvanın tarixində, həm də Türkiyə Azərbaycan münasibətləri tarixində mühüm bir hadisədir. Çünki ölkəmiz 100 il bundan əvvəl qeyri-qanuni şəkildə Naxçıvanın Azərbaycanla quru ərazisinin bağlanmasının yaratdığı strateji vakumu doldurmağa çalışır.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

“Biz 90-cı illərin əvvəllərində məhz bu quru əlaqənin olmaması ucbatından Naxçıvanın nə qədər böyük problemlərlə üzləşdiyinə şahidlik etdik. Əslində Naxçıvanla Azərbaycanın quru ərazisinin kəsilməsi xüsusi strateji bir qərar idi, çar Rusiyası və sovet Rusiyasının Azərbaycana münasibətinin göstəricisi idi.

Eyni zamanda, burda böyük erməni hiyləsi var idi. Yəni, Naxçıvanla Azərbaycanın quru əlaqəsini kəsməklə, Naxçıvanı blokada şəraitində saxlamaqla, ordan əhalinin çıxmasına nail olmaqla, Naxçıvanı Azərbaycandan qopardmaq məqsədi daşıyırdı. Hazırkı tarixi mərhələdə Azərbaycan Naxçıvana açılan kommunikasiyalarla, yollarla məhz bu haqsızlığı aradan qaldırmağa cəhd göstərir.

Amma əlbəttə ki, tariximizə vurulan ən böyük zərbə hələ də qalmaqdadır. Azərbaycan Prezidenti də Türkiyədə İğdır-Naxçıvan qaz kəmərinin açılışı mərasimində məhz bu məsələyə toxundu. Zəngəzur dəhlizi, yəni Azərbaycanı Naxçıvanla birləşdirən tarixi torpaqlarımız xalqımızın iradəsindən kənar olaraq qeyri-qanuni və qeyri-legitim əsaslarda, 1920-ci ildə Rusiya Kommunist (bolşeviklər) partiyasının qərarı ilə ermənilərə verilib. Bu qərar özü özlüyündə hüquqa əsaslanmadığına, Azərbaycan xalqının iradəsinə zidd olduğuna görə qeyri-legitimdir. Mənə elə gəlir ki, tarixin indiki mərhələsində bu haqsızlığı, qeyri-hüquqi aktı və onun törətdiyi strateji zərərləri aradan qaldırmaq vaxtı çatıb. Azərbaycan Prezidenti əslində bu məsələləri demək istəyirdi”,- deputat bildirib.

Əlavə edib ki, Qərbi Zəngəzurun qeyri-qanuni olaraq Ermənistana verilməsi təkcə Naxçıvanla Azərbaycan arasında əlaqənin kəsilməsi deyil, həm də böyük bir Turan mədəni-tarixi etnocoğrafiyasının  əlaqələrinin bir-birindən qopardılması idi:

“Bu gün artıq Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı inteqrasiya və qarşılıqlı maraqlar elə bir səviyyəyə gəlib çatıb ki, Naxçıvanı Azərbaycana və Azərbaycanı Türkiyəyə birləşdirəcək bu dəhlizin açılması zərurətini yaradıb. Tarixi haqsızlığın aradan qaldırması zərurətini gündəmə gətirib. Ona görə də ən müxtəlif formalarda -hüquqi, siyasi, diplomatik müstəvidə hüquqi bazanın genişləndirilməsindən tutmuş, bu qərarı qəbul etmiş subyektlərin qərarlarını aradan qaldırana qədər gedən hər hansı bir yol varsa, mütləq o yolu tapıb biz Zəngəzur dəhlizini açmalıyıq”.

Deputat deyib ki, bu, ilk növbədə Azərbaycan dövlətçiliyinin və Türk Dövlətləri Təşkilatının gələcəyi baxımından vacibdir, ikincisi Ermənistan da daxil olmaqla regionda sülhün əldə olunması və inteqrasiyanın təmin edilməsi üçün olduqca zəruridir:

“Yəni, bu dəhlizə qarşı haqsızlığın aradan qaldırılması region ölkələrinin, o cümlədən Ermənistanın gələcək inkişafı baxımından yeni perspektivlər təmin edəcəkdir. Ona görə də düşünürəm ki, bu tarixi mərhələdə bu problem, tarixi haqsızlıq aradan götürülməlidir”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Mart 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri