Zəngəzur zavodunda erməni tətili: Bıçaqlar işə düşdü, silahlar partladı
Icma.az bildirir, Aznews.az portalına istinadən.
Zəngəzur Mis-Molibden Zavodunda işçilər arasında silahdan istifadə ilə dava düşüb.
AzNews.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi məlumatına görə, insident tətil edən işçilərlə tətilə qarşı çıxanlar arasında baş verib. İşə davam etmək istəyənlərə əllərində odlu silah və bıçaq olan tətilçilər hücum edib.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, onlara əlbəyaxa dava barədə məlumat daxil olub.
"Polis əməkdaşları hadisə yerinə gedib, növbəti hadisələrin qarşısını alıblar. Hazırda polisə gətirilən 8 nəfər var", - Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, zavodun bəzi əməkdaşları artıq bir neçə gündür ki, tətil edirlər. Onlar əmək haqqının 50% artırılmasını tələb edirlər və rəhbərlik bunu qəbuledilməz hesab edir.
Tərəflər arasında danışıqlar davam edir.
AzNews.az
Baxış sayı:62
Bu xəbər 06 Fevral 2025 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















