Icma.az
close
up
RU
Zəngəzurdan türk birliyinə uzanan yol: Yeni dövrün başlanğıcı

Zəngəzurdan türk birliyinə uzanan yol: Yeni dövrün başlanğıcı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türk dünyası bu gün tarixin ən mühüm dönüş nöqtəsindədir. Geosiyasi, mədəni və iqtisadi baxımdan böyük potensiala malik olan bu ailə artıq yalnız ortaq tarixlə deyil, ortaq gələcəklə də birləşir. Son illərdə baş verən hadisələr, regionda yaranan yeni dinamika, xüsusilə Azərbaycan və Türkiyənin ortaq strateji baxışı, bu birliyin kağız üzərində deyil, reallıqda formalaşdığını göstərir.

AK Partiya başqan yardımçısı, millət vəkili, Türk Dövlətləri ilə Əlaqələr rəhbəri Kürşad Zorlu kimi ideya sahiblərinin səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, türk dövlətləri arasındakı əməkdaşlıq sadəcə regional deyil, qlobal əhəmiyyətə malik böyük bir vizyonun tərkib hissəsidir. Onun dediyi kimi: “Zəngəzur dəhlizi Türk dünyasında ikinci intibah dövrünü başlada bilər”. Mən bu fikri tam qəlbimlə bölüşürəm. Çünki bu dəhliz təkcə coğrafiyaları deyil, taleləri birləşdirəcək.

Qarabağ Zəfəri – birliyin siyasi simvolu

2020-ci ildə qazanılan Qarabağ Zəfəri təkcə hərbi qələbə deyildi. Bu zəfər Türk dünyasına inanc, güvən və ortaq məqsəd bəxş etdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu prosesin lideri kimi tarixə düşdülər. Ərdoğan açıq şəkildə Türk dünyasının birliyinə dəstək verir, İlham Əliyev isə bu ideyanı praktik nəticələrlə reallaşdırır. Bu, təkcə dövlət rəhbərlərinin dostluğu deyil, xalq iradəsinin dövlət siyasətinə çevrilməsidir.

Zəngəzur dəhlizi – strateji körpü, mədəni bağ

Zəngəzur dəhlizi, sadəcə bir logistika layihəsi deyil. Bu, əsrlərlə bir-birindən uzaq salınmış türk ellərinin yenidən qovuşması üçün açılan qapıdır. Çin sərhədindən yola çıxan bir yük maşını artıq Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan üzərindən Türkiyəyə və oradan Avropaya qədər gedə biləcək. Bu yol ticarət yoludur, mədəniyyət yoludur, qardaşlıq yoludur.

Bu dəhliz reallaşdıqda, Ermənistan üzərindəki blokada siyasəti tamamilə zəifləyəcək və bölgədə dayanıqlı sülh və inkişaf üçün real əsaslar yaranacaq. Türk dövlətlərinin enerji resursları, nəqliyyat imkanları, istehsal gücü birləşdikdə isə böyük Avrasiya məkanında Türk ittifaqı yeni bir güc mərkəzi kimi çıxış edəcək.

Həmçinin oxuyun:

İsraildən İslam dünyasını silkələyən qərar: Bakı da rədd edəcək – Ərdoğan üçün yeni fürsət

Türk dünyasının gələcəyi – tək ürək, tək iradə

Türkiyənin və şəxsən Prezident Ərdoğanın bu məsələyə olan qətiyyətli iradəsi, Türk Dövlətləri Təşkilatının (TDT) gələcəkdə daha dərin və funksional bir platformaya çevriləcəyinə işarədir. Kürşad Zorlunun qeyd etdiyi kimi, bu təşkilat yaxın zamanda sülh və rifahın regional təminatçısına çevrilə bilər.

Bu mənzərədə Azərbaycanın rolu isə xüsusidir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, sadəcə öz torpaqlarını azad etmədi, həm də Türk dünyasının qapısını açdı. Bu gün Şuşada keçirilən zirvələr, Zəngilan və Laçında planlaşdırılan beynəlxalq forumlar, artıq Türk dünyasının geosiyasi oxunun dəyişdiyinin göstəricisidir.

Mənim inamım

Mən bir türk qadını, bir azərbaycanlı kimi inanıram ki, bu yolun sonunda parçalanmış tarix birləşəcək, sönən ocaqlar yenidən alovlanacaq, qardaş xalqların səsləri eyni mahnını oxuyacaq. Bu birlik bir gün pasport və vizalardan azad, sərhədsiz bir Türk dünyası yaradacaq. Zəngəzurdan başlayan yol Altay dağlarına, Xəzər dənizindən Adriatikə qədər uzanacaq.

Və biz bu intibahı təkcə izləməyəcəyik. Biz onun içində olacağıq. Biz onu quracağıq.



Politoloq Ramiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 İyul 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri