Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Zəngəzurdan Avropaya: yeni geosiyasi xəritə formalaşır...

Zəngəzurdan Avropaya: yeni geosiyasi xəritə formalaşır...

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ararat Mirzoyan “İrəvan Dialoqu-2026” forumundakı çıxışı zamanı Ermənistan–Türkiyə münasibətlərinin normallaşma prosesinə toxunub.

O, tərəflərin diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması məsələsində qarşılıqlı hazır olduqlarını təsdiqlədiklərini bildirib. Mirzoyanın sözlərinə görə, ilkin mərhələdə sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılıq əldə olunub. Eyni zamanda Ani körpüsünün birgə bərpası və birbaşa aviareyslərin yenidən başlaması münasibətlərdə müsbət dinamikanın göstəricisi kimi qiymətləndirilir.

Ermənistan ilə Türkiyə arasında quru sərhədlərinin tam açılması regionun siyasi və iqtisadi balansına necə təsir göstərə bilər?

Türk politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2026-cı il Cənubi Qafqaz üçün dönüş nöqtəsi kimi tarixə düşə bilər. Çünki bu dövr 2020-ci il Qarabağ Zəfərindən sonra bölgədə qəti sülhə doğru atılan ən vacib addımlardan biri hesab olunur. İyun ayında Ermənistanda keçiriləcək seçkilər isə bu prosesin taleyini müəyyənləşdirəcək əsas siyasi mərhələlərdən biridir.

“Müharibədə məğlub olmasına baxmayaraq, Nikol Paşinyan xalq tərəfindən yenidən seçilən lider kimi artıq Ermənistan siyasi tarixində xüsusi yer tutur.

Bu mərhələdə Azərbaycan və Türkiyənin qarşısında mühüm fürsət yaranıb. Çünki Paşinyana qarşı çıxan Robert Köçəryan və Serj Sarkisyan kimi siyasi fiqurlar Qarabağ klanı ilə əlaqələndirilən və bölgədə uzun illər gərgin siyasətin simvoluna çevrilən şəxslər kimi tanınırlar. Onların Qərbdə müəyyən dairələr tərəfindən dəstəklənməsi isə regionda sülh prosesinə ehtiyatla yanaşan qüvvələrin hələ də aktiv olduğunu göstərir.

Məhz buna görə “İrəvan Dialoqu-2026” forumunun indiki mərhələdə keçirilməsi təsadüfi görünmür,” – deyə politoloq bildirib.

Onun sözlərinə görə, Ermənistan və Türkiyə arasında sərhədlərin açılması ilə bağlı müzakirələrin aparılması, Ani körpüsünün birgə bərpası istiqamətində addımların atılması və birbaşa aviareyslərin bərpası regionda yeni siyasi atmosferin formalaşdığını göstərir. Bu proseslər Paşinyanın mövqeyini daha da gücləndirə bilər. Çünki Ermənistan cəmiyyətinə artıq qarşıdurmadan deyil, iqtisadi inteqrasiya və regional əməkdaşlıqdan danışan yeni siyasi model təqdim olunur.

Hüsamettin İnaç vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması indi hər zamankından daha vacib görünür. Əks halda, bölgədə münasibətləri yenidən zədələməyə çalışan qüvvələr aktivləşə bilər.

“Son dövrlərdə Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilən qətnamələr də bunu göstərir. Həmin sənədlərdə Qarabağla bağlı birtərəfli və qərəzli yanaşmaların yer alması Bakıda ciddi narazılıq yaradır. ‘Ermənilərin Qarabağa qayıtması’ kimi iddiaların yenidən gündəmə gətirilməsi regionda formalaşan yeni reallığı qəbul etməmək cəhdi kimi qiymətləndirilir.

Digər tərəfdən, Avropa İttifaqının Ermənistanla münasibətləri sürətlə dərinləşdirməsi və İrəvanı Qərb orbitinə yaxınlaşdırmaq istiqamətində addımlar atması da diqqətlə izlənilir. Bu proses bəzən regionda balansı dəyişmək və Azərbaycan–Ermənistan münasibətlərində yekun sülhün əldə olunmasını gecikdirmək cəhdi kimi şərh olunur.

Ancaq Ankara və Bakı koordinasiyalı şəkildə hərəkət edir. Türkiyə Ermənistanla münasibətləri Azərbaycanla tam uzlaşma olmadan inkişaf etdirməyəcəyini dəfələrlə nümayiş etdirib. Bu, artıq strateji refleksə çevrilib. Türkiyə üçün məsələ yalnız sərhədlərin açılması deyil. Burada enerji təhlükəsizliyi, Orta Dəhlizin işləkliyi, Türk Dövlətləri Təşkilatının inteqrasiyası və regionun gələcək geosiyasi xəritəsi dayanır.”

Politoloqun fikrincə, ən vacib məsələlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bakı açıq şəkildə bildirir ki, real və davamlı sülh üçün hüquqi əsaslar dəyişməlidir. Əgər bu istiqamətdə addımlar atılarsa və Paşinyan seçkilərdən güclənmiş şəkildə çıxarsa, regionda münasibətlərin normallaşması daha sürətli mərhələyə keçə bilər.

Hüsamettin İnaçın fikrincə, bu prosesin iqtisadi nəticələri də olduqca böyük olacaq. Ermənistanın regional layihələrə qoşulması, sərhədlərin açılması və iqtisadi əməkdaşlığın genişlənməsi Cənubi Qafqazı yeni enerji və logistika mərkəzinə çevirə bilər. Xüsusilə Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri regionun geoiqtisadi əhəmiyyətini daha da artıracaq.

“Azərbaycan, Türkiyə və Orta Asiyanı birləşdirən yeni tranzit xətti Avropa üçün də alternativ enerji və ticarət marşrutu deməkdir.

Bu səbəbdən 2026-cı ildə keçirilən dialoq platformaları sadəcə diplomatik tədbir deyil. Bu görüşlər Cənubi Qafqazın gələcək siyasi memarlığının necə qurulacağını müəyyən edən strateji mərhələdir. Əgər tərəflər bu fürsəti düzgün qiymətləndirə bilsələr, region uzun illərdən sonra ilk dəfə sabitlik, rifah və əməkdaşlıq məkanına çevrilə bilər,” – deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 May 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri