Icma.az
close
up
RU
Zəngilan dirçəlişin, iradənin və qürurun bir nişanəsidir

Zəngilan dirçəlişin, iradənin və qürurun bir nişanəsidir

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Ermənistan və İranla sərhəddə yerləşən, strateji əhəmiyyətə malik bir bölgədir. Bu ərazi həm təbii sərvətləri, həm də mühüm kommunikasiya yolları üzərində yerləşməsi ilə tarixən xüsusi əhəmiyyət daşıyıb. 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonunun işğalı bölgənin iqtisadi, mədəni və demoqrafik strukturuna ağır zərbə vurdu.
İşğal zamanı Zəngilanın 1 şəhəri, 5 qəsəbəsi və 83 kəndi ələ keçirilmişdi. Rayon əhalisi məcburi şəkildə öz doğma torpaqlarını tərk edərək Azərbaycanın 43 müxtəlif rayonunda müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində rayonun yüz illərlə formalaşmış tarixi və mədəni irsi məhv edildi, dini abidələr, türbələr, məscidlər, körpülər və qədim qalalar erməni vandalları tərəfindən dağıdıldı.
Tarixi mənbələrə görə, Zəngilan ərazisində İmam Hüseyn məscidi (XVII əsr), Məmmədbəyli kəndində Səkkizguşəli türbə (XIV əsr), Qumlaq kəndində Qız qalası və Hacallı kəndində Hacallı qülləsi kimi yüzlərlə tarixi abidə mövcud imiş. Bu irs yalnız Azərbaycan xalqının deyil, bütövlükdə Qafqaz mədəniyyətinin dəyərli hissəsini təşkil edirdi. Təəssüf ki, işğal dövründə bu abidələrin böyük hissəsi məhv edildi və Zəngilanın tarixi siması tanınmaz hala gətirildi.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Zəngilanın taleyində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı. 2020-ci il oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciət edərək Zəngilan şəhəri ilə yanaşı, rayonun Havalı, Məmmədbəyli, Şərifan və digər kəndlərinin işğaldan azad olunduğunu elan etdi. Beləliklə, 27 illik işğala son qoyuldu və Azərbaycan-İran sərhədi tam bərpa edildi.
Bu qələbə yalnız ərazi bütövlüyünün deyil, həm də milli qürurun bərpası idi. Müstəqil Azərbaycanın tarixinə Zəfər səhifəsi kimi yazılan bu hadisə xalqımızın birliyinin, əsgər və zabitlərimizin igidliyinin, dövlətimizin siyasi iradəsinin təntənəsi oldu.
Bu gün Zəngilan yenidən doğulur. “Ağıllı kənd” layihəsi çərçivəsində Ağalı kəndlərinin bərpası, yeni infrastrukturun, yolların, hava limanının və dəmir yolunun tikintisi bölgəni gələcəyin müasir yaşayış mərkəzinə çevirir. Heydər Əliyev Fondu tərəfindən tarixi Zəngilan məscidinin bərpası da bu torpaqlarda milli-mənəvi dəyərlərin dirçəldilməsinin göstəricisidir.
Zəngilanın işğalı təkcə bir rayonun deyil, həmçinin bütün Azərbaycanın yaddaşında dərin iz buraxdı. Lakin onun azadlığı göstərdi ki, ədalət gec də olsa bərpa olunur. Bu torpaqların hər qarışı şəhid qanı ilə suvarılıb və bu gün burada yüksələn hər bina, hər məktəb, hər ev xalqımızın iradəsinin simvoludur. Zəngilan artıq təkcə azad olunmuş rayon deyil -o, dirçəlişin, iradənin və qürurun bir nişanəsidir.
Rəvanə Kərimova, Nəsimi rayon gənci
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri