Icma.az
close
up
RU
Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün brifinq keçirilib

Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün brifinq keçirilib

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün brifinq keçirilib.

APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev brifinq zamanı Vaşinqton sammiti sülh prosesinə siyasi dəstəyindən söhbət açıb.

O bildirib ki, sammitin əsas məqsədi sülhü təmin etmək olub. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan və Ermənistan sülhü müəyyənləşdirmək prosesindədir və sülhdən sonra əsas məsələ Azərbaycan və Ermənistan arasında real əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulmasıdır. Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın niyyəti daha geniş bölgəyə sülhün iqtisadi faydalarını gətirməkdir.

Hikmət Hacıyev çıxış zamanı Zəngəzur dəhlizinin Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək potensialına malik olduğunu da deyib: “Biz inanırıq ki, Zəngəzur dəhlizi təkcə bizim bölgəmiz üçün deyil, həm də daha geniş Avrasiya məkanında böyük üstünlüklər yarada bilər. Bu dəhliz Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək, rifah, əməkdaşlıq və qarşılıqlı əlaqəni gücləndirmək potensialına malikdir. Bu prosesdə Cənubi Qafqaz, o cümlədən Azərbaycan xüsusi diqqət və əhəmiyyət qazanacaq. Müzakirə etdiyimiz kimi, Zəngilan əvvəllər Azərbaycanın uzaq bölgələrindən biri hesab olunurdu, lakin indi o, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşən strateji və mərkəzi bölgələrdən birinə çevrilir. Azərbaycan bu yolların tikintisi və inkişafında əsas rol oynayır, öz hissəsini mümkün qədər tez tamamlayır”.

Birifinqdə həmçinin rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov da çıxış edib. O, çıxışında Azərbaycanın İranla sərhədində yerləşən Ağbənd kəndində yeni sərhəd-keçid məntəqəsinin inşasının davam etdiyini və gələn il tamamlanmasının planlaşdırıldığını deyib. Nazir müavini qeyd edib ki, Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat şəbəkəsi üçün tamamilə yeni geoiqtisadi reallıqlar yaradacaq.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bu layihə iqtisadi və sosial inteqrasiyanın mühərrikinə çevrilmək potensialına malikdir: “Dəhliz enerji və kommunikasiya infrastrukturu üçün də platforma rolunu oynayacaq. Bu gün gördüyünüz kimi, Azərbaycan artıq bu dəhlizin reallaşması istiqamətində mühüm addımlar atıb. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı bərpa proqramı bu əraziləri ölkənin yeni inkişaf mərkəzlərinə çevirməyi hədəfləyir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://apa.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri