Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zəngilan rayonunda fəhlələr arasında baş verən mübahisə cinayətlə nəticələnib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ağalı kəndində baş verib.
Hadisə Zəngilanda fəaliyyət göstərən tikinti şirkətinin fəhlələri arasında baş verib. Şirkətin işçiləri olan Sədi, Allahyar, Nicat, Səid və Kamal adlı şəxslər bir otaqda kirayədə qalıblar.
Bir müddət əvvəl onlar qaldıqları otaqda çörək yeyib, spirtli içki qəbul ediblər. Sərxoş vəziyyətdə olan Sədi və Nicat arasında mübahisə yaranıb və onlar söhbət etmək üçün otaqdan çölə çıxıblar.
Bu vaxt Kamal və Allahyar da onların arxasınca çıxıblar və mübahisə böyüyüb. Mübahisə zamanı Allahyar otaqda olan yanğınsöndürən balonla Nicatın başına zərbə endirib. Nəticədə Nicatın başı yarılıb. Allahyar daha sonra Nicatı döyüb.
Nicat xəstəxanaya gətirilib və onun baş nahiyəsinə altı tikiş vurulub.
Hadisə yerinə polis əməkdaşları gəliblər və Allahyar saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Allahyar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 05 Oktyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















