Icma.az
close
up
RU
Zəngilandan görüntülərdə mühüm detal: təhlükə ilə bağlı xəbərdarlıq edildi VİDEO

Zəngilandan görüntülərdə mühüm detal: təhlükə ilə bağlı xəbərdarlıq edildi VİDEO

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zəngilanın Cahangirbəyli kəndindən yayılan video diqqət çəkib. Belə ki, videonu qeydə alan şəxsin dediklərinə görə, güclü yağıntı zamanı bu evləri su basacaq. Görüntülərdən aydın olan odur ki, tikilən evlərin kürsü hissəsi yoxdur. Artıq neçənci dəfədir belə ciddi qüsura yol verilir. Oxşar paylaşımlar bir neçə dəfə digər işğaldan azad edilmiş ərazilərimizdən də yayılıb.

Bu işlər aidiyyəti orqanlar tərəfindən təhvil alınmır? Yoxlanmır? Nəzarət mexanizmi yoxdur?

Globalinfo.az-a danışan tikinti mühəndisi Vəli Cəfərovun sözlərinə görə, bütün inşa olunan evlər Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tək-tək təhvil alınır.

O, Zəngilanı yaxşı tanıdığını və deyilənlərin əsassız olduğunu bildirib:

“Özüm əslən Zəngilan rayonundan olduğum üçün əminliklə deyə bilərəm ki, Cahangirbəyli kəndi təpəliyin üstündə yerləşir. Orda sel problemi qeyri-mümkündür. Bir neçə təpəliyin üstündədirsə, oranı necə sel apara bilər?! Ola bilər 3-5 ev çökəkdə tikilsin. Amma orda sel gedən yer yoxdur. Dediyim kimi, evlər tək-tək təhvil alınır, hər biri üçün ayrı təhvil aktı yazılır. Hətta öncədən görülməyən işlərin də aktı yazılır. Təməlin necə töküldüyünün şəkilləri, divarların tikilməsi açıq göstərilir”.

Vəli Cəfərov

V.Cəfərov deyilənlərin şayiə olduğunu qeyd edib:

“Mən də tikinti adamıyam. Məsələn, təməl tökülür və torpağın altında qalır. Onu FHN təhvil almadan üstündə divarı tikməyə icazə vermirlər. Orda tapşırıq, “şirinlik” və sair keçmir. Hər kəs normal maaşını alır, işini görür. Şəxsən, tikinti işçisi olaraq onların işindən çox razıyam. Şayiələr həddindən artıq çoxdur. Bəlkə də o əraziləri tanımasaydım, deyərdim, qeyd edilənlər doğrudur. Amma Cahangirbəylini tanıyan biri olaraq deyirəm ki, o kəndi necə sel apara bilər?! Keyfiyyət məsələsində ola bilər ki, 5 faiz səhlənkarlığa yol verilsin və ya nəsə. Lakin keyfiyyətsiz tikilməsi mümkün deyil”.

View this post on Instagram

A post shared by Globalinfo.az (@globalinfo_az)

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Aprel 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri