Zərdabda 30 evin alınmasına 2.3 milyon manat? Sosial Xidmət Agentliyinin şübhə doğuran tenderi ləğv edildi
Mia.az saytına istinadən Icma.az xəbər verir.
“Sosial Xidmət Agentliyi” publik hüquqi şəxsin əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Zərdab rayonunda 18 ədəd ikiotaqlı, 12 ədəd üçotaqlı mənzilin alınması üçün elan etdiyi tender ləğv olunub.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin ümumi dəyəri 2 368 800 AZN olub.
Yeri gəlmişkən, mia.az-ın məlumatına görə, Zərdabın mərkəzində 2 və 3 otaqlı normal evlərin qiyməti 30-50 min manatdan baha deyil. Bu hesabla 30 evə hansı əsasla 2.3 milyon manat xərcləmək istəyiblər?
Əlbəttə, bu, əsaslı şübhə yaradır...
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 20 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















