Zərdabda xanəndə maşını AŞIRDI: Bir ailənin iki üzvü öldü FOTO YENİLƏNİB
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Zərdab rayonunda baş verən avtomobil qəzasında xəsarət alan azyaşlı Tunar Məmmədov da ölüb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bununla da qəza nəticəsində ölənlərin sayı ikiyə çatıb.
***
Zərdab rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, "Toyota Prius" markalı minik maşınının idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin İntiqam Qnyaz oğlu Məmmədov ölüb, altı nəfər xəsarət alıb.
Xəsarət alanlar bir ailənin üzvləridir. Yaralılardan biri azyaşlıdır, onun vəziyyətinin ağır olduğu bildirilib. Qeyd olunub ki, qəza törədən avtomobilin sürücüsü Məftun Məmmədov "Muğam müsabiqəsi"nin iştirakçısı olub və yarışda üçüncü yeri tutub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 09 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















