Zərdabda yol qəzasında baba və nəvə ölüb, ailənin 5 üzvü xəsarət alıb FOTO YENİLƏNİB 1
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Zərdabda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, azyaşlı T.Məmmədovun xəstəxanada öldüyü bildirilir.
Məlumata görə, azyaşlı hadisə yerində ölən İntiqam Məmmədovun nəvəsdir.
Qəza nəticəsində Bıçaqçı kənd sakinləri Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və övladları Uğur və İntiqam xəsarət alıb.
Qəzaya düşənlər hamısı bir ailənin üzvləridir.
***
12.40
Zərdabda baş verən yol qəzasında 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, xəsarət alanlardan 3-ü azyaşlıdır.
***
11.19
Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Fakt araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 09 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















