Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Zərdüşt Əlizadə: “Bəli, Azərbaycan bir daha Rusiya ilə əvvəlki kimi olmayacaq”

Zərdüşt Əlizadə: “Bəli, Azərbaycan bir daha Rusiya ilə əvvəlki kimi olmayacaq”

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

 “Ancaq rus dilinin öyrənilməsinə süni maneələr yaratmaq və ya onu məhdudlaşdırmaq böyük bir səhv olardı”


“Azərbaycan siyasət səhnəsində bir qəpiklik dəyəri olmayan adamlar var ki, ucuz millətçiliklə ad qazanmaq istəyirlər”


“Rus dilini bilmək o demək deyil ki, Azərbaycanı sevmirsən. Azərbaycan dilini mükəmməl bilən, amma o qədər “qarıngüdən”, şərəfsiz adam tanıyıram ki…”

İyunun 27-də Azərbaycan vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulması və iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsindən sonra Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaranıb. 

Ötən ilin dekabr ayında AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra bu hadisə Azərbaycan ictimaiyyətindəki anti-Rusiya əhvali-ruhiyyəsini daha da artırıb. Yekaterinburqda baş verən hadisədən sonra rəsmi Bakı Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərini, o cümlədən konsertləri, festivalları, həmçinin Rusiya Baş nazirinin müavini Aleksey Overçukun səfərini ləğv edib. 

Bu hadisələrdən sonra Rusiyada yaşayan Azərbaycan vətəndaşları, həmçinin etnik azərbaycanlı olan Rusiya vətəndaşları təqiblərə və həbslərə məruz qalır. Azərbaycan hökuməti isə Kremlin bu addımlarını cavabsız qoymur. Belə bir dönəmdə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik baş verən insidentlərin diplomatik kanallar vasitəsilə həll olunacağına ümid etdiyini bildirib. 

Digər bir yandan Azərbaycan ictimaiyyəti Rusiyanın faşist addımlarını hiddətlə qarşılayır. Bununla belə, Azərbaycanda rusdilli məktəblərin bağlanması məsələsi də gündəmə gətirilir, müzakirə olunur.

Son hadisələr haqqında "Sherg.az"a danışan politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, İkinci Qarabağ müharibəsindən sonra Kreml Bakıya yalnız bu yolla təzyiq edə bilir. Zərdüşt bəylə geniş müsahibəni təqdim edirik.


- Son bir ildə Azərbaycan-Rusiya münasibətlərində ikinci gərgin bir dövr yaşanır. Baş verənlərin kökündə nə dayanır?

- Rusiyanın Azərbaycan üzərindəki təsir imkanlarının azalması bu addımların əsas səbəbidir. Onlar ilk dəfə AZAL təyyarəsinin vurulması ilə buna cəhd etdilər. İndi isə Rusiyada yaşayan azərbaycanlılara təzyiq göstərirlər və bu prosesdə Azərbaycan əsilli Rusiya vətəndaşlarını da bu işə alət edirlər. Hadisələr Bakıda narahatlıq və qəzəblə qarşılanır. Hazırda hökumət hesab edir ki, Azərbaycan öz müstəqil xəttini qorumağa qadirdir.

- Rəsmi Bakının hadisələrə münasibəti haqqında nə düşünürsünüz?


- Azərbaycanda hökumətə yaxın media orqanları, xüsusilə AzTV bu məsələ ilə bağlı Rusiyanı və onun Prezidenti Putini hədəfə aldı. Bu isə rəsmi Bakının Kremlə qarşı kəskin mövqeyini açıq şəkildə göstərir.


- Bəs sizcə, Azərbaycan məsələyə lazımi reaksiyanı göstərə bildimi?


- Yəni başqa nə gözlənilir ki? Azərbaycan dövlət kimi Rusiyaya nə edə bilər? Müharibə elan edə bilər? Yaxud Rusiyanın "çörəyini" kəsə bilər? Bir az realist olmaq lazımdır. Azərbaycan Rusiyadan asılı olmadığını göstərdi. Bilirsiniz, İkinci Qarabağ müharibəsinədək Rusiya Azərbaycana güclü təzyiq imkanlarına sahib idi. İndi bu problem yoxdur.


- Azərbaycan hazırkı situasiyada daha nələr etməlidir?

- Vətəndaşlarına daha yaxşı həyat şəraiti yaratmalıdır. Azərbaycandakı iqtisadi vəziyyət insanlarımızı qürbətdə işləməyə vadar edir. Onlar məcbur olub Rusiyada və ya başqa ölkələrdə yaşayıb pul qazanırlar. Yaxşı olar ki, Azərbaycan hökuməti bu insanların layiqli həyat yaşamasına çalışsın. O zaman həmvətənlərimiz qürbətdə bu qədər əziyyət çəkməz, təzyiq vasitəsi kimi istifadə edilməz. Məncə, biz bunu etməliyik.

- Bəs qarşı tərəf nə etməlidir?


- Qarşı tərəf deyəndə Rusiyanı nəzərdə tutursunuz?

- Bəli.

- Məncə, onlar susmalıdırlar. Hazırda hər iki ölkə eskalasiyaya hazırdır. Rusiya etnik azərbaycanlıları təqib edir, həbs edir, Azərbaycanda isə buradakı ruslara qarşı oxşar münasibət mövcuddur. Həmin prosesləri iki ölkə də davam etdirə bilər. Ancaq burada dialoq yolu seçilməlidir.


- Sizcə, son hadisələrin nəticəsi nə olacaq?

- Bilirsiniz, vaxtilə Azərbaycan və rus xalqları arasında münasibətlər yaxşı olub. Sadəcə olaraq zaman keçdikcə Moskva rəhbərliyinin atdığı addımlar xalqımızın ruslardan və rus dövlətindən uzaqlaşmasına səbəb oldu, aramızdakı uçurum daha da dərinləşdi. Hesab edirəm ki, Azərbaycan bir daha Rusiya ilə əvvəlki kimi mehriban qonşu və müttəfiq dövlət olmayacaq.


- Xalqlar arasındakı münasibətdən söz düşmüşkən, son vaxtlar sosial şəbəkələrdə rusdilli məktəblərin bağlanması ilə bağlı müzakirələr gedir. Sizcə, belə bir addım reallaşa bilərmi?

- Hazırda Azərbaycan siyasət səhnəsində bir qəpiklik dəyəri olmayan adamlar var ki, ucuz millətçiliklə ad qazanmaq istəyirlər. Onlar dövlətin və xalqın maraqlarını nəzərə almadan ucuz "vətənşüvənlik", "vətənpərvərlik"lə məşğuldurlar. Dərd ondadır ki, belə adamlar hörmət qazanırlar, yaxşı maaş alırlar, ad-san sahibi olurlar. Cəmiyyətimiz də deyir: “Filankəs gördün nə dedi Rusiya haqqında? Atalarını yandırdı!”. İndi mən sizə bir sual verirəm: rus sektoru Azərbaycan elminə və mədəniyyətinə nə ziyan vurur?

- Yəni... (Sözümüzü kəsərək) 

– Azərbaycan xalqının rus dilini bilməsi bizə üstünlük gətirib. Rus dilini bilmək o demək deyil ki, Azərbaycanı sevmirsən. Azərbaycan dilini mükəmməl bilən, amma o qədər “qarıngüdən”, şərəfsiz adam tanıyıram ki…


- Yəni Zərdüşt bəy, bağlanmamalıdır?

- Ziyanı yoxdursa, niyə bağlansın? Fərz edin ki, mənim dörd nəvəm var. Onlar rus dilində oxuyublar deyə indi Azərbaycana düşməndirlər? Azərbaycan Xalq Cəbhəsinin 30 faizi rus dilində oxumuşdu. Odur ki, bu, boş söhbətdir.


- Ancaq belə bir fikir var ki, hansı dildə danışırsansa, o millətin nümayəndəsisən.

- Tolstoyun “Hərb və sülh” romanında bəzən onlarla səhifə tamamilə fransız dilində yazılıb. O dövrdə fransız dili Rusiyada məşhur idi. Ya da Puşkindən misal verək. Onun əsərlərində Avropa təsiri açıq hiss olunur. Amma Puşkin rus ədəbiyyatının banisidir. Bizim bir çox yazıçılarımız da rus dilindən bəhrələnib. İrandakı azərbaycanlılarla bizim aramızdakı mədəniyyət fərqinə baxın. İndi zaman dəyişib, şərait dəyişib, ingilis dili daha çox istifadə olunur, bunu anlayıram. Ancaq rus dilinin öyrənilməsinə süni maneələr yaratmaq və ya onu məhdudlaşdırmaq böyük bir səhv olardı. Mən özüm ərəbşünasam. Gözümün qabağında ərəb ölkələrini müstəmləkə kimi saxlayan Fransa və İngiltərənin dillərinə qarşı nifrət yarandı, milli hərəkata çevrildi. Nəticə nə oldu? Ərəblər mədəniyyət baxımından heç nə qazanmadılar, əksinə, daha çox itirdilər.


- Təşəkkür edirəm, Zərdüşt bəy.


- Mən təşəkkür edirəm. Başa düşmək lazımdır ki, insanların fikirləri ilə hesablaşmaq lazımdır. İndi hansısa bir adam ucuz milli möhtəkirliklə çıxış edir, deyir ki, “Vaxt çatdı, rus məktəblərini bağlamaq lazımdır”. Bu adam bunu deyir, amma nəzərə alın ki, o, hakimiyyətin seçdiyi adamdır, təbliğat aparır. Biz sadə adamlarıq, vətəndaşların da fikirləri ilə hesablaşmaq lazımdır. Siz bir sorğu keçirin. Görün insanlar rus məktəblərinin bağlanmasını istəyir, yoxsa yox.


- Onu da qəzetimizin növbəti nömrəsində yazacağıq, Zərdüşt bəy. Təşəkkürlər!


Yusif Sultanoğlu,

Aybəniz Səfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri