Icma.az
close
up
RU
ZƏRDÜŞT NƏ DEMİŞDİR?

ZƏRDÜŞT NƏ DEMİŞDİR?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elm və təhsil bilicisi, maarifçi Etibar Əliyevin "BAZAR GÜNÜ OXULARI" silsiləsindən növbəti yazısını təqdim edirik:

Dahi alman filosofu Fridrix Nitsşe (1844–1900) Prussiyanın kiçik Reken şəhərində anadan olmuşdur. Onun yaradıcılıq istedadı çox tez üzə çıxmışdır. Hələ 9 yaşından o, bir sıra şeirlər və iki pyes yazmışdır. Pyeslər dostları ilə birgə yaratdığı “İncəsənət teatrı”nda tamaşaya qoyulmuşdur.

Nitsşe Naumburq ibtidai məktəbini bitirdikdən sonra Bonn Universitetinə daxil olmuş, burada humanitar elmlər və klassik ədəbiyyat sahəsində çox böyük qabiliyyət nümayiş etdirmişdir. Sonralar filologiya müəllimi Riçlın dəvəti ilə Leypsiq Universitetində təhsilini davam etdirmişdir. Bundan sonra o, ən yaxşı tələbə kimi 24 yaşında Bazel Universitetinin filologiya kafedrasına professor vəzifəsinə dəvət olunmuşdur. Bazeldə böyük alman bəstəkarı Rixard Vaqnerlə yaxınlaşdı. O, hələ tələbə ikən Vaqner musiqisinin pərəstişkarı idi. Filosof “Faciənin musiqinin ruhundan doğulması” adlı əsərində sübut etməyə çalışırdı ki, dövrünün alman mədəniyyəti qədim Yunanıstanda Sokratdan sonrakı dövrün mədəniyyətinə bənzəyir. Nitsşeyə görə, yunanlar çox gözəl anlayırdılar ki, həyat dəhşətli, izaholunmaz və təhlükəlidir. Buna baxmayaraq, onlar həyatdan üz döndərmir və pessimizmə qapılmırdılar, insanın həyatını və dünyanı incəsənətin köməyi ilə dəyişdirmək istəyirdilər. Əgər biz, həqiqətən, həyatı dəhşətli və qorxulu hesab ediriksə və bunun aradan qaldırılmasını yalnız reallığı estetik yolla dəyişməkdə görürüksə, bu dəyişmənin iki yolu vardır: Birinci yol ondan ibarətdir ki, həqiqətin üzərinə estetik örtük çəkərək gözəlliyin ideal dünyasını yaradırıq. Bu, Apollon yoludur ki, öz ifadəsini epik və poetik incəsənətdə Olimpiya mifologiyasında tapır. Digər yol mövcudluğun bütün zülməti və dəhşəti ilə təntənəli şəkildə təsbit və qəbul olunması ilə bağlıdır. Bu, tipik bədii forması faciə və musiqidən ibarət olan Dionisin məqsədidir. Düzdür, faciə mövcudluğu estetik fenomenə çevirir, lakin onu ört-basdır etmir və olduğu kimi göstərir, daha çox estetik formada ifadə və təsdiq edir. Əsl mədəniyyət Dionis elementinin həyati qüvvəsi ilə Apollon yolu üçün xarakterik olan forma və gözəlliklə məhəbbətin vəhdətidir. Əgər mövcudluğa estetik fenomen kimi haqq qazandırılırsa, o zaman humanizmin gözəl çiçəyi mövcudluğu bu cür fenomenə çevirənlər və bu şəkildə görünməyə və təsdiq edilməyə imkan verənlər tərəfindən əkiləcəkdir. Başqa sözlə, mədəniyyətin ən yüksək məhsulu yaradıcı düha olacaqdır. Həqiqətən də, bizim nəzərdən keçirdiyimiz dövrdə Nitsşe belə bir mülahizədən çıxış edirdi ki, dahinin yaradıcılığı mədəniyyətin məqsədi və mənasıdır və ona haqq qazandırır.

Filosofun “Zərdüşt belə deyirdi” əsəri gələcəkdən xəbər verməyin ən gözəl nümunəsidir. Tarixi Zərdüşt göstərirdi ki, dünya xeyir və şər qüvvələrinin mübarizə meydanıdır. Zərdüşt qarşısına “fövqəlinsanda” təcəssüm olunan vahid məqsədin tapılmasını və onun inkişafını qoyurdu. Məqsəd “İnsan” yox, “fövqəlinsan” olmalıdır. “İnsan dəf olunmalıdır: insan məqsəd yox, körpüdür”. Lakin bu, heç də o demək deyildir ki, insan labüd proses nəticəsində fövqəlinsana çevriləcəkdir. Fövqəlinsan mifdir, iradə üçün məqsəddir. Nitsşe həqiqətən təsdiq edirdi ki, insan heyvan və fövqəlinsan arasında çəkilmiş uçurum üzərindəki kanatdır. Yeri gəlmişkən, kanat uçuruma yuvarlana bilər. Əgər ali fərdlər bütün mövcud dəyərləri sərf-nəzər etməyə, köhnə dəyərlər sistemini, xüsusilə xristian dəyərlərini qurmağa və aşıb-daşan həyat və hakimiyyət sayəsində yeni dəyərlər yaratmağa özlərində cürət tapmasalar fövqəlinsan peyda ola bilməz. “Zərdüşt belə deyirdi” əsərinin oxucuları asanlıqla və təbii şəkildə belə bir qənaətə gələ bilərlər ki, bu kitabın əsas ideyası fövqəlinsan və dəyərlərin sərf-nəzər olunması zərurətidir. Lakin Zərdüşt yalnız fövqəlinsanın peyğəmbəri deyil, eyni zamanda, əbədi qayıdışın təlimidir.

Maksimum azad, fəal və müstəqil insan fövqəlinsana çevrilə bilər. O öz-özü üçün nəyin yaxşı, nəyin pis olduğunu müəyyən etməlidir. Kütlənin üzərində ucalacaq, azad şəkildə yeni əxlaq, yeni dəyərlər, yeni bəşəriyyət yaradacaqdır. Bəs köhnə bəşəriyyət? O necə olsun? Bütün zəif, xəstə, gücsüz və həyatda heç şeyə nail olmayanlar üçün fövqəlinsana yer ayırmaqdan ötrü mümkün qədər tez çıxıb getmək ən yaxşı yoldur. Nitsşe belə deyirdi: “Ey mənim qardaşlarım, məgər mən qəddaram? Lakin mən deyirəm: yıxılanı itələmək lazımdır. Mən daha yaxşı ifaçılar üçün yalnız müqəddiməyəm, mənim qardaşlarım! Misal istəyirsiniz! Mənim kimi edin! Əgər kimə isə uçmağı öyrədə bilmirsinizsə, ona daha tez yıxılmağı öyrədin”. Fövqəlinsanın əsas idealı əxlaqdır -fasiləsiz xeyirxahlıq yaratmaqdır. Nitsşe yaxşılığı, səxavəti əvəzsiz qəbul edirdi. “Siz hələ mükafat istəyirsiniz? Siz xeyirxahsınız? Siz xeyirxahlığın müqabilində nəsə istəyirsiniz? Siz yaxşılığınızı ana uşağını çox istədiyi qədər istəyirsiniz. Ancaq nə vaxtsa eşitmisinizmi ki, ana öz uşağını sevdiyinə görə ona nəsə ödənilməsini tələb etsin!”

Filosofa görə, insan həmişə yüksəlməyə çalışmalıdır o, xoşbəxtlik və zövq almaq haqqında çox düşünməməlidir. Zərdüşt deyirdi: “Mən çoxdandır xoşbəxtliyə can atmıram. Mən öz yaradıcılığıma can atıram. Xoşbəxtlik və zövqü axtarmaq yox, onlara malik olmaq lazımdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Sentyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see253

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see240

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see206

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see194

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see190

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see186

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see178

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see177

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see169

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see164

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see164

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see162

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see157

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see157

Dünyanın ən yaxşı klubunda ən yaxşı oyunçu Kroos “Qızıl top”u ona “verdi”

22 Avqust 2026 05:31see155

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see155

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see153

“Barselona”nın illərdir dəyişməyən transfer strategiyası

22 Avqust 2026 05:44see152

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see145

“Real”da ciddi itki

22 Avqust 2026 10:13see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri