Icma.az
close
up
RU
Zərərçəkmişlər təqsirləndirilənləri ittiham edirlər

Zərərçəkmişlər təqsirləndirilənləri ittiham edirlər

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 30-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) proses zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam edib.

Zərərçəkmiş Şair Heydərovun hüquqi varisi Camal Heydərov övladının Laçında, Devid Cəlilovun hüquqi varisi Sevinc Cəlilova övladının Ağdərədə şəhid olduğunu söyləyiblər. Cavid Zülfüqarovun hüquqi varisi Cavanşir Zülfüqarov, Tofiq Alıyevin hüquqi varisi Fərid Alıyev övladılarının snayper atəşi nəticəsində həlak olduqlarını deyiblər.

Sirac Abışovun hüquqi varisi Şirzad Səmədov qardaşının Kəlbəcərin Susuzluq kəndində tankəleyhinə minanın partlaması nəticəsində həlak olduğunu bildirib: “Qardaşım AzTV-nin operatoru idi. Partlayış zamanı qardaşımdan başqa Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyev də həlak olub, 4 nəfər isə yaralanıb”.

Elkin Mirzəhmədov Xocalıda qəlpə yaraları aldığını söyləyib. Rauf Hüseynov bildirib ki, mərmi partlaması nəticəsində xəsarət alıb. Həmin vaxt bir neçə nəfər həlak olub. Orxan Bələdov deyib ki, Ağdərə rayonunda özü və bir neçə nəfər xəsarət alıb. Eltun Məmmədov Şuşanın Daşaltı kəndində yaralandığını söyləyib.

Muxtar Əliyev Ağdamın Gülablı kəndində sağ ayağından güllə yarası aldığını, bir nəfərin isə həlak olduğunu deyib. Nazir Cəlilov və Pərvin Babayev Şuşa rayonu ərazisində xəsarət aldıqlarını söyləyiblər. Emil Əliyev, Fərhad Rzayev və Əyyub Məmmədov Kəlbəcərdə xəsarət aldıqlarını deyiblər.

Vidadi Məmmədov bildirib ki, Laçında minatəmizləmə işləri zamanı xəsarət alıb. Raqif Əliyev deyib ki Ağdərə rayonunun Canyataq kəndində özü və bir neçə nəfər yaralanıb, bəzi şəxslər isə həlak olub. Əsgər Quliyev qeyd edib ki, Şuşa istiqamətində xəsarət alıb. Bundan başqa, bir neçə nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb.

Digər zərərçəkənlər - Anar Əziz-zadə, Aydın Verdiyev, Yunis İsmayılov, Valeh Məmmədov, Əli Məhərrəmov, Ceyhun Həsənzadə, Nicat Teymurov, Eltəkin Həsənov, Yəhya Quliyev, Arif Abbasov, Vüsal Hüseynov, Əli Ələkbərov, Zaur Məmmədov, Vasif Osmanov, Mehti Mürsəlov və Əlizamin İsmayılov müxtəlif ərazilərimizdə erməni silahlı dəstələrinin təxribatları və basdırdıqları minaların partlaması nəticəsində yaralandıqlarını bildiriblər.

Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin olunub.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri