Icma.az
close
up
RU
Zərərçəkmişlər “Yelo Bank”ın qanunsuz oyunlarının araşdırılmasını tələb edir 560 min manatı ələ keçiriblər

Zərərçəkmişlər “Yelo Bank”ın qanunsuz oyunlarının araşdırılmasını tələb edir 560 min manatı ələ keçiriblər

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

“MTN işi” üzrə Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmünün mülki iddia hissəsi havada qalıb. Zərərçəkmişlərə çatmalı 560 min 302 manat İbrahim Zeynalovun kredit borcu adı ilə ələ keçirilib.
Hurriyyet.Az xəbər verir ki, zərərçəkmişlər  İcra Baş İdarəsinin rəisi Vidadi Məmmədov, idarənin banklarla iş şöbəsinin əməkdaşı olmuş Tural Süleymanov, onun qayınatası Cavidan Hacıyev, Nərimanov Rayon İcra Şöbəsinin  rəisi Rəşad Abbasov, icra məmuru Rafael Səfərovun əlbir olaraq bu vəsaiti heç bir hüquqi əsası olmadan “Yelo Bank” ASC-nin balansdan kənar hesabına köçürdüklərini bildiriblər. Rəsmi sənədlərdə əməliyyat kredit ödənişi kimi göstərilsə də, faktiki olaraq heç bir kredit ödənilməyib.

Zərərçəkmişlər qeyd ediblər ki, Bankın İdarə Heyətinin sədri Anar Həsənov zəmanət məktubu ilə bəyan edib ki, məhkəmə İbrahim Zeynalovun adına kredit ödənişini  əsassız hesab edərsə, vəsait geri qaytarılacaq. Bakı Apellyasiya Məhkəməsinin 7(103)-626/2025 saylı qərarı ilə köçürmənin qanunsuzluğu təsdiqlənməsinə baxmayaraq, “Yelo Bank” pulu geri qaytarmaqdan imtina edir.

Zərərçəkənlər qeyd edirlər ki, bu, yalnız bir vəsait məsələsi deyil. Bu, hüquq sisteminə qarşı açıq meydan oxumaqdır. Cinayət Məcəlləsinin 179-cu maddəsi – mənimsəmə və israf etmə, Mülki Məcəllənin 1099-cu maddəsi əsassız əldə etmə, icra qərarlarının icrasına maneə törətmə, bütün bunlar “Yelo Bank”ın və icra orqanlarının əlbirliyi ilə törədilib. Ən skandal məqam isə Cavidan Hacıyevin adı ilə bağlıdır. O, əvvəllər Azərbaycan Beynəlxalq Bankından 70 milyon manat kredit götürərək qaytarmadığı üçün 10 il həbsdə olub. Həbsdən sonra isə kürəkəni Tural Süleymanov vasitəsilə digər vəzifəli şəxslərlə əlbir olaraq zərərçəkmişlərin haqqına göz dikib, vəsaiti öz aralarında bölüşdürüblər. Zərərçəkmişlər artıq birbaşa Dövlət Təhlükəsizliyi Xidmətinə və Mərkəzi Banka müraciət “Yelo Bank” ASC-də baş vermiş qanunsuz maliyyə əməliyyatlarının araşdırılması və məsul şəxslərə, bank rəhbərliyi və icra orqanlarının əməkdaşlarının əməllərinə  hüquqi qiymət verilməsini, Bankın əməliyyatlarına daxili audit aparılması və qanun pozuntularının aradan qaldırılmasını xahiş ediblər. Bundan başqa, 560 min 302 manatın və digər qanunsuz köçürülmüş vəsaitlərin dərhal geri qaytarılması və zərərçəkmişlərə ödənilməsini istəyirlər.

Zərərçəkənlər deyirlər ki, “Yelo Bank”ın və icra orqanlarının bu qanunsuz əməliyyatları araşdırılmalıdır.

Yazıda adı keçən hər kəsi dinləməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Noyabr 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see294

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see227

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see208

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see201

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see196

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see190

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see179

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see171

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see147

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri