Icma.az
close
up
RU
“Zərərsiz görünən təhlükə: Poliplər vaxtında müdaxilə olunmadıqda nə ilə nəticələnə bilər?” AÇIQLAMA

“Zərərsiz görünən təhlükə: Poliplər vaxtında müdaxilə olunmadıqda nə ilə nəticələnə bilər?” AÇIQLAMA

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə bir çox insanın tibbi müayinələr zamanı rastlaşdığı hallardan biri də poliplərdir.

Avtosfer.az xəbər verir ki, burnumuzda, bağırsaqlarda, uşaqlıq yolunda və ya digər orqanlarda əmələ gələn bu xoşxassəli törəmələr bəzən narahatlığa səbəb olur, bəzən isə heç bir simptom vermədən illərlə mövcudluğunu davam etdirir. Lakin cəmiyyət arasında belə bir fikir formalaşıb: “Əgər polip kiçikdirsə və narahatlıq yaratmırsa, onu götürməyə ehtiyac yoxdur.” Bu yanaşma nə dərəcədə doğrudur? Həqiqətən də hər polip təhlükəli deyilmi, yoxsa bəzi hallarda vaxtında müdaxilə olunmaması daha ciddi problemlərə yol aça bilər?

Mövzu ilə bağlı qastroenteroloq Gülnarə Əhmədova saytımıza açıqlamasında bildirib ki, poliplər dəridə və ya orqan boşluqlarında əmələ gələn törəmələrdir.
"Onların yaranma səbəbləri müxtəlif ola bilər: bəzi hallarda virus mənşəli, bəzi hallarda isə onkogen (xərçəng potensiallı) xarakter daşıyırlar. Bu səbəbdən poliplər ciddi yanaşma tələb edir. Dəri üzərində yaranan poliplər bəzən insanlar tərəfindən kosmetoloqlara göstərilərək götürülür, lakin bu düzgün yanaşma deyil. Hər bir polip mütləq dermatoloq tərəfindən qiymətləndirilməli və ehtiyac yaranarsa, onkoloqa yönləndirilməlidir. Poliplər yalnız dəriyə deyil, eyni zamanda mədə, bağırsaq, uşaqlıq yolu və burun kimi orqan boşluqlarına da təsir göstərə bilər. Bu bölgələrdə yaranan poliplərin bəziləri zamanla xərçəngə çevrilə bilər. Ona görə də vaxtında müayinə və müalicə vacibdir".

Qastroenteroloq qeyd edib ki, bağırsaq və mədədə yaranan poliplər çox vaxt Helicobacter pylori adlı mikrobla əlaqələndirilir.
"Bu mikrob həm də qastrit, xora (yazva) və digər mədə xəstəliklərinə səbəb olur. Yoluxma ağız-damaq yolu ilə baş verdiyi üçün gigiyena çox önəmlidir. Mikrobun aşkarlanmasından sonra xəstəyə vəziyyət izah edilir və uyğun müalicə təyin olunur. Müalicə 3-lü və ya 4-lü antibiotik terapiyası ilə aparılır. Müalicənin müddəti mikrobun növünə və xəstənin əvvəlki antibiotik istifadəsinə görə 1 aydan 6 aya qədər dəyişə bilər. Qadınlarda uşaqlıq yolu polipləri isə çox vaxt Human Papilloma Virus (HPV) ilə əlaqəlidir. HPV həm də uşaqlıq boynu xərçənginin əsas səbəblərindən biridir. Gənc qızlara vaxtında HPV-yə qarşı peyvənd olunması tövsiyə olunur".

Gülnarə Əhmədova vurğulayıb ki, polipin kiçik və ya böyük olması deyil, onun törədici səbəbi və potensialı əsas götürülməlidir. Hər hansı polip aşkarlandıqda onu ixtisaslı həkim — dermatoloq, onkoloq və ya lor mütəxəssisi tərəfindən qiymətləndirmək vacibdir. Özbaşına, mütəxəssis olmayan şəxslər tərəfindən polipin götürülməsi gələcəkdə ciddi sağlamlıq fəsadlarına yol aça bilər. Polip çıxarıldıqdan sonra isə mütləq əlavə müalicə aparılmalı və təkrar yaranma riski nəzərə alınmalıdır.

Mövzu ilə bağlı onkoloq İbrahim Əsədli xərçəngi bədəndəki ahəngin pozulması nəticəsində yaranan bir proses olduğunu bildirib.
"Poliplər isə bəzi hallarda xərçəngə çevrilə bilən şişönü törəmələrdir. Xüsusilə selikli qişa polipləri və bağırsaq polipləri xərçəngə çevrilmək baxımından daha risklidir. Əslində, hər bir canlıda — istər bitkidə, istər heyvanda, istərsə də insanda — hər saniyə müxtəlif şiş hüceyrələri yarana bilər. Ancaq bu hüceyrələrin xərçəng xəstəliyinə çevrilməsi üçün orqanizmdə müəyyən sistem dəyişikliyi baş verməlidir. Məhz bu səbəbdən poliplər “şişöncəsi xəstəliklər” kimi qiymətləndirilir. Bu səbəbdən, polip aşkarlandıqda onu vaxtında müalicə etmək və mütəmadi nəzarətdə saxlamaq vacibdir".

Nəticə olaraq poliplər hər zaman təhlükəsiz və zərərsiz törəmələr hesab olunmamalıdır. Onların kiçik ölçülü olması və simptom verməməsi belə, riskin olmadığı anlamına gəlmir. Hər bir polipin mənşəyi və gələcəkdə törədə biləcəyi problemlər diqqətlə araşdırılmalı, müvafiq ixtisaslı həkimlər tərəfindən nəzarət altında saxlanılmalıdır. Erkən diaqnoz və düzgün müalicə, gələcəkdə yaranacaq ciddi sağlamlıq fəsadlarının qarşısını almaqda mühüm rol oynayır.

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri