Icma.az
close
up
RU
Zərif bəndlər: Sözün və dostluğun Naxçıvan görüşü

Zərif bəndlər: Sözün və dostluğun Naxçıvan görüşü

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Azərbaycan ədəbiyyatının inkişafında ədəbi məclislərin, yaradıcılıq birliklərinin və söz adamlarının görüşlərinin xüsusi yeri vardır. Belə görüşlər təkcə poeziya və nəsrin müzakirə olunduğu məkan deyil, həm də qəlblərin yaxınlaşdığı, dostluqların möhkəmləndiyi, yeni yaradıcılıq körpülərinin qurulduğu mənəvi ocaqlardır. 2026-cı ilin 13–14 iyun tarixlərində Naxçıvanda keçirilən növbəti ədəbi görüş də məhz bu baxımdan yadda qalan tədbirlərdən biri oldu.
Şair-publisist Aysel Nəsirzadənin rəhbərliyi altında fəaliyyət göstərən “Zərif Kölgələr” Yaradıcılıq Klubu və şair-publisist Təranə Arifqızının rəhbərliyi altında fəaliyyət göstərən “Zərif Qadınlar” Ədəbi Qrupunun bir qrup üzvü qədim diyar Naxçıvanda bir araya gələrək zəngin proqramla müşayiət olunan ədəbi görüşlər keçirdilər. Bu görüş eyni zamanda həm yazarların yaradıcılıq platforması, həm də səmimi dostluq bağlarının daha da möhkəmləndiyi xüsusi bir mənəvi görüş kimi yadda qaldı.
Qeyd etmək lazımdır ki, bu əhəmiyyətli görüşün əsas təşkilatçıları şair-publisist Aysel Nəsirzadə və şair – publisist Sevinc Səbzəliyeva olmuşdur. Xüsusilə Sevinc xanımın qonaqların qarşılanmasından başlayaraq səfərin bütün mərhələlərində – yerləşdirilməsindən proqramın koordinasiyasına, sonda isə səmimi şəkildə yola salınmalarına qədər göstərdiyi diqqət və fədakarlıq tədbirin yüksək səviyyədə təşkil olunmasında mühüm rol oynamışdır. Onun əziyyəti iştirakçılar tərəfindən xüsusi minnətdarlıq hissi ilə qarşılanmışdır.
Tədbirin rəsmi hissəsi iyunun 13-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında baş tutdu. Kitabxananın rəhbəri Tamella xanım Əsgərovanın dəstəyi və diqqəti sayəsində yüksək səviyyədə təşkil olunan görüş səmimi və yaradıcı atmosferdə keçdi.
Tədbir Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, tanınmış şair Asim Yadigarın xeyir-duası ilə açıq elan olundu. Onun ədəbiyyatın cəmiyyət həyatındakı rolu, milli-mənəvi dəyərlərin qorunmasında söz adamlarının məsuliyyəti barədə fikirləri iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
“Zərif Qadınlar” Ədəbi Qrupunun rəhbəri Təranə Arifqızı iki yaradıcı birliyin bundan sonra da görüşlərinin vacibliyini qeyd edərək, gələcəkdə də istər paytaxt Bakıda, istərsə də digər bölgələrimizdə təşkil olunmasının əhəmiyyətini vurğuladı. Bu görüşün əsas təşkilatçılardan biri olan Sevinc Səbzəliyevanın böyük səyini vurğulayaraq onun Naxçıvan ədəbi mühiti üçün atdığı növbəti uğurlu addım kimi qiymətləndirdi.
Görüşdə Naxçıvan ədəbi mühitinin yaradıcı insanlarını bir arada birləşdirən “Sehirli misralar” Ədəbi Qrupunun rəhbəri İman Naminin ətrafında cəm olan qələm sahibləri, ziyalılar, oxucular və poeziyasevərlər iştirak edirdilər. Bakıdan təşrif buyuran yeddi yazar xanım öz yaradıcılıqları, ədəbi baxışları və yeni əsərləri haqqında çıxışlar etdilər.
Çıxış edənlər arasında “Zərif Kölgələr” Yaradıcılıq Klubunun rəhbəri, “Zərif Kölgələr” saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aysel Nəsirzadə yaradıcılıq fəaliyyətindən və rəhbərlik etdiyi ədəbi mühitin gördüyü işlərdən bəhs etdi.
Professor, şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəsmiyyə Sabir öz çıxışında ədəbiyyatın mənəvi missiyasından danışdı və yeni nəsil yazarların fəaliyyətini yüksək qiymətləndirdi.
Şair, yazıçı, publisist, “Balaca Yazarlar Birliyi”nin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aysel Fikrət yaradıcılıq təcrübəsini bölüşərək uşaqların və gənclərin ədəbiyyata cəlb olunmasının vacibliyini vurğuladı.
Publisist, şairə və tərcüməçi Zeynəb Cəmaləddin bədii yaradıcılığın müxtəlif istiqamətləri haqqında maraqlı fikirlər səsləndirdi.
AYB və AJB üzvü, Prezident mükafatçısı, “Qoşma” Ədəbi Məclisinin poeziya şöbəsinin rəhbəri Əzizə Ağahüseynqızı çıxışında milli poeziyanın ənənələri və çağdaş ədəbi proseslər barədə düşüncələrini bölüşdü.
Şair-publisist, pedaqoq, iki kitab müəllifi Şəlalə Şəfəq və şair-yazıçı, AYB üzvü, müəllim Sevil Gül Nur da öz duyğu və düşüncələrini dilə gətirərək, şeirlərini səsləndirərək tədbirə xüsusi rəng qatdılar.
Naxçıvandan olan bir sıra yazarların – Ümbülbanu Həsənova, Rəqsanə Tapdıqlı, Aytəkin Səfərəliyeva, Gülay Tahirli və digərlərinin çıxışları da maraqla qarşılandı. Poeziya nümunələri, ədəbi mülahizələr və qarşılıqlı fikir mübadiləsi tədbiri əsl söz bayramına çevirdi.
Görüşün əsas təşkilatçılarından biri olaraq mən də tədbirin sonunda çıxış edərək iştirakçılara, qonaqlara və tədbirin keçirilməsinə dəstək göstərən hər kəsə minnətdarlığımı bildirdim. Belə görüşlərin bölgələr arasında ədəbi əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayaraq gələcək görüşlərimizin daha sıx və yüksək səviyyədə keçməsini dilədim.
İki günlük səfər təkcə kitabxana divarları arasında qalmadı. Qonaqlar Naxçıvanın müqəddəs ziyarətgahlarından olan Əshabü-Kəhfi ziyarət etdilər, şəhərin tarixi və mədəni abidələri ilə yaxından tanış oldular. Qədim Naxçıvanın zəngin tarixi, mədəni irsi və əsrarəngiz təbiəti qonaqlarda silinməz təəssüratlar yaratdı.
Səfər çərçivəsində təşkil olunan “Şeir saatı” görüşü isə yazarların bir-birinə daha da yaxınlaşmasına səbəb oldu. Şeirlər oxundu, yeni yaradıcılıq nümunələri müzakirə edildi, poeziyanın insan ruhuna təsiri haqqında maraqlı söhbətlər aparıldı.
Naxçıvan mətbəxinin zəngin təamları ilə bəzədilmiş süfrə ətrafında davam edən səmimi söhbətlər zamanı gələcək layihələr, yeni ədəbi əməkdaşlıqlar və birgə tədbirlər barədə planlar quruldu. Bu görüş bir daha sübut etdi ki, söz adamlarını birləşdirən ən böyük qüvvə yaradıcılıq sevgisi, dostluq və mənəvi bağlılıqdır.
Naxçıvanda keçirilən bu görüş Azərbaycan ədəbi mühitində qadın yazarların fəallığının, yaradıcılıq potensialının və milli ədəbiyyatın inkişafına verdikləri töhfələrin növbəti parlaq nümunəsi kimi yadda qaldı. “Zərif Kölgələr” və “Zərif Qadınlar”ın Naxçıvanda qurduğu bu söz körpüsü gələcəkdə daha böyük ədəbi layihələrin başlanğıcı olacaq, yaddaşlarda isə zərif bəndlərlə yazılmış gözəl bir xatirə kimi yaşayacaq.

seeBaxış sayı:169
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 İyun 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri