Icma.az
close
up
RU
“Zerkalnı” tarixlərin dəbi

“Zerkalnı” tarixlərin dəbi

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çoxları təsdiqləyər ki, biz son illər özümüz üçün deyil, başqaları üçün yaşayırıq


25.05.2025-də Azərbaycanda nikahda ŞOK REKORD – 496 cütlük eyni gündə evləndi


Mayın 25-də, yəni 25.05.2025 tarixində Azərbaycanda qeydə alınan nikahların sayı adi günlərlə müqayisədə kəskin artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin gün ölkə ərazisində ümumilikdə 496 nikah rəsmiləşdirilib. Bu rəqəm il üzrə orta gündəlik göstəricidən xeyli yüksəkdir. 

Məsələn, 2025-ci ilin ilk üç ayında Azərbaycanda 11 min 206 nikah qeydə alınıb. Bu isə gündə orta hesabla 124 nikah deməkdir. 25 mayda isə bu göstərici dörd dəfə artaraq 496-ya çatıb. Əvvəlki illərin statistikasına baxdıqda da fərq nəzərə çarpır. 2024-cü ildə ölkədə ümumilikdə 49 508 nikah bağlanıb. Bu, gündə orta hesabla 135 nikah deməkdir. 2023-cü ildə isə günə orta hesabla 149 nikah bağlanıb. Qeyd edək ki, simvolik tarixlərdə nikahların sayının artması dünyada da müşahidə olunan tendensiyadır. Rəqəmlərin təkrarı və simmetriyası ilə seçilən 25.05.2025 tarixi bəzi cütlüklər tərəfindən uğurlu, eyni zamanda yadda qalan gün kimi qiymətləndirilir.

“Zerkalnı” nömrələr azmış kimi, son illərdə “zerkalnı” tarixlər də dəbə düşdü. Nikah bağlamağa hazırlaşanlar simmetrik tarixlər seçməyə başladı. Bu həngamə artıq elə vüsət alıb ki, ana olmağa hazırlaşan bəzi xanımlarımız körpənin doğum tarixi simmetrik, “zerkalnı”, “yadda qalan” olsun, atasının, anasının doğum tarixi və ya  evlənmə tarixi ilə üst-üstə düşsün deyə, yazıq körpələri vaxtından əvvəl dünyaya gətirirlər. Əlbəttə ki, qeysəriyyə əməliyyatı ilə. Həkimlər hə nə qədər bunun ziyanlı, körpənin sağlamlığına ciddi fəsad verəcəyini desələr də, dəb aşiqləri “Nuh deyir, peyğəmbər demir”. Məntiqi izahı olmayan bir duruma düşmüşük. Elmi, sosioloji-psixoloji izahı isə var təbii ki.


Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında bunun izahını verdi: 

- Bunu çoxları təsdiqləyər ki, biz son illər özümüz üçün deyil, başqaları üçün yaşayırıq. Həyatımızda olan hər şeyi başqalarına göstərmək, bununla fəxr etmək, öz aləmimizdə fərqliliyimizi nümayiş etdirmək, başqalarında olmayanlara sahib olduğumuzu sərgiləmək istəyirik. “Zerkalnı” tarixdə foto, video çəkdirib sosial şəbəkələrdə paylaşmaq xəstəliyinə düçar olmuşuq. Təbii ki, burada söhbət hamıdan deyil, psixoloji sindroma məruz qalan insanlardan gedir. Bax elə 25.05.2025-ci il tarixdə -“zerkalnı” tarixdə toy edənlərdən. Sözsüz ki, toy edənlərin hər biri məhz o günü seçməyib. Lakin seçənlər daha çoxdur. Bunu günün statistikası da təsdiq edir. Həm də bu, yeni deyil, son bir neçə ilin dəbidir. “Zekalnı” tarixlərdə biz tək toy edənlərin deyil, əvvəlcədən planlaşdırmaya əsasən doğum mərkəzlərində, evlərində keysəriyyə əməliyyatı ilə neçə uşağın dünyaya gəlməsi, restoranlarda neçə nişan mərasiminin keçirilməsi, nikahın qeydiyyata alınması şöbələrində neçə nikahın bağlanması, nə qədər avtomobil satışı, şirniyyat evlərində nə qədər tort sifarişi, gül mağazalarında nə qədər gül satışı statistikasını apara bilsək,  rəqəmlərdən gözümüz bərələ qalar. 


Sosioloq bildirdi ki, seçilmiş “zerkalnı” doğum günləri, eləcə də neçə-neçə nənənin nəvəsi ilə, ana-atanın oğlu-qızı ilə bir gündə ad gününü qeyd etməsi və beləliklə, yüzlərlə uşağın bürcünün dəyişik düşməsi də təəssüf doğuran məsələlərdir: 

- Düşünürəm ki, nəinki toy, həyatımızda hər hansı bir hadisə üçün “zerkalnı” tarix seçmək lüzumsuzdur. İnsanların bir-birini təmiz məhəbbətlə sevməsi, anlaması, milli və ailə dəyərlərini üstün tutması hər şeydən vacibdir, nəinki “zerkalnı” sindromuna özünü qurban verməsi. Eləcə də uşaq ananın “sancı” adlı zəhmətinin bəhrəsi ilə dünyaya gəlməlidir: öz saatında, dəqiqəsində, saniyəsində. Övladımızın bürcü nə üçün  dəyişik düşməlidir? Doğum günləri nə üçün kiminləsə  birlikdə olmalıdır? Bunu sonralar heç uşaqlar da yaxşı qəbul etmir. Onlar ad günlərində diqqət mərkəzində yalnız özlərinin olmasını istəyirlər. Bax, bütün bunlar psixoloji sindromun nəticələridir. Odur ki, bu sindromdan yaxa qurtarmalıyıq: məntiqlə, təfəkkürlə. 


Sosioloq qeyd etdi ki, möhkəm ailə simmetrik tarixlərə bağlı olacaq məsələ deyil:

- Təəssüf ki, ölkəmizdə son illərdə evlənənlərlə yanaşı, boşananların da sayı artır. Sosioloji mərkəzlər dərin bir araşdırma aparsaydı, boşanan cütlüklər arasında neçə nəfərinin məhz simmetrik, belə deyək, “aynalı tarix”lərdə nikah bağladığı, cüt tarixlərdə evləndiyi məlum olardı. İnanın ki, bəlkə də, boşananların bir çoxu məhz belə dəbdəli, “yaddaqalan” tarixlər seçənlər, toyuna külli miqdarda pul xərcləyib parıltı yaradanlar olacaq. Cütlüklər və ya onların valideynləri yalnız dəbdəbəni düşünürsə,  demək, ailə həyatında da buna üstünlük verəcəklər. Var-dövlət, dəbdəbə, parıltı, göstəriş öndədirsə, orada sağlam, möhkəm ailədən danışmağa dəyməz. İlk sarsıntıdaca, gəlir azalan kimi o ailə dağılmağa məhkumdur. Bunu valideynlər övladlarına başa salmalıdır. Amma bir halda ki valideyn özü önə düşür, daha söz deməyin yeri yoxdur.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 May 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri