Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Zeydulla Ağayevin 80 illik yubileyi qeyd olunub

Zeydulla Ağayevin 80 illik yubileyi qeyd olunub

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Martın 4-də Nizami Kino Mərkəzində tanınmış yazıçı, tərcüməçi, jurnalist,  filologiya elmləri doktoru, professor Zeydulla Ağayevin 80 illiyinə həsr olunmuş anım gecəsi keçirilb. Tədbirdə ədəbiyyat, elm və mədəniyyət xadimləri, mətbuat nümayəndələri, mərhumun dostları və ailə üzvləri iştirak ediblər.

Anım gecəsi Zeydulla Ağayevin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlanıb. Sonra gecənin moderatoru, yazıçı, jurnalist Aysel Əlizadə qonaqları salamlayaraq professor Z. Ağayevin Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına verdiyi töhfələrdən bəhs edib.

Mərasimdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Anar İsgəndərov, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Milli Məclisin deputatları Məşhur Məmmədov, Mehriban Vəliyeva, yazıçı Seyran Səxavət, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, yazıçı Xeyrəddin Qoca, şair Ağacəfər Həsənli, rejissor Ağalar İdrisoğlu,  Masallı rayonunun ağsaqqalı İmran Əbilov, yazıçı Nurəddin Ədiloğlu, yazıçı tərcüməçi Kamran Nəzirli və başqaları çıxış edərək professor Zeydulla Ağayevin zəngin irsi, elmi və ədəbi fəaliyyəti, insan və ziyalı kimi əvəzsiz xidmətləri ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirə xalq şairi, Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadə, professor Qorxmaz Quliyev və Kipr Unviresitetinin professoru Cavanşir Şibliyev video bağlantı vasitəsilə qatılaraq Zeydulla Ağayevin elmi-pedaqoji fəaliyyətindən, onun yetirmələrinə göstərdiyi diqqət və qayğısından, ədəbiyyata və tərcümə sənətinə verdiyi töhfələrdən danışıblar.

Çıxış edənlər vurğulayıblar ki,  olduqca vətənpərvər şəxs olan professor Zeydulla Ağayev  Azərbayan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində səylə çalışmışdır. O, Azərbaycan--ABŞ mədəni əlaqələrinin inkişafında da xidmətlər göstərib. Belə ki, Zeydulla Ağayev xarici ədəbiyyatın birbaşa orijinal dildən Azərbaycan dilinə çevrilməsi sahəsində böyük işlər görüb, ölkə oxucularına Qərb ədəbiyyatının ən dəyərli nümunələrini tanıdıb. Məhz onun peşəkar tərcüməçilik fəaliyyəti nəticəsində Cek London, Teodor Drayzer, A. Konan Doyl, E. Heminquey və digər görkəmli yazıçıların povest və hekayələri Azərbaycan dilində nəşr olunaraq geniş oxucu kütləsinə çatdırılıb. Zeydulla müəllim milli ədəbiyyatımız tarixində ABŞ yazıçısı Artur Heylinin “Aeroport” romanını birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edərək bu istiqamətdə ilkə imza atıb.

Bundan əlavə, o, iki ölkə arasındakı mədəni əlaqələrdən Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması və lobbiçilik fəaliyyətlərinin gücləndirilməsi üçün də səmərəli şəkildə istifadə edirdi. Zeydulla Ağayev erməni militarizminin iç üzünü ifşa edən, tutarlı faktlarla zəngin “Erməni genosidi” kitabının tərcümə olunmasına və keçmiş SSRİ məkanında geniş yayılmasına da rəhbərlik etmişdir.
Eyni zamanda, amerikalı hakim Samuel A. Uimizin “Ermənistan- terrorçu xristian ölkəsinin gizlinləri” kitabını ana dilimizə tərcümə edib. Hər iki kitab erməni yalanlarını ifşa edən ən mühüm mənbələrdən biri kimi dəyərləndirilir və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük rol oynayıb.

Gecənin sonunda Zeydulla Ağayevin ailəsi adından qızı Ləman Ağayeva çıxış edərək atasının xatirəsini əziz tutan hər kəsə təşəkkürünü bildirib. Tədbir ailə fotosu və qonaqlarla birgə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri