“Zəyəm Texnologiyalar Parkı”nın zərəri 2 dəfədən çox artıb
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Zəyəm Texnologiyalar Parkı” ASC (ZTP) 2024-cü ili 4,077 milyon manat zərərlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 2,4 dəfə çoxdur.
Bu il yanvarın 1-nə ZTP-nin aktivləri 16,085 milyon manat olub ki, bu da illik müqayisədə 29,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 15,6 % azalaraq 12,389 milyon manata, balans kapitalı isə 2,2 dəfə azalaraq 3,696 milyon manata düşüb.
ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə onun adı indikinə dəyişdirilib. Şirkətin nizamnamə kapitalı 18,305 milyon manat, əsas səhmdarı "AzMade Group" MMC-dir. Park lkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 27 May 2025 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















