Icma.az
close
up
RU
Zeynal Usubov məhkəmədə ifadə verdi “Nizami 1,3 milyon dollar pulumu ələ keçirib“

Zeynal Usubov məhkəmədə ifadə verdi “Nizami 1,3 milyon dollar pulumu ələ keçirib“

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində zərərçəkən Zeynal Usubov ifadə verib.

O bildirib ki, Nizami Alışanla 2022-ci ildə tanış olub və həmin ilin may ayında ona 400 min dollar pul verib:  "2023-cü ilin yanvar ayında da ona 545 min dollar pul vermişəm. Məni Nizami Alışana bir tanışım yönləndirib. Onun vasitəsi ilə Nizamiyə pul vermişəm. Verdiyim pulun müqabilində mənə qazanc verməli idi. Bir müddət qazanc verdi, sonra yoxa çıxdı. Əvvəl 30 min, sonra 3-4 ay 7-8 min dollar pul verdi. Deyirdi ki, məndən başqa digərlərinin də onda pulu olub. 3-4 ay qazanc verəndən sonra dedi ki, problemlərim var, əlavə 100 min dollar pul verəcəyini vəd verdi, əlavə pulun lazım olmadığını bildirərək mənim pulumu qaytarmasını istədim".

Təqsirləndirilən şəxs zərərçəkənin ifadəsini təsdiq etməyib.

Daha sonra zərərçəkənin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində deyib ki, Nizami Alışanı "facebook" sosial şəbəkəsindən tanıyıb: "Daha sonra onunla görüşərək "İnvestAz" platformasına yatırmaq üçün pul verdim. Mənə aylıq 6-8 min dollar qazanc verməli idi. 2023-cü ilin yanvar ayında da 950 min dollar pul verdim. Bunun müqabilində də mənə aylıq qazanc verməli idi, lakin hər dəfə pulu istəyəndə bir bəhanə deyirdi. Nizami Alışan mənim ümumilikdə 1 milyon 350 min dollar pulumu aldadaraq ələ keçirib".

Hakim zərərçəkənə hansı əsaslarla təqsirləndirilən şəxsə inandığı barədə sual verərək bildirib ki, həmin pulu banka qoyaraq daha çox qazanc götürə bilərdi.

Zərərçəkən Zeynal Usubov deyib ki, yerli bankların qoyulan pul müqabilində verilən qazanc onu qane etmir: "Nizami Alışan müxtəlif platformalardan şəkillər göstərərək hesabında 11 milyon dollar pul olduğunu deyirdi. O, məni belə vasitələrlə inandırmışdı".

Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin olunub.

Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.

İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.

O, Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.

Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb. (Report)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see345

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see169

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see138

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see138

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see131

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see129

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see128

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see126

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see125

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see122

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see116

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see115

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see115

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri